Mehdiyevlə bağlı daha bir MÜƏMMA .....                     Milyonçu qardaşların işində yenilik .....                     YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu .....                     Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib .....                     BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi .....                     Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir! .....                     “Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı .....                     Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? .....                     “Bu ruhanilər məsuliyyət daşımalıdır” .....                     “O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” .....                     Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər .....                     "Mən ona şantajla heç nə aldırmamışam" .....                     Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? .....                     Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı .....                     Tenderlərə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub .....                     Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı .....                     “Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” .....                     Doğrudanmı, Azərbaycandan Rusiyaya "çevriliş məktubu"göndərilib?! .....                     Lerikdə qohumlar arasında dava .....                     "Toyda 26 min dollar şabaş yığdım" .....                     “Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...” .....                     Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” .....                     AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı .....                     Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs .....                     Tural Sultanov dənizə niyə düşüb? .....                     Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı .....                     Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... .....                     Bakıda bağlanan “Rus evi”nin ŞOK planı .....                     Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş .....                     38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... .....                     Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi .....                     Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib .....                     Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... .....                     Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... .....                     Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir .....                     ATU-da kafedra müdirinin kafe biznesi .....                     Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi .....                     Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək .....                     Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu .....                     “Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb .....                 

İrəvandan gözlənilən jest: 3 kənd - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 06:22 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana yükdaşımaların həyata keçirilməsi üçün yolların açılmasını təklif edib.


Paşinyan Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini qaldırmasını “tarixi hadisə” adlandırıb. O, Ermənistanın bu bəyanatlara cavab verməli olduğunu və müvafiq addımlar atmasının vacibliyini bildirib.


“Hazırkı cavabımız belədir. Bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə, xüsusilə də Marqara-Yeğeqnadzor (Keşişkənd) - Sisyan (Qarakilsə) - Gorus marşrutu ilə tranzitini təmin etməyə hazırıq. Bunu vurğulayıram, çünki bu gün tətbiq edə biləcəyimiz yeganə seçim budur”, - deyə Paşinyan bildirib.


Baş nazir vurğulayıb ki, Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, Ermənistan da tranzit məhdudiyyətlərini qaldıracaq.


Qeyd edək ki, regional kommunikasiyaların açılmasını ilk dəfə 2020-ci ildə 44 günlük müharibədən sonra ilk dəfə Azərbaycan tərəfi təklif edib. 


Bundan sonra 2021-ci ilin mart ayında Azərbaycan Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh paketində öz əksini tapıb. Azərbaycan bu kontekstdə ilk növbədə, Zəngəzur dəhlizinin açılmasını təklif edib. Bu barədə ilk razılaşma 2020-ci il 10 noyabr Bəyanatında yer alıb. Həmin sənəddə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkətin təmin olunması nəzərdə tutulur. Azərbaycanla Ermənistan arasında aparılan bütün danışıqlarda da rəsmi Bakı məhz bu məsələni qaldırıb. 


Lakin Ermənistanın qeyd edilən öhdəlikdən yayınması son beş ildə Zəngəzur dəhlizinin açılmasına mane olub. Nəhayət, 2025-ci il avqustun 8-də ABŞ və Ermənistan arasında imzalanmış sənədə əsasən rəsmi İrəvan Zəngəzur dəhlizninin “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” adı altında açılmasına razılıq verib.


Lakin “Tramp marşrutu”nda yerləşən avtomobil və dəmir yollarının bərpası prosesinin 3 ilə qədər davam edəcəyi gözlənilir. Buna baxmayaraq, rəsmi Bakı Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidi daha vacib hesab edir. Nikol Paşinyanın Azərbaycana müsbət jest olaraq yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq təklifi isə Azərbaycandan-Azərbaycana keçidi nəzərdə tutmur.


Ermənistanın Baş nazirinin irəli sürdüyü variant regional kommunikasiyaların açılması və sülh prosesinin irəliləməsi istiqamətində mühüm addım sayıla bilər. Ancaq bu, Azərbaycan üçün həyati əhəmiyyət daşımır. Yəni Azərbaycan Türkiyə ilə yükdaşımaları Gürcüstan və İran vasitəsilə də həyata keçirmək imkanına malikdir. Marqara-Yeğeqnadzor (Keşişkənd) - Sisyan (Qarakilsə) - Gorus marşrutu ilə daşımaların həyata keçirlməsi gələcəkdə Türkiyə ilə sərhədlərin açılması istiqamətində mühüm addım ola bilər ki, bu da Ermənistan üçün daha vacibdir.


Qeyd edək ki, adıçəkilən yolun ümumi uzunluğu 177,78 kilometr təşkil edir. Həmin marşrut üzrə hərəkətin təmin edilməsi Nikol Paşinyan hökumətinin əvvəllər irəli sürdüyü “Sülh kəsişməsi” layihəsində də öz əksini tapıb. Yəni Paşinyanın etdiyi jest Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidi deyil, “Sülh kəsişməsi”nin reallaşmasını ehtiva edir. Digər tərəfdən, Ermənistan Azərbaycan amilindən istifadə edərək Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Lakin Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayana qədər Türkiyənin sərhədləri açacağı inandırıcı görünmür.


İki ölkə arasında münasibətlərin normallaşmasına maneə yaradan başqa maneə Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının yer almasıdır. Ona görə də Ermənistan Türkiyənin tələblərinə əməl edərək dövlət gerbindən Ağrı dağının təsvirini çıxartmalı (21-ci maddə) və konstitusiyanın preambula hissəsindən Müstəqillik Bəyannaməsinə istinad hissəsini ləğv etməlidir.


Çünki Müstəqillik Bəyannaməsində Türkiyənin 6 vilayəti “Qərbi Ermənistan” adlanır. Eləcə də, həmin sənəddə qondarma erməni soqırımının dünyada tanınması qarşıya siyasi vəzifə kimi qoyulur. Ermənistanın bunlardan imtina etməsi sərhədlərin açılması istiqamətində dönüş yarada bilər.


Qeyd edək ki, Nikol Paşinyan hökumətinin nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı Azərbaycana edəcəyi mühüm jestlərdən biri Qazax rayonunun işğal altında olan 3 kəndini geri qaytarması ola bilər. Bu isə Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin bərpasına şərait yaradacaq. Xüsusilə də Barxudarlı və Sofulu kəndlərinin işğalına son qoyulması bu yaşayış məntəqələrindən keçən Bakı-İcevan (Karvansaray) dəmir yolunun açılmasına səbəb ola bilər. 


Müşfiq Abdulla 

“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyevlə bağlı daha bir MÜƏMMA - Rəsmi qurumlar indiyədək niyə susur?
Bu gün, 15:43
Milyonçu qardaşların işində yenilik - TƏFƏRRÜAT
Bu gün, 15:40
YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu - “Ramiz bunu mənə qarşı etməməli idi”
Bu gün, 15:37
Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib - Ermənistan mediası
Bu gün, 15:23
BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
Bu gün, 15:19
Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir! - ETİRAZ VAR...
Bu gün, 15:17
“Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı - VİDEO
Bu gün, 14:31
Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? - İLGİNC
Bu gün, 14:29
“Bu ruhanilər məsuliyyət daşımalıdır” – Paşinyanın partiyasından sərt reaksiya
Bu gün, 14:10
“O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər
Bu gün, 13:00
"Mən ona şantajla heç nə aldırmamışam" - Tiktoker "Bəniz" məhkəmədə üsyan etdi
Bu gün, 12:48
Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? – NASA nə deyir?
Bu gün, 12:46
Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı - “Mümkün qədər çölə çıxmamağa çalışırıq”
Bu gün, 12:42
Tenderlərə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:38
Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
Bu gün, 12:35
“Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” - Qalmaqal
Bu gün, 12:33
Doğrudanmı, Azərbaycandan Rusiyaya "çevriliş məktubu"göndərilib?! - AKTUAL
Bu gün, 12:29
Lerikdə qohumlar arasında dava - XƏSARƏT ALAN VAR
Bu gün, 12:22
"Toyda 26 min dollar şabaş yığdım"
Bu gün, 12:17
“Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...”
Bu gün, 12:14
Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL
Bu gün, 12:05
AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı – “Qurumun supermarketlərə gücü çatmır, amma...”
Bu gün, 12:01
Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs - “Nümunəvi atayam, hadisə zamanı sərxoş idim”
Bu gün, 11:57
Tural Sultanov dənizə niyə düşüb? - Həkimin gəmidə yoxa çıxmasının YENİ TƏFƏRRÜATI
Bu gün, 11:55
Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Bu gün, 11:52
Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... - İLGİNC İDDİA
Bu gün, 11:43
Bakıda bağlanan “Rus evi”nin ŞOK planı – Yeni həmlə
Bu gün, 11:29
Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş - İLGİNC
Bu gün, 11:21
38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 11:12
Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi – Yeni faktlar açıqlandı
Bu gün, 11:03
Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib - KİV
Bu gün, 11:00
Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... - vətəndaşı QAZ KİMİ YOLURLAR...
Bu gün, 10:50
Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 10:34
ATU-da kafedra müdirinin kafe biznesi -60 min manat xərcləyib
Bu gün, 10:31
Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi - NƏ BAŞ VERİR?
Bu gün, 10:19
Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:16
Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu -FOTO
Bu gün, 10:14
“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb
Bu gün, 10:08
Nigar Fərhadın başına iş gəldi - evinin qarşısından...
Bu gün, 10:05
Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ - “Ramiz Mehdiyev məsələsinə...”
Bu gün, 10:03
İrəvanın əsas ev tapşırığı Konstitusiyanı dəyişməkdir -ŞƏRH
Bu gün, 09:59
"İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır - YIĞINCAQ
Bu gün, 09:58
AYNA xaosun “güzgüsü” qismində - yığılan pulların aqibəti
Bu gün, 09:55
AZAL qəhrəmanlarına büst qoyuldu - FOTO
Bu gün, 09:47
Neft Fondu 70 milyard dolları harada saxlayır? - TƏFƏRRÜAT
Bu gün, 09:44
Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:34
Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı - Kreml böyük normallaşma prosesinə qarşı
Bu gün, 09:26
“Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru