"Bir məmur da tapılmadı ki, heç olmasa belə desin: “Bəli, Ramiz Mehdiyev haqda yüksək fikirdə olmuşam, tərifləmişəm də. Çünki pis-yaxşı dövlətçiliyimiz üçün xidmətləri olub. Hər bir halda çağdaş dövlətimiz, onun institutları, işləmə mexanizmi kimin münasibəti necə olursa olsun, həmçinin Ramiz müəllimin əməyinin nəticəsidir. Lakin onun mənfi fəaliyyətini pisləyirəm, cinayət törədibsə, xüsusilə dövlətə xəyanət edibsə, məsuliyyətə cəlb olunmalıdır…”..."
"DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov maraqlı replikasını belə davam etdirib:
"Axı kişi tüpürdüyünü yalamaz! Yalayandan isə nəinki hökmdara, heç dövlətə də sədaqət gözləmək əbəsdir…"
























