"Bir neçə gün öncə Azneft İstehsalat Birliyinin Neft Daşların NQÇ-nin Mənzil İstismar Sahəsinin zibil daşiyan avtomobili ilə qaldırıcı kran estakadada toqquşub". "DİA-AZ" xəbər verir ki, bu barədə açıqlama berən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edir ki, nədənsə, bu olay cəmiyyətdən gizlədilir.
NHMT sədri bildirir: "Nəticədə zibil maşınında olan xanım işçilər xəsarət alıb.
Toqquşmaya səbəb isə avtokranın
əyləc sisteminin nasaz olması olub.

Təmirə ehtiyacı olan avtomibildən istifadə daha ağır fəsadlar törədə (məs. yüksək təzyiqli qaz xətlərinə çırpılması) bilərdi..."
"DİA-AZ" bildirir ki, M.Qəhrəmanlı baş vermiş insidentə görə kimsənin sorğu-sual edilməməsini də etirazla qarşılayıb: "Billdiyim qədər hadisə ilə əlaqədar heç kim cəzalanmayıb..."