Minatəmizləmə Agentliyi elan etdiyi tenderin nəticələrini açıqladı.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender Agentliyin işçilərinin könüllü tibbi və fərdi qəza sığortası xidmətlərinin satın alınması üçün keçirilib. Tenderin qalibi “Qala Sığorta” ASC (VÖEN: 1700066901) olub.
Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 1 675 350 manat təşkil edib.
Satınalma çərçivəsində Agentliyin 3 285 əməkdaşının illik əsasda həm könüllü tibbi sığortası, həm də fərdi qəza sığortası təmin olunacaq.
Qeyd edək ki, “Qala Sığorta” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10.017.788 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fuad Allahverdiyev Kamran oğludur. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanında yerləşir.