"Bütün dünyaya yayılıb ki, Ramiz Mehdiyev dövlət çevrilişi etmək istəyib, dövlətə xəyanət fikrinə düşüb. YAP funksionerindən, MM-də yüksək vəzifə tutan birindən mövqe soruşurlar, deyir ki, istintaqın nəticəsini gözləyək.(?).." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki keçmiş baş konsulu, məşhur “91-lər”dən biri Xeyrəddin Qoca üzünü hələ də məlum olaylara münasibət bildirməkdən çəkinən vəzifəli şəxslərə tutaraq deyib.
Keçmiş diplomat daha sonra bildirir: "Bəlkə, istintaq Ramizi təmizə çıxardı, onda nə deyəcəksən? Deyəcəksən ki, üzr istəyirik, ona böhtan atmışıq?
Guya, sənin onun əməllərindən xəbərin yoxdur? Guya, dövlətimiz, insanlarımız, mətbuatımız Ramiz haqqında fikir söyləyəndə tələsiblər?
Ona görə mövqe bildirmirsən ki, Ramiz Mehdiyevlə bağlı qaranlıq işlərin olub!..."














