"Gördüyünüz bu "Favorit market" qiymətlərdə fırıldaqçılıqla məşğuldur". "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elcan Hacıyev adlı istifadəçi qeyd edir.
Narazı vətəndaş daha sonra bildirir: "12 manat 90 qəpiyə piştaxtaya qoyulan qutu şokoladı kassada 22 manata göstərir. Narazılığımı bildirəndə deyirlər ki, düz deyirsiniz, qiyməti biz səhv qoymuşuq. Amma qoyduğumuz qiymətə verə bilmərik. 25.10.2025 23:30 da baş verən hadisədir. Yəni mən diqqətsiz olsam, bu şəkildə müştərilər aldadılmalıdır?"

























