" "Wolt" xidmətindən şikayətçiyəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Tural Əlizadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Hövsələm çatmayacaq uzun-uzun yazmağa, belə deyim. 1 oktyabr Wolt -dan sifariş zamanı məndən eyni bir sifariş üçün 2 dəfə eyni məbləğdə ödəniş çıxıb.
O gündən məni yola verərək, bankın üstünə ataraq artıq çıxılan pulumu geri qaytarmırlar.
Qeyd edim ki, bu xidmət vasitəsilə bir neçə yüz sifarişim olub, yəni yeni biri deyiləm, nəsə səhvən etməmişəm. Və fikir vermişəm ki son zamanlar dəstək xidmətinin keyfiyyəti də enib..."














