"Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Əmim oğlu həkim Tural Sultanovun axtarışları 27 sentyabrdan, yəni hadisə baş verdiyi gündən bəri davam edir".
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalist Ağanisə Sultanova deyib. O bildirib ki, xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib;"Xilasetmə işləri müddətdən artıq aparılıb. Bu barədə də davamlı olaraq ailəyə, əksəriyyətinizin həkim kimi yaxşı tanıdığı Turalın atası Hüseynağa Sultanova məlumat verilib.
Xilasetmə və axtarışlarda əməyi olan hər kəsə təşəkkür edirik.
Bir aydır, bütün ailənin, atasının, anasının, hamımızın gözü yoldadır... Tək istəyimiz axtarışların nəticə verməsi və Turalın tapılmasıdır". Xatırladaq ki, hadisə 27 sentyabrda baş verib. Tural Sultanovun gəmidə həkim olduğu bildirilir.















