“Azərbaycan İdman Akademiyası” publik hüquqi şəxsi balansda olan nəqliyyat vasitələri üçün Aİ-95 (1 litr 1.60 AZN) (premium) markalı yanacaq alır.
Pravda.az-ın xəbərinə görə, Akademiya buna görə “Azpetrol LTD” MMC-yə 54 400 AZN ödəyəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.