Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə son açıqlamasında qarın əzələləri olan bəylərdən xoşlandığını bildirib.
Axşam.az-ın məlumatına görə, aktrisa tənqid ataşinə çevrilən fikirlərinə belə reaksiya verib:
"Muzeydə mənimkini tapdım. Tam saya bilmədim neçə "paxlavası" var idi. Buna birlikdə gülərik deyə düşünürəm, amma sonra zarafatın hamı üçün olmadığını anlayıram. Eybi yox, mən əyləndim".
Qeyd edək ki, Nəsrinlə Pamir son olaraq “Sandık kokusu” serialında çəkilib. O, aktyor Gökhan Alkanla nişanlı olub. Onlar ayrılıblar. Aktrisanın sözügedən serialdakı tərəf müqabili aktyor Pamir Pekinlə də münasibəti qısa çəkib.



























