Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... .....                     Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı .....                     Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər .....                     “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil .....                     “Sherlock”da hesab üstündə dava .....                     Bakıda bu binalar da sökülə bilər .....                     SOCAR-ın tenderləri kimlərin cibinə gedir? .....                     Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır .....                     Culfada separatçı bayraqlar .....                     Çoşqundan gənc aktyorlara İRAD .....                     AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır .....                     "Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" .....                     “Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı .....                     Turizm Agentliyi də hind turistlərdən imtina etdi... .....                     Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir .....                     II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi .....                     Gömrükdə ciddi islahat gözlənilir .....                     Ermənistan Polisinə yeni rəis təyin olunub .....                     İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq .....                     Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar .....                     Pezeşkian türk diplomatı Bakıya göndərir .....                     Ölkədə sağlam ruhlu gənclik yetişir .....                     Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər .....                     Paşinyanın yubiley məclisi: .....                     Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır .....                     Separatçıların “şər yuvaları” tarixdən silinir .....                     Təkcə “Taurus” yox... .....                     Bizləri hədəfə alan BAHALAŞMA BUMU .....                     Abşeronda kişi 110 manat borca görə döyüldü .....                     İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş .....                     Rusiyada anti-Azərbaycan isteriyası .....                     “Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu .....                     Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? .....                     Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər .....                     Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər .....                     Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? .....                     `Azercell`ə qarşı TOTAL ETİRAZLAR .....                     Dərs yükü ağır, imtahan çətin… .....                     "Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir .....                     Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... .....                 

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Tarix: 31-05-2025, 17:14 | Çap et

İyunun 1-də I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriəcək. Bununla da qəbulun ikinci mərhələsinin I cəhdi tam yekunlaşacaq. Ötən həftə də II və III ixtisas qrupları üzrə blok imtahanı keçirildi.

Bəs görəsən bu dəfəki imtahandan gözləntilər nədir?

Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, bu il I ixtisas qrupunda kəskin rəqabət olacaq:

“İyunun 1-i I və IV ixtisas qruplarının imtahanları ilə ali təhsil müəssisələrinə qəbul prosesinin birinci cəhd mərhələsi yekunlaşacaq. Bu imtahan həm iştirakçı sayı, həm də rəqabət səviyyəsinə görə strateji əhəmiyyət daşıyır. Xüsusilə I qrup ənənəvi olaraq riyaziyyat, fizika və texniki ixtisaslara yönəlmiş abituriyentlərin toplandığı ən kütləvi qrupdur və rəqabət burada daha kəskindir. IV qrup isə tibb sahəsi üzrə hazırlaşan abituriyentlərin cəmləşdiyi qrupdur və keçid balları bu sahədə hər zaman yüksək olub.

2025-ci il imtahan sessiyası bir neçə mühüm faktor baxımından əvvəlki illərdən fərqlənir. İlk olaraq, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, cari ildə qəbul imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlərin sayı 132 mini ötüb, bu isə əvvəlki illə müqayisədə təxminən 12 min nəfər çoxdur. Bu artım fonunda rəqabətin də güclənəcəyi, xüsusilə yüksək bal toplayan abituriyentlərin sayında sıxlıq yaşanacağı proqnozlaşdırılır”.

500-700 bal aralığında bal toplayanlar arasında ixtisas seçimi zamanı ciddi sıralama fərqləri ortaya çıxacaq

Kamran Əsədov deyib ki, II və III qruplar üzrə imtahanlarda müşahidə edilən sualların çətinlik səviyyəsi, xüsusilə də riyaziyyat və məntiq tapşırıqları bir sıra abituriyentlər üçün çətinlik yaratdı:

"Apardığım ilkin təhlillərlə qeyd edim ki, II və III qrupda riyaziyyat üzrə orta nəticə 9-11 bal aralığında dəyişir. Bu, fənnin strukturunun və sual dizaynının abituriyentlərin intellektual səviyyəsinə uyğunlaşdırılmasında balans problemini gündəmə gətirir.

2025-ci ilin I qrup imtahanlarında xüsusilə riyaziyyat və fizika suallarının daha yüksək taksonomiya səviyyəsində (təhlil, tətbiqetmə, yaradıcılıq) formalaşdırılacağı gözlənilir. Bu isə yalnız əzbər biliklə deyil, konseptual anlayış və məntiqi düşünmə qabiliyyəti ilə uğur qazanmağı tələb edir. Bu, həm də məktəb mühitində formalaşan təhsil ilə repetitor mərkəzlərində verilən bilik arasında fərqi bir daha üzə çıxaracaq. Eyni zamanda, bəzi məktəblərdə bu tip suallarla işləmə vərdişləri formalaşmadığı üçün, məktəb təhsilinə arxalanan abituriyentlər qeyri-bərabər start vəziyyətində qalır.

IV qrup üzrə imtahanda biologiya və kimya fənləri üzrə sualların praktiki bilik və anlayışlara əsaslanan tapşırıqlar şəklində təqdim olunması ehtimalı var. Bu, yalnız nəzəri bilik deyil, məsələyə elmi yanaşmanı tələb edir. 2024-cü ildə IV qrup üzrə ən çox rast gəlinən problem, kimya fənnində maddələrin qarşılıqlı təsirlərinə dair sualların səhv başa düşülməsi və qavrama səviyyəsindəki çatışmazlıq olmuşdu.

Bu il qəbul prosesindəki başqa bir dəyişiklik də dövlət sifarişli yerlərin sayında cüzi artımdır – cəmi 2% artım qeyd olunub. Bu artım rəqəmsal olaraq kiçik görünsə də, yüksək bal toplayan abituriyentlərin daha geniş ixtisas seçimi üçün mühüm əhəmiyyət daşıyır. Amma real təsiri əsasən yüksək nəticə göstərənlərə olacaq, çünki aşağı balla dövlət sifarişinə düşmək əvvəlki illərlə müqayisədə daha çətin olacaq.

Digər diqqətçəkən məqam isə əmək bazarına uyğun ixtisas seçiminin aktuallığıdır. Bu il ilk dəfə olaraq bir çox valideyn və abituriyentlər üçün yalnız “prestijli ixtisas” deyil, iş tapmaq perspektivinə malik sahələr – mühəndislik, proqramlaşdırma, süni intellekt, biotexnologiya daha cazibədar görünür. Bu tendensiya da I və IV qruplarda marağın artmasına səbəb olub".

2025-ci ildə imtahanlar rəqabətli, və psixoloji təzyiqlərin yüksək olduğu bir mühitdə keçirilir

“DİM-in strukturu dəyişməsə, məktəb və repetitor fərqliliyi aradan qaldırılmasa, qiymətləndirmə metodikasına təkmilləşmə gətirilməsə, bu imtahanlar nəticə yox, sosial təbəqələşmənin bir göstəricisi kimi qalacaq.

İmtahanların nəticələri təkcə ali təhsilə qəbul göstəricisi deyil, eyni zamanda təhsil sisteminin real vəziyyətini, məktəblərdə fənn tədrisinin keyfiyyətini və idarəetmənin effektivliyini də açıq şəkildə üzə çıxaracaq. Ona görə də 1 iyun yalnız imtahan tarixi deyil, həm də təhsil sisteminin güzgüsünə çevriləcək bir gün olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM ADARSA...
Bu gün, 12:08
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59
“Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45
Bakıda bu binalar da sökülə bilər – Dəyişiklik gözlənilir
Bu gün, 11:39
SOCAR-ın tenderləri kimlərin cibinə gedir? - Security Operation Services MMC-də qaranlıq iddialar
Bu gün, 11:19
Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT
Bu gün, 11:11
Culfada separatçı bayraqlar - ermənilərin İranda təxribatı
Bu gün, 11:08
Çoşqundan gənc aktyorlara İRAD - “Sənətini püxtələşdir, sonra pulun dalınca get”
Bu gün, 11:01
AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır - DİQQƏT!
Bu gün, 10:56
"Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" - GİLEY
Bu gün, 10:51
“Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı - GƏLİŞMƏ...
Bu gün, 10:48
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Bu gün, 10:45
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir - “TRT Haber”
Bu gün, 10:38
II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi
Bu gün, 10:33
Gömrükdə ciddi islahat gözlənilir - Şahin Bağırov isə...
Bu gün, 10:31
Ermənistan Polisinə yeni rəis təyin olunub - “Armenpress”
Bu gün, 10:25
İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:23
Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar - TƏFƏRRÜAT
Bu gün, 10:20
Pezeşkian türk diplomatı Bakıya göndərir - GƏLİŞMƏ
Bu gün, 10:13
Ölkədə sağlam ruhlu gənclik yetişir - MƏQALƏ
Bu gün, 10:10
Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:08
Paşinyanın yubiley məclisi: - “Gecəyə kimi yeyib içdilər və…”
Bu gün, 09:52
Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:41
Separatçıların “şər yuvaları” tarixdən silinir - LAZIM İDİ...
Bu gün, 09:35
Təkcə “Taurus” yox... - Ukrayna üçün daha çox raket
Bu gün, 09:30
Bizləri hədəfə alan BAHALAŞMA BUMU - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:24
Abşeronda kişi 110 manat borca görə döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:15
İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
Bu gün, 09:06
Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
Bu gün, 09:04
“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu - FOTO
Bu gün, 09:00
Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Bu gün, 08:55
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Bu gün, 08:51
Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər - AKTUAL
Bu gün, 08:49
Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? – MƏHKƏMƏ
Bu gün, 08:48
`Azercell`ə qarşı TOTAL ETİRAZLAR - BOYKOTA ÇAĞIRIŞ...
Bu gün, 08:45
Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
Bu gün, 08:33
"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Bu gün, 08:31
Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... - "Armtimes"
Bu gün, 08:28
İcra başçısının qardaşı dünyasını dəyişib
Bu gün, 08:26
Maddi hüquq normaları... - Ekspert danışır
Bu gün, 08:16
MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Bu gün, 08:10
Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq – Bu tarixdən…
Bu gün, 07:06
Bu memorandum əsasında sülh sazişi imzalana bilər - KİV
Bu gün, 07:03
Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı - Burası Azərbaycandır...
Bu gün, 06:49
Dövlət Sosial Müdafiə Fondunun Binəqədi nümayəndəliyinin vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 06:41
Tehran Zəngəzur dəhlizindən qorxur - FAKT BUDUR!
Bu gün, 06:39
Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:37
Naxçıvandakı bu İdarənin 7 milyon manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru