Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı .....                     Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər .....                     “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil .....                     “Sherlock”da hesab üstündə dava .....                     Bakıda bu binalar da sökülə bilər .....                     SOCAR-ın tenderləri kimlərin cibinə gedir? .....                     Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır .....                     Culfada separatçı bayraqlar .....                     Çoşqundan gənc aktyorlara İRAD .....                     AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır .....                     "Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" .....                     “Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı .....                     Turizm Agentliyi də hind turistlərdən imtina etdi... .....                     Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir .....                     II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi .....                     Gömrükdə ciddi islahat gözlənilir .....                     Ermənistan Polisinə yeni rəis təyin olunub .....                     İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq .....                     Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar .....                     Pezeşkian türk diplomatı Bakıya göndərir .....                     Ölkədə sağlam ruhlu gənclik yetişir .....                     Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər .....                     Paşinyanın yubiley məclisi: .....                     Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır .....                     Separatçıların “şər yuvaları” tarixdən silinir .....                     Təkcə “Taurus” yox... .....                     Bizləri hədəfə alan BAHALAŞMA BUMU .....                     Abşeronda kişi 110 manat borca görə döyüldü .....                     İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş .....                     Rusiyada anti-Azərbaycan isteriyası .....                     “Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu .....                     Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? .....                     Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər .....                     Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər .....                     Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? .....                     `Azercell`ə qarşı TOTAL ETİRAZLAR .....                     Dərs yükü ağır, imtahan çətin… .....                     "Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir .....                     Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... .....                     İcra başçısının qardaşı dünyasını dəyişib .....                 

Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Tarix: 31-05-2025, 17:58 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın sosial şəbəkələrdə Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, bu paylaşımlarda ruhanilərə qarşı açıq şəkildə alçaldıcı ifadələr işlədilib, kilsə nümayəndələri celibat qaydalarını (latınca caelibatus – subaylıq deməkdir.

Xristian kilsəsində ruhanilərin evlənməkdən və cinsi münasibətlərdən imtina etməsi barədə qəbul etdikləri and) pozmaqda ittiham olunub.

Erməni ictimaiyyəti və siyasi dairələr isə bu təhqiramiz kampaniyanı təsadüf kimi deyil, məqsədli və düşünülmüş hücum kimi qiymətləndirir. Belə ki, analitiklərə görə, bu hücumlar, Ermənistan Apostol Kilsəsinin ruhani rəhbəri II Qareginin mayın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi beynəlxalq tədbirdə Azərbaycan ərazilərindəki erməni dini abidələrinin “məhv edilməsi” ilə bağlı səsləndirdiyi bəyanata cavab xarakteri daşıyır.

Erməni müxalifətinin fikrincə, Paşinyan hakimiyyəti bu şəkildə kilsənin siyasi və ideoloji nüfuzunu zəiflətmək, Katolikosun mövqeyini sarsıtmaq və onun yerinə özünə tabe olacaq şəxsi gətirmək niyyətindədir. Müxalif fraksiyaların deputatları, o cümlədən “Şərəfim var” blokunun rəhbəri Hayk Mamicanyan baş nazirin bu kampaniyasını “Azərbaycanın anti-kilsə ritorikasına dəstək” adlandırıb. O, həmçinin qeyd edib ki, Azərbaycanın şeyxi Allahşükür Paşazadə bir neçə gün öncə Ermənistana məxsus dini obyektlərin yerləşdiyi əraziləri “tarixi Azərbaycan torpaqları” adlandırıb və bu bəyanatdan cəmi bir həftə sonra Paşinyanın kilsəyə hücumu təsadüfi ola bilməz.

Sabiq diplomatlar və erməni ictimai xadimləri isə bu kampaniyanı yalnız təhqiramiz davranış deyil, həm də Ermənistanın konstitusiyasına və milli kimliyinə qarşı yönəlmiş hücum kimi qiymətləndiriblər.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında EAK-ın milli və mənəvi dəyərlərin qoruyucusu kimi statusu təsbit olunub. Hazırda isə bu institutun nüfuzu fonunda hakimiyyətin reytinqinin sürətlə aşağı düşməsi müşahidə olunur.

Məsələ burasındadır ki, II Qareginin çıxışı bir dövlət rəhbərinin beynəlxalq tribunalarda səsləndirməli olduğu mövqeni əvəzləyib və bu, Paşinyanın Qərbə yox, daha çox Ankaraya və Bakıya loyallıq nümayiş etdirməsi fonunda baş verir. Bu səbəbdən siyasi şərhçilər Ermənistan kilsəsinin indi həm daxildə, həm də xaricdə Paşinyanın siyasətinə alternativ platformaya çevrildiyini bildirirlər.

Digər tərəfdən, Ermənistan müxalifəti Paşinyanın kilsəyə qarşı bu təxribatının yaxın perspektivdə baş verə biləcək geosiyasi hadisələrlə – xüsusilə də Azərbaycanın Qarabağ bölgəsində yeni hava limanları açması və Sünik istiqamətində baş verən insidentlərlə – əlaqəli olduğunu vurğulayır. Müxalif deputatlar iddia edirlər ki, Paşinyan yeni münaqişə dalğası yaranacağı təqdirdə bunun məsuliyyətini EAK-ın üzərinə yıxmaq üçün indidən “günah keçisi”ni formalaşdırır.

Siyasi müşahidəçilərin qənaətinə görə, mövcud vəziyyətdən çıxış yolu ictimaiyyətin EAK ətrafında birləşməsi və onun siyasi hücumlara qarşı dirəniş gücünü artırması ola bilər. Çünki tarixən də kilsə Ermənistan cəmiyyətində həm milli identitetin, həm də müstəqillik ruhunun əsas dayaqlarından biri sayılıb.

Musavat.com-un şərhi:
Ermənistan ictimai-siyasi palitrasında son hadisələr bir daha sübut edir ki, artıq ermənilər monolit bir amil deyillər. Vaxtilə vahid ideya və yönə malik olduqları iddia edilən erməni cəmiyyəti indi ciddi parçalanma və daxili qarşıdurmalarla üz-üzədir. Ermənistan Apostol Kilsəsinin Ermənistan dövləti ilə, Ermənistan dövlətinin isə xaricdəki erməni lobbisi ilə toqquşma vəziyyətinə gəlməsi, bu ziddiyyətlərin nə qədər dərinləşdiyini ortaya qoyur. Nəticədə, bir vaxtlar “vahid erməni məqsədi” adı ilə təqdim edilən təşəbbüslər artıq bir-birinə qarşı düşmən mövqedə yer almağa başlayıb.

Bu prosesin başlıca səbəbi və hərəkətverici qüvvəsi isə heç şübhəsiz ki, Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin sərgilədiyi qətiyyətli, prinsipial və davamlı siyasi iradədir. Məhz Azərbaycanın “Dəmir yumruğu”, təkcə hərbi qələbə ilə kifayətlənməyib, regionun siyasi və ideoloji xəritəsini də dəyişməkdədir. Bu yumruq təkcə işğal altındakı torpaqları azad etmədi, həm də erməni cəmiyyətində illərlə qurulan mifləri darmadağın etdi, parçalanmanı dərinləşdirdi, Ermənistan daxilində mərkəzdənqaçma tendensiyalarını sürətləndirdi.

Musavat.com olaraq məqsədimiz oxucularımızı yalnız hadisələrin faktları ilə deyil, həm də bu proseslərin arxa planı, səbəbləri və nəticələri ilə bağlı düzgün və obyektiv şəkildə məlumatlandırmaqdır. Ermənistan daxilində baş verən bu siyasi və dini qarşıdurmaları Azərbaycan ictimaiyyəti və medianı da diqqətlə izləməlidir. Çünki bu ziddiyyətlər regionun gələcək taleyinə birbaşa təsir edən proseslərdir və Azərbaycanın mövqeyi bu qarşıdurmaların formalaşmasında mühüm strateji rol oynamaqdadır.

Redaktor qeydi: Məqalədə Ermənistana aid qeyd olunanlar “Sputnik Armenia”, siyasi şərhçilər və müxalif deputatların çıxışları əsasında ümumiləşdirilib.
R. Abbas,
Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59
“Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45
Bakıda bu binalar da sökülə bilər – Dəyişiklik gözlənilir
Bu gün, 11:39
SOCAR-ın tenderləri kimlərin cibinə gedir? - Security Operation Services MMC-də qaranlıq iddialar
Bu gün, 11:19
Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT
Bu gün, 11:11
Culfada separatçı bayraqlar - ermənilərin İranda təxribatı
Bu gün, 11:08
Çoşqundan gənc aktyorlara İRAD - “Sənətini püxtələşdir, sonra pulun dalınca get”
Bu gün, 11:01
AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır - DİQQƏT!
Bu gün, 10:56
"Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" - GİLEY
Bu gün, 10:51
“Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı - GƏLİŞMƏ...
Bu gün, 10:48
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Bu gün, 10:45
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir - “TRT Haber”
Bu gün, 10:38
II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi
Bu gün, 10:33
Gömrükdə ciddi islahat gözlənilir - Şahin Bağırov isə...
Bu gün, 10:31
Ermənistan Polisinə yeni rəis təyin olunub - “Armenpress”
Bu gün, 10:25
İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:23
Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar - TƏFƏRRÜAT
Bu gün, 10:20
Pezeşkian türk diplomatı Bakıya göndərir - GƏLİŞMƏ
Bu gün, 10:13
Ölkədə sağlam ruhlu gənclik yetişir - MƏQALƏ
Bu gün, 10:10
Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:08
Paşinyanın yubiley məclisi: - “Gecəyə kimi yeyib içdilər və…”
Bu gün, 09:52
Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:41
Separatçıların “şər yuvaları” tarixdən silinir - LAZIM İDİ...
Bu gün, 09:35
Təkcə “Taurus” yox... - Ukrayna üçün daha çox raket
Bu gün, 09:30
Bizləri hədəfə alan BAHALAŞMA BUMU - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:24
Abşeronda kişi 110 manat borca görə döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:15
İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
Bu gün, 09:06
Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
Bu gün, 09:04
“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu - FOTO
Bu gün, 09:00
Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Bu gün, 08:55
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Bu gün, 08:51
Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər - AKTUAL
Bu gün, 08:49
Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? – MƏHKƏMƏ
Bu gün, 08:48
`Azercell`ə qarşı TOTAL ETİRAZLAR - BOYKOTA ÇAĞIRIŞ...
Bu gün, 08:45
Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
Bu gün, 08:33
"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Bu gün, 08:31
Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... - "Armtimes"
Bu gün, 08:28
İcra başçısının qardaşı dünyasını dəyişib
Bu gün, 08:26
Maddi hüquq normaları... - Ekspert danışır
Bu gün, 08:16
MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Bu gün, 08:10
Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq – Bu tarixdən…
Bu gün, 07:06
Bu memorandum əsasında sülh sazişi imzalana bilər - KİV
Bu gün, 07:03
Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı - Burası Azərbaycandır...
Bu gün, 06:49
Dövlət Sosial Müdafiə Fondunun Binəqədi nümayəndəliyinin vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 06:41
Tehran Zəngəzur dəhlizindən qorxur - FAKT BUDUR!
Bu gün, 06:39
Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:37
Naxçıvandakı bu İdarənin 7 milyon manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:24
Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir - NƏ ETMƏLİ?
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru