Əsas Səhifə > Güney Press > Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldıBu gün, 12:00 |
Minatəmizləmə Agentliyi elan etdiyi tenderin nəticələrini açıqladı. "DİA-AZ" xəbər verir ki, sözügedən tender Agentliyin işçilərinin könüllü tibbi və fərdi qəza sığortası xidmətlərinin satın alınması üçün keçirilib. Tenderin qalibi “Qala Sığorta” ASC (VÖEN: 1700066901) olub.Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 1 675 350 manat təşkil edib. Satınalma çərçivəsində Agentliyin 3 285 əməkdaşının illik əsasda həm könüllü tibbi sığortası, həm də fərdi qəza sığortası təmin olunacaq. Qeyd edək ki, “Qala Sığorta” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10.017.788 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fuad Allahverdiyev Kamran oğludur. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanında yerləşir. Geri qayıt |