Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında .....                     “Qaçqınkom”un sektor müdiri vəfat edib .....                     Zabil Qəhrəmanov təcridxanaya köçürüldü .....                     Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib .....                     Buralar Mehdiyevin nəzarətindədir... .....                     Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb .....                     Hava dəyişkən buludlu olacaq .....                     Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… .....                     Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? .....                     10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə .....                     “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır .....                     Tramp Yaponiyadadır .....                     Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri .....                     QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... .....                     “İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” .....                     Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi .....                     Şəbnəm ETİRAF ETDİ .....                     Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi .....                     İşsizlər tibbi sığortanı necə ödəyəcək? .....                     Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI .....                     Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm .....                     Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur .....                     “Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib .....                     Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb .....                     Azərbaycanda adambaşına 1 794, Ermənistanda 2 143 kVt/s elektrik enerjisi istehsal olunub .....                     Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib .....                     2026-cı il sülh üçün həlledici il olacaq .....                     Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi .....                     Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi .....                     Paşinyan Mariya Zaxarovanı niyə sarsıdıb: Kremlin İrəvana sitəminin əsas səbəbi... .....                     Saakaşvilinin anasına məxsus Gürcüstan Universiteti ilə bağlı istintaq başlayıb .....                     Elçin Ağamalıdan atasının iddialarına CAVAB .....                     Sosial Xidmətlər Agentliyinə Ağdaşda mənzillər satan “Hünər-İnşaat” Firması əslində kimə məxsusdu?! .....                     Gənclər və İdman Nazirliyi idman atları üçün yem alır .....                     Milli Məclisi "Mehdiyev şəbəkəsinin" üzvlərindən necə təmizləmək olar? .....                     Putinin xüsusi nümayəndəsi Azərbaycana nə TƏKLİF EDİR... .....                     Paşinyan Türkiyə yük maşınlarının Ermənistandan Azərbaycana gedə biləcəyi marşrutu açıqlayıb .....                     Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbərliyində mühüm təyinatlar olub .....                     Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq? .....                 

Milli Məclisi "Mehdiyev şəbəkəsinin" üzvlərindən necə təmizləmək olar? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 10:29 | Çap et

Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan keçmiş AMEA prezidenti Ramiz Mehdiyev ətrafında gedən ictimai diskusiyalar son aylar cəmiyyətin diqqət mərkəzindədir. Bu müzakirələr təkcə bir şəxsin hüquqi məsuliyyətindən ibarət deyil — burada söhbət illərlə formalaşmış, dövlətin müxtəlif strukturlarına sirayət etmiş, özünəməxsus idarəetmə və təsir mexanizmi olan bir şəbəkədən gedir.

Təhlillər göstərir ki, Rusiyaya bağlı olan bu şəbəkə kifayət qədər təşkilatlanmış və koordinasiyalı fəaliyyət göstərən yarı krıminal güc mərkəzi kimi formalaşa bilib. Onlar dövlət orqanlarının müxtəlif səviyyələrində – parlamentdən tutmuş icra strukturlarına, media və QHT sektoruna qədər – özlərinə mövqe qazanıblar.

Bu şəbəkənin əsas təhlükəsi ondadır ki, ictimaiyyət onları hər birini tanımaqda çətinlik çəkir. Türkiyədə ifşa olunan FETO terror təşkilatının istifadə etdiyi metodlardan yararlanırlar. FETO-çular kimi “Mehdiyev şəbəkəsinin” nümayəndələri də illərlə dövlətçilik ritorikasının arxasında gizlənməyi, maskalanmağı mükəmməl öyrəniblər. Elə buna görə də indi Ramiz Mehdiyevin ən sərt “tənqidçiləri” sırasında onun vaxtilə yaxın çevrəsində olmuş bəzi şəxsləri də görmək mümkündür. Onlar indi “müxalif” obrazında çıxış etsələr də, yaxın tarixi unutmayanlar bu buqələmunların əslində kim olduqlarını, kimə və hara xidmət etdiklərini yaxşı bilirlər.

Əslində, Ramiz Mehdiyevin belə bir şəbəkə qura bilməsi təəccüblü deyil. O, Azərbaycanda dövlət idarəçiliyində son illərə qədər müəyyən təsir imkanlarına malik olduğundan, vəzifəni, pulu, mandatı hər şeydən üstün tutanları öz ətrafında toplaya bilib. Düzdür, onların sayı bəzilərinin şişirtdiyi kimi çox deyil. Ancaq ölkədə dərin kök atmış bürokratik sistemin hər mərtəbəsində, hər bucağında “mehdiyevçilərin” idbar sifətini görmək mümkündür.

Nisbətən zəif mövqedə olanlar ya qorxudan, ya da belə situasiyalara uyğun əvvəlcədən verilmiş təlimata əsasən Ramiz Mehdiyevi ittiham edir, dövlətə sədaqətdən dəm vururlar. Hətta içərilərində vaxtilə Ramiz Mehdiyevə deyil, Prezident Administrasiyasına məddahlıq etdiklərini iddia edən “çoxüzlülər” də var. Adama deyərlər, sənin liderin Ramiz Mehdiyev olub? Hansısa bir bürokratın mətbuatda tənqid olunması, həm də haqlı tənqid edilməsi səni niyə narahat edirdi? Yəqin ki, istintaq genişlənsə, bu suallar onlara veriləcək...

Ramiz Mehdiyev “şəbəkəsinin” “ağır topları” isə hələlik açıq mövqe ortaya qoymaqdan yayınırlar. Onlardan bəziləri ictimai təmaslardan qaçır, digər bir hissəsi isə “ortada rəsmi ittiham yoxdur, olsun, mövqe bildirərik” – deyə susqunluq nümayiş etdirirlər.

Bunu əslində vaxt udmaq strategiyası da hesab etmək olar. Bu strategiyanın məqsədi sadədir: ictimai diqqət azaldıqdan sonra yenidən siyasi səhnəyə adaptasiya olmaq. Onların bir qismini Milli Məclisdə, digərlərini müxtəlif nazirliklərdə, komitələrdə, hətta müxalifət partiyalarında, media və QHT sektorunda görmək mümkündür.

Maraqlıdır ki, Mehdiyev sisteminin xaricdəki ideoloji qolu da fəallaşıb. Onun və ətrafının himayəsi ilə xarici ölkələrdə məskunlaşan və cəmiyyətdə “söyüş müxalifəti” adı ilə tanınan bəzi internet “qəhrəmanları” koordinasiyalı şəkildə Ramiz Mehdiyevi az qala günahsız mələyə çevirir, onun həbsinin qanunsuz olduğunu iddia edirlər. Hətta bəzi internet televiziyalarının rəhbərləri, “politoloqlar” Ramiz Mehdiyevin həbsinin ölkədə böyük xaos yaradacağı, hakimiyyəti zəiflədəcəyi və s. kimi ağılsız iddialarla çıxış edirlər. Ancaq fikirlərində heç bir məntiq olmadığından, sadəcə, hakimiyyəti şantaj etməyə, xidmət etdikləri “Mehdiyev şəbəkəsinin” ifşasından çəkindirməyə çalışdıqları aydın hiss olunur. Ramiz Mehdiyevin həbsi bu adamların əslində kim olduqlarını, haradan maliyyələşdiklərini də ifşa etdi...

Qeyd edək ki, hakimiyyət üçün də, dövlət üçün də əsl təhlükəni xarici dövlətə bağlı belə bir şəbəkənin mövcud olması, onların tam zərərsizləşdirilməməsi törədə bilər. Bu baxımdan geniş araşdırma aparılmalı, dövlət orqanları “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizlənməlidir.

Bu istiqamətdə parlamentdə də ciddi “təmizləmənin” aparılmasına ehtiyac var. Məlumdur ki, Ramiz Mehdiyev siyasi gücünün zirvəsində olduğu illərdə Milli Məclisə xüsusi diqqət göstərib. Seçki dairələri üzrə namizədlərin bir çoxunu öncədən şəxsən müəyyənləşdirib, parlamentin tərkibinə kifayət qədər öz adamını yerləşdirə bilib. “Mehdiyev şəbəkəsinin” üzvü olan deputatlar isə uzun illər boyu ölkədə qanunvericilik istiqamətində zəruri islahatların həyata keçirilməsinin qarşısını alıb, passiv müqavimətlə mütərəqqi qanunların qəbuluna imkan verməyiblər. Əksinə, qanunları mürtəceləşdirməsində, xalqı narazı salan dəyişikliklərin həyata keçirilməsində fəal iştirak ediblər.

Təəssüf ki, son parlament seçkisində də Milli Məclisi bu şəbəkənin üzvlərindən təmizləmək mümkün olmadı. Baxmayaraq ki, parlamentin buraxılmasının əsas səbəblərindən biri də bu idi... Məhz bu səbəbdən 2024-cü ilin iyununda Milli Məclisin buraxılması ideyası gündəmə gəldi və reallaşdırıldı. YAP-ın təşəbbüsü ilə hakim partiyanı parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Prezident müraciəti qəbul etdi, Konstitusiya Məhkəməsi bunu təsdiqlədi və 1 sentyabrda növbədənkənar seçkilər keçirildi.

Lakin bu seçkilər də gözləntiləri tam doğrultmadı, parlamenti “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizləmək mümkün olmadı. Hətta bəzi siyasi şərhçilər parlamenti “Ramiz Mehdiyev parlamenti” də adlandırırlar. Bunun əsas səbəbi kimi onların dəyişikliklərə müqavimət göstərməsi qeyd olunur. Hər halda, müxtəlif səbəblərdən bu şəbəkəyə aid olduğu şübhə doğurmayan bir çox şəxs yenidən mandat aldı.

Belə şəxslərin Milli Məclisdə olması isə həm parlamentin nüfuzunu zədələyir, həm də Ramiz Mehdiyev kimi xaricdən idarə olunan adamların dövlət çevrilişi cəhdi kimi ağılsız fikrə düşməsində əlavə stimula çevrilir. İstisna deyil ki, Ramiz Mehdiyevin Moskvaya təqdim etdiyi siyahıda da deputat mandatı daşıyanlar var. Ancaq hamısının adı o siyahıya salınmayıb. Həm də bu şəbəkənin adamları FETO-çular kimi maskalandığından, asanlıqla “dəri dəyişmə” keyfiyyətinə malik olduqlarından, “Mehdiyev şəbəkəsinin” üzvü olduqlarını isbat etmək də asan deyil.

Odur ki, ən doğru çıxış yolu mövcud parlamentin də buraxılması, Milli Məclisin yenidən demokratik və şəffaf seçkilərlə təşkil edilməsidir. Bu dəfə Ramiz Mehdiyev həbsdə, şəbəkəsi qorxu içində olduğundan, hər hansı müqavimət də göstərə bilməzlər. Nəticədə, Rusiyaya bağlı “Mehdiyev şəbəkəsindən” tam təmizlənmiş parlament formalaşdırmaq olar ki, bu da dövlətin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəzərə alaq ki, dövlətin dayaqları ancaq şəffaflıq və ictimai etimad üzərində möhkəmlənə bilər. Mehdiyev dövrünün qalıqları isə bu prosesin qarşısında duran ən ciddi maneədir. Bu maneəni söküb atmaq lazımdır!

“AzPolitika.info”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Bu gün, 13:40
“Qaçqınkom”un sektor müdiri vəfat edib
Bu gün, 13:37
Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA
Bu gün, 13:09
Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib
Bu gün, 13:03
Buralar Mehdiyevin nəzarətindədir... - İDDİA
Bu gün, 13:01
Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb
Bu gün, 12:47
Hava dəyişkən buludlu olacaq - belə deyirlər...
Bu gün, 12:42
Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… - BU NƏDİ BELƏ?..
Bu gün, 12:40
Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? - AÇIQLAMA
Bu gün, 12:34
10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə - Övladları üzərindən alver aparanlar var
Bu gün, 12:32
“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Bu gün, 12:29
Tramp Yaponiyadadır
Bu gün, 12:26
Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri - Milyonlar xərclənəcək
Bu gün, 12:22
QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... - Mehdiyevlə əlaqədə olan Azər Qasımov necə nüfuz edib...
Bu gün, 12:15
“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” - ŞƏRH
Bu gün, 12:06
Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:02
Şəbnəm ETİRAF ETDİ - “Ağlaya-ağlaya dedi, qoca kişiyə ərə gedirsən?”
Bu gün, 11:59
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi - TƏFƏRRÜAT
Bu gün, 11:57
İşsizlər tibbi sığortanı necə ödəyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:48
Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO
Bu gün, 11:39
Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm - Elçin Ağamalı
Bu gün, 11:33
Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur - Paşinyan
Bu gün, 11:28
“Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib - BUNDAN SONRA...
Bu gün, 11:22
Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb - "Kommersant"
Bu gün, 11:19
Azərbaycanda adambaşına 1 794, Ermənistanda 2 143 kVt/s elektrik enerjisi istehsal olunub - CƏDVƏL
Bu gün, 11:15
Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib - QƏRAR
Bu gün, 11:12
2026-cı il sülh üçün həlledici il olacaq - Paşinyan
Bu gün, 11:08
Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi - İNCƏLƏMƏ
Bu gün, 11:06
Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi - "Dövlətin gördüyü işləri öz adına çıxarır..."
Bu gün, 11:02
Paşinyan Mariya Zaxarovanı niyə sarsıdıb: Kremlin İrəvana sitəminin əsas səbəbi... - TƏFƏRRÜAT
Bu gün, 10:56
Saakaşvilinin anasına məxsus Gürcüstan Universiteti ilə bağlı istintaq başlayıb
Bu gün, 10:53
Elçin Ağamalıdan atasının iddialarına CAVAB – “Telefonla danışmışıq”
Bu gün, 10:51
Sosial Xidmətlər Agentliyinə Ağdaşda mənzillər satan “Hünər-İnşaat” Firması əslində kimə məxsusdu?! -İLGİNC FAKTLAR
Bu gün, 10:45
Gənclər və İdman Nazirliyi idman atları üçün yem alır – 112 min xərcləyəcək
Bu gün, 10:36
Milli Məclisi "Mehdiyev şəbəkəsinin" üzvlərindən necə təmizləmək olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:29
Putinin xüsusi nümayəndəsi Azərbaycana nə TƏKLİF EDİR... - AÇIQLAMA
Bu gün, 10:25
Paşinyan Türkiyə yük maşınlarının Ermənistandan Azərbaycana gedə biləcəyi marşrutu açıqlayıb - KİV
Bu gün, 10:21
Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb - AQTA arayış hazırlaylıb, amma ictimaiyyətdən gizlədib
Bu gün, 10:17
Azərbaycanda elektron pul təşkilatının rəhbərliyində mühüm təyinatlar olub - DETALLAR
Bu gün, 10:05
Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 09:58
Putin niyə hərbi geyimdə göründü - Kreml Trampa və Zelinskiyə hansı mesajı verdi?
Bu gün, 09:44
Rusiya amili: Türkiyə Aİ-nin hədəfində - Ankara Brüsseldən siqnal alır
Bu gün, 09:42
Kreml Ukrayna dronlarından belə qorunur - FOTOFAKT
Bu gün, 09:36
Müxalifət iqtidardan pul istəyir - “Bizə qəpik-quruş verilir”
Bu gün, 09:30
Bəylər Eyyubovdan əvvəl o vəzifəni kimlər daşıyıb? - DETALLAR
Bu gün, 09:27
Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 09:25
Məhkəmə sabiq məmurun oğlu və digərlərinin işi ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:21
Rektor Elçin Babayevin başı dərddə – Mehdiyev işi
Bu gün, 09:15
Razi Nurullayevin sürücüsü olmuş qardaşı oğlu ADY-nin mühafizəçisini necə aldadıb? - MƏHKƏMƏ
Bu gün, 09:14
"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru