Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                 

Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Tarix: Bu gün, 10:25 | Çap et

Avropalı ravvinlər bu payızda Azərbaycanda toplanaraq, “İbrahim sazişi”nə Azərbaycanın da daxil olmasını müzakirə edəcəklər. Bildirilir ki, payızda Bakıda Avropa ravvinlərinin növbəti yubiley konfransına qitənin hər yerindən 500-dən çox ravvinin iştirakı gözlənilir. “Yeni Müsavat” xəbər verir ki, forumun gündəliyinə İsrailin dörd ərəb ölkəsi ilə sülh müqavilələri imzaladığı “İbrahim sazişi”nin genişləndirilməsi də var. Bu dəfə müzakirə Azərbaycanın onlara qoşulmasının mümkünlüyü, eləcə də dini etiqad azadlığının təşviqi və Avropada artan antisemitizmlə mübarizəyə həsr olunacaq.

Modern.az xəbər verir ki, beynəlxalq tədbir noyabrın 12-15-də Bakıda təşkil olunacaq və konfransda Prezident İlham Əliyevin iştirakı gözlənilir. Avropalı ravvinlər həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubaya səfər edəcək. Bu ilin əvvəlində Prezident İlham Əliyevlə görüşən Avropa Ravvinləri Konfransının prezidenti ravvin Pinças Qoldşmidt deyib: “Azərbaycan yəhudi xalqı üçün xüsusi yaddaşı olan yerdir və dünyada ən nadir yəhudi icmalarından birinə ev sahibliyi edir”.

Qeyd edək ki, Avropada əsas pravoslav ravvinlər ittifaqı olan təşkilat Avropadakı icmalardan 700-dən çox dini lideri birləşdirir. 1956-cı ildə qurulan təşkilat Avropadakı yəhudilərin hüquqlarını müdafiə etmək üçün çalışır, din azadlığı və yəhudi icmaları ilə bağlı məsələləri müzakirə edir.

“İbrahim sazişi”nə gəlincə, bəllidir ki, 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Azərbaycanın bu sazişə qoşulacağı barədə iddialar təsadüfi deyil.

Bakı ilə Tel-Əviv arasında uzun illərdir enerji, hərbi və texnoloji sahələrdə sıx əməkdaşlıq mövcuddur. Ona görə də İsraillə diplomatik münasibətlərin rəsmi şəkildə tam tanınması əslində artıq mövcud reallığın hüquqi çərçivəyə salınması ola bilər. Sazişə qoşulacağı təqdirdə 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən və Birləşmiş Ştatların Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin aradan qaldırılmasının mümkünlüyü haqda da danışılırdı.

Lakin bu məsələ təkcə Azərbaycan-İsrail münasibətləri ilə yekunlaşmır. Burada İranla bağlı bir sıra regional amillər də var. Uzun müddətdir ki, Tel-Əvivlə Ankara arasındakı münasibətlər soyuqdur. Hətta iki ölkə arasındakı əlaqələrdə müəyyən kəskin ritorika, söz döyüşü bir-birini əvəzləyir. Əgər payızadək Ankara-Tel-Əviv münasibətləri normallaşmasa, Bakının “İbrahim sazişi”nə “hə” deyəcəyini gözləməyə dəyməz. Amma istənilən halda, Avropa ravvinlərinin yubiley konfransını paytaxtımızda keçirmək qərarı Azərbaycana olan etimadın göstəricisi olacaq.

Bəs Türkiyə və İranın mövqeyi Azərbaycanın qərarına təsir edə bilərmi? Bu, qardaş ölkə ilə münasibətləri soyudacaqmı, yoxsa Ankara Bakını anlayışla qarşılayacaq?

Siyasi analitik Qədir Aslan “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, hələ 2022-ci ildə Avrasiya regionunda olan İsrail səfirləri Azərbaycanda toplaşmışdı. Onun sözlərinə görə, o zaman 50-yə yaxın yəhudi diplomatın Bakıya gəlməsi ölkəmizə olan etimadın göstəricisi idi: “Bu da Azərbaycanın təhlükəsiz məkan olması ilə bağlı inam idi. Eyni zamanda onların gəlişi ölkəmizin nüfuzunun artmasına səbəb olmuşdu. Təsadüfi deyil ki, son həftələr İsrail-Suriya, İsrail-Türkiyə danışıqları da Bakıda keçirilib. Halbuki körfəz ölkələrinin birində də görüşə bilərdilər. Bu sadalanan nüanslar Azərbaycanın İsrailin olduğu sivil, qüdrətli düşərgədə beynəlxalq imicinin artmasına töhfə verir. Həmçinin zəmin yaradır ki, Azərbaycan "İbrahim sazişi"nə qoşulsun".

Ekspertin fikrincə, istər bu təmaslar, yəni İsrailin Suriya və Türkiyə ilə Bakıda müzakirələri, istərsə ravvinlərin ABŞ liderinə müraciəti, istərsə də onların payızda gəlişi gözləntisi Azərbaycanı sürətlə Yaxın və Orta Şərq regionlarına inteqrasiya etdirir: “Azərbaycan həmin bölgədən uzaqda olsa da, o regiona inteqrasiya olunmaqdadır. Buna da Türkiyədən və İrandan etirazlar var. Amma beynəlxalq münasibətlərdə daşlar yerindən elə oynayıb ki, yeni birliklər yaranır. Bu birliklər isə ənənəvi olmaya da bilər. Yəni tarixi, dini və etnik bağlılıq üzərindən yaranması şərt deyil. Ona görə tamamilə rəngarəng siyasi-hərbi, diplomatik palitra yaranır. Azərbaycanın "İbrahim sazişi"nə qoşulması prosesini də məhz Trampın tətikləməsi kontekstində dəyərləndirmək lazımdır. ABŞ lideri bu işi sürətləndirmək istəyir".

Q.Aslan avqustun 8-də təmaslar zamanı “İbrahim sazişi” məsələsinə də toxunulacağını ehtimal edir: “Sadəcə, buna qədər görüləcək işlər var. Türkiyənin və İranın yanaşması isə nəyisə dəyişməyəcək. Çünki Azərbaycan birliyi möhkəm təməllər üzərində qurub. Söhbət Azərbaycan, İsrail və Birləşmiş Ştatlar üçbucağından gedir. Bu üçlük regionda bir neçə problemin həllinə nail olub. Ötən il Azərbaycan Prezidenti keçmiş Ağ Ev rəhbəri Baydenə məktubunda qeyd etmişdi ki, bizim birgə səylərimiz regional məsələlərin həllində rol oynayıb. İndi də Azərbaycan güclü aktor kimi həmin üçlükdə iştirak etməlidir ki, dünyanın yeni nizamında yer alsın və bunu dəstəkləməyin tərəfdarıyam”.

Xatırladaq ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib. Bundan əlavə, ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər. Proseslərin gedişatı göstərir ki, bu ilin sonuna qədər ölkəmiz sözügedən sazişə qoşula bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru