Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir .....                     “ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” .....                     Ermənistanın buna razılaşacağı doğru deyil .....                     Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı .....                     “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ .....                     Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” .....                     Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər .....                     Rusiya və Çin liderlərinin telefon danışığı olub .....                     AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Bəs Ankara BUNA NƏ DEYİR? .....                     "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib" .....                     Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir .....                     "Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” .....                     Əliyev və Paşinyan ABŞ-da nələr edir? .....                     Naxçıvana yol dəhliz statusunda olacaq .....                     Müəllimdən sensassion müsahibə: .....                     Vaşinqtonda sülh üçün tarixi görüş: .....                     Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                 

Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Tarix: Bu gün, 13:40 | Çap et

“Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmadan sonra ABŞ prezidenti Donald Trampın 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı sənədə imza atacağı gözlənilir. Bu, son dərəcə mühüm məsələdir. Çünki müharibənin başlanğıcında ABŞ tərəfindən Azərbaycanın əleyhinə son dərəcə ədalətsiz qərar qəbul edilmişdi – bu düzəliş faktiki olaraq Azərbaycana hər cür yardımı qadağan edirdi. Yəni ABŞ tərəfindən Azərbaycana ediləcək maliyyə yardımları, hərbi dəstək, o cümlədən silah alışı və digər strateji əməkdaşlıq imkanları bu düzəlişlə məhdudlaşdırılmışdı. Bu, uzun illər boyu ABŞ-ın Azərbaycana qarşı ədalətsiz və qərəzli münasibətinin açıq nümunəsi idi”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edib ki, Donald Trampın hakimiyyətə gəlişindən və Azərbaycan-Ermənistan münaqişəsinin sona çatmasından sonra iki ölkə arasında sülhün əldə olunması fonunda artıq bu düzəlişin qüvvədə saxlanmasına ehtiyac yoxdur:

“ABŞ-dakı ermənipərəst dairələr uzun müddət bu düzəlişin ləğv olunmasının əleyhinə çıxaraq iddia edirdilər ki, Azərbaycanla Ermənistan arasında münaqişə davam edir. Lakin hazırda hətta onların arqumentləri belə əsasızdır. Odur ki, bu düzəlişin ləğvi artıq zərurətə çevrilib.

Bundan əlavə, gözlənilir ki, yaxın günlərdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu da imzalanacaq. Bu sənəd Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir, çünki ölkəmizin inkişafı və beynəlxalq münasibətlərdə mövqeyinin möhkəmlənməsi baxımından vacib addımdır”.

Zeynal Əmrəliyev vurğulayıb ki, ABŞ-la strateji əməkdaşlıq Azərbaycanı təkcə Cənubi Qafqazın deyil, ümumilikdə Asiya regionunun əsas güc mərkəzlərindən birinə çevirə bilər:

“Dünyanın super gücü ilə bu səviyyədə münasibətlərin qurulması, şübhəsiz ki, yaxın və orta müddətdə Azərbaycanın geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

Hesab edirəm ki, əsas əməkdaşlıq sahələri enerji, nəqliyyat və tranzit marşrutları ola bilər. Həmçinin digər müxtəlif sahələr üzrə də əməkdaşlıq imkanları genişdir. ABŞ Azərbaycana böyük miqdarda investisiya yatıra bilər ki, bu da ölkəmizin davamlı inkişafı üçün son dərəcə önəmli bir məsələdir”.

Xatırlatma: 907-ci düzəliş nədir və niyə hələ də gündəmdədir?

907-ci düzəliş (Amendment 907) - ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycan üçün uzun illər ərzində ciddi siyasi əngələ çevrilmiş bir qanun düzəlişidir. Bu sənəd ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi və ABŞ-Azərbaycan münasibətlərində gərginlik mənbəyi olmuşdu.

Düzəliş “Azadlığı Müdafiə Aktı” (Freedom Support Act) çərçivəsində qəbul olunmuşdu. Onun əsas müddəası belə ifadə edilirdi: “ABŞ hökuməti Azərbaycana birbaşa yardım göstərməməlidir, o vaxta qədər ki, Azərbaycan hökuməti Ermənistana və Dağlıq Qarabağa qarşı blokada və güc tətbiqini dayandırmayıb.”

Sənədin müəllifləri əsasən erməni lobbisinin dəstəklədiyi senator və konqresmenlər idi. Onlar iddia edirdilər ki, Azərbaycan Ermənistanı və “Dağlıq Qarabağ”ı iqtisadi və humanitar blokadaya alıb. Lakin Azərbaycan tərəfi bu arqumentləri rədd edərək bildirirdi ki, blokada Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq tətbiq edilib. Rəsmi Bakı bu düzəlişi açıq şəkildə qərəzli və balanssız adlandırırdı: “Ermənistan Azərbaycana qarşı müharibə aparır, amma cəza məhz Azərbaycana tətbiq olunur”.

Bu düzəliş nəticəsində ABŞ, digər postsovet ölkələri ilə müqayisədə Azərbaycana xeyli az maliyyə və texniki yardım ayırdı. Siyasi və hərbi əməkdaşlıq da uzun illər zəif səviyyədə qaldı. 907-ci düzəliş ABŞ-ın Cənubi Qafqaz siyasətində balanslı mövqe nümayiş etdirmədiyinin bariz nümunəsi kimi beynəlxalq ekspertlər və yerli siyasi dairələr tərəfindən tez-tez tənqid olunurdu.

Lakin 2001-ci il 11 sentyabr terror aktlarından sonra vəziyyət dəyişdi. ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi antiterror əməliyyatlarında Azərbaycan mühüm strateji tərəfdaş kimi önə çıxdı. Bu kontekstdə, 2002-ci ildə o zamankı prezident Corc Buş 907-ci düzəlişin tətbiqini müvəqqəti olaraq dayandırmaq səlahiyyətindən istifadə etdi. Həmin vaxtdan bəri hər ABŞ prezidenti bu düzəlişin icrasını illik əsasda təxirə salır. Lakin hüquqi baxımdan 907-ci düzəliş hələ də qüvvədədir - sadəcə icrası prezidentin qərarı ilə müvəqqəti olaraq dayandırılır.

Donald Trampın 2025-ci ildə bu düzəlişin qüvvəsinin yenidən dayandırılması ilə bağlı sənəd imzalayacağı xəbərləri onun Azərbaycanla münasibətləri yenidən qurmaq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istədiyinə işarə edir. Bu, həm də Azərbaycanın ABŞ ilə iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlığını dərinləşdirmək üçün yeni bir mərhələnin başlandığını göstərir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir - “CBS News”
Bu gün, 15:59
“ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” - NARAZILIQ VAR...
Bu gün, 15:54
Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan
Bu gün, 15:51
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı - foto
Bu gün, 15:48
“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib - BUNDAN SONRA...
Bu gün, 15:44
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 15:42
Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ - SİYAHI
Bu gün, 15:39
Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” – Bu, sülh deyil, ultimatumdur
Bu gün, 15:35
Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər - "Fox News"
Bu gün, 15:33
Rusiya və Çin liderlərinin telefon danışığı olub
Bu gün, 15:31
AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
Bu gün, 15:27
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 14:08
Bəs Ankara BUNA NƏ DEYİR? - AKTUAL
Bu gün, 14:04
"Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
Bu gün, 13:50
Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Bu gün, 13:40
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Bu gün, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Bu gün, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Bu gün, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Bu gün, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Bu gün, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru