Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində Ermənistan xalqının sülhün tərəfdarı olmasını gözləyir.
APA-nın “Armenpress”ə istinadən xəbərinə görə, o, “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, 2026-cı il sülh üçün həlledici il olacaq, çünki növbəti parlament seçkiləri iyunda keçiriləcək.
“Və bu seçkilərdə əsas sual var ki, ona cavab verilməlidir. Ermənistan xalqı öz seçimi ilə sülhün tərəfdarı olmalıdır. Bu, qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədidir”, - Paşinyan bildirib.













