Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabil Qəhrəmanov şəhərdəki 2 saylı istintaq təcridxanasına köçürülüb.
Bu barədə gununsesi.info–ya onun vəkili Səadət Seyidli bildirib.
Vəkilin sözlərinə görə, artıq Zabil Qəhrəmanovun həbsindən Gəncə Apellyasiya Məhkəməsinə appelyasiya şikayəti veriblər:
“Artıq apelyasiya şikayətini vermişik. Yəqin ki, sabah ya birisi gün şikayətimizə baxılacaq”.
Qeyd edək ki, Zabil Qəhrəmanov xuliqanlıq və dələduzluq ittihamı ilə həbs edilib.
O, ittihamları rədd edir.













