Əsas Səhifə > Güney Press > Zabil Qəhrəmanov təcridxanaya köçürüldü

Zabil Qəhrəmanov təcridxanaya köçürüldü


Bu gün, 13:09

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabil Qəhrəmanov şəhərdəki 2 saylı istintaq təcridxanasına köçürülüb.

Bu barədə gununsesi.infoya onun vəkili Səadət Seyidli bildirib.

Vəkilin sözlərinə görə, artıq Zabil Qəhrəmanovun həbsindən Gəncə Apellyasiya Məhkəməsinə appelyasiya şikayəti veriblər:

“Artıq apelyasiya şikayətini vermişik. Yəqin ki, sabah ya birisi gün şikayətimizə baxılacaq”.

Qeyd edək ki, Zabil Qəhrəmanov xuliqanlıq və dələduzluq ittihamı ilə həbs edilib.

O, ittihamları rədd edir.


Geri qayıt