Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir .....                     Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq .....                     "İndi biz nə edək? Adam öldürməmişik ki..." .....                     "Hər bir qız nişanlana da bilər, ayrıla da..." .....                     Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı .....                     Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... .....                     Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... .....                     "Sən canın, geyimimə heç nə deməyin..." .....                     Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək .....                     Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı .....                     Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib .....                     Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub .....                     “Panika salanlar insanların immunitetini riskə atır” .....                     “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” .....                     Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi .....                     PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb .....                     “Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” .....                     Fəzail Ağamalının partiyasından yeni xəbər .....                     Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir .....                     Cəlilabad sakinləri Prezidentə müraciət etdi .....                     Ankarada əyləncə məkanına silahlı hücum olub .....                     Kassada bir qiymət, piştaxtada başqa qiymət... .....                     Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? .....                     Paşinyan sülhə əsaslanan yeni respublika qurur .....                     Qardaş, bu milyonu HARDAN ALMISAN... .....                     Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? .....                     Kirayə mənzil bazarında TƏLATÜM... .....                     Burda işçiləri təhdid edirlər, qanun isə deyir ki... .....                     İki jurnalistin Fəzail Ağamalı ilə bağlı BİR XATİRƏSİ... .....                     Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... .....                     “Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər .....                     Mətbuatımız BUNDAN SONRA GÜL AÇACAQ? .....                     Luvrdakı soyğunu yüzdən çox müstəntiq araşdırır .....                     Bəli, biz sülh istəyirik, AMMA... .....                     "Bu məsələ rəsmi olaraq həllini tapmadı..." .....                     "Kreml bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi" .....                     "Eybi yox, mən əyləndim" .....                     Moldova hökuməti “Rusiya Evi”nin fəaliyyətini dayandıracaq .....                     Zəngəzur dəhlizi ilə bağlı Rusiyanı qarışdıran məqam .....                     İrəvan görüşü ona görə əhəmiyyətlidir ki... .....                 

“Panika salanlar insanların immunitetini riskə atır” - AKTUAL
Tarix: Dünən, 12:00 | Çap et

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Bu səbəbdən qərara alınıb ki, 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın. “Məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur. Son bir həftə ərzində əhali arasında məlumatlandırma və maarifləndirmə işləri aparılıb, bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilib. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir”.
Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur.
Həmçinin, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib. AQTA-nın məlumatında qeyd olunur ki, ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri görülür. "Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir. Qeyd edək ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlakı yolverilməzdir. Belə ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının istehlakı zamanı baş verir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Agentlik əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qanunsuz heyvan kəsimi və baytarlıq nəzarətindən keçməyən ətin satışı ilə məşğul olan şəxsləri bu sahədə qanunazidd fəaliyyətdən yayınmağa və müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırır. Sosial şəbəkədə insanlar arasında narahatlıq yaradan məlumatlara aydınlıq gətirərək Agentlik bəyan edir ki, vətəndaşlar müşayiətedici sənədləri və möhürü olmayan ətləri almasınlar".
Öz növbəsində heyvan sağlamlığının qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə bölgələrdə fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri diri heyvanların satıldığı bazarlarda mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirir. Bu barədə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov açıqlamasında deyib. O bildirib ki, görülən tədbirlər çərçivəsində bazarların giriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb: “Baryerlər vasitəsilə heyvan və insanların hərəkəti nəzarətdə saxlanılır, bu isə xəstəliklərin yayılma riskini minimuma endirir. Dezinfeksiya üçün “Acidex” və “Formalin” məhlulundan istifadə olunur ki, bu da virusların, o cümlədən digər xəstəlik törədicilərinin effektiv məhv edilməsini təmin edir”. Yusif İbrahimov bildirib ki, bazarlarda satılan hər bir diri heyvana baytar həkimlər tərəfindən təftiş və sağlamlıq baxışı keçirilir: “Heyvanlarda xəstəlik əlamətləri aşkar edildiyi halda, onlar satışa çıxarılmır və müvafiq tədbirlər görülür. Bu tədbirlər sayəsində bazarlarda sağlam və təhlükəsiz heyvanların satışı təmin edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirdiyimiz bu tədbirlər sayəsində xüsusi təhlükəli xəstəliklərin bazarlarda yayılmasının qarşısı alınır, heyvan sağlamlığı qorunur, təsərrüfat sahibləri və alıcılar üçün təhlükəsiz şərait yaradılır. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi olaraq, biz heyvan sağlamlığının müdafiəsi və xəstəliklərin qarşısının alınması istiqamətində işimizi davam etdiririk və əhalini məsuliyyətli olmağa, heyvanlarda hər hansı xəstəlik əlaməti müşahidə edilərsə, dərhal baytar mütəxəssislərə müraciət etməyə çağırırıq”.
 
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a açıqlamasında diletantların bir neçə gündür əhali arasında əsassız yerə panika yaydığını bildirdi:
- Hər yerindən duran – müğənnidən tutmuş, hamı - qidaya əli toxunmamış, laboratoriya, mətbəx görməyən, müştəri ilə işləməyən, ictimai iaşədən xəbərsiz olan, qida zənciri nədir bilməyənlər danışır. İnsanları panikaya salırlar. Brilyant Dadaşova çıxıb deyir, “insafınız olsun, uşaqları uzaq tutun... “ Ay Brilyant xanım, xalq artistisən, get, mahnılarını oxu. Gəlib sənin mikrofonunu əlindən alırıq?! Nə reklam edirsiniz özünüzü? Dabaq xəstəliyi barədə məlumat verən AQTA və 2-3 mütəxəssisdən savayı hamı reklama iləyir. Soruşursunuz, dabaq xəstəliyi tutmuş heyvanın əti təhlükəlidirmi? Baytar nəzarəti olmayan, mənşəyi naməlum ət məhsullarını alıb istehlak edəriksə, tutalım bu, xəstə heyvan ətidir, əgər biz düzgün bişirmə qaydalarına əməl etməyəcəyiksə, bütün hallarda təhlükə olacaq. Ümumiyyətlə, ət məhsulları düzgün qaydada bişirilməlidir. Bişirmə zamanı iç temperatur 75 dərəcəyə çatmalıdır. İç temperatur 75 dərəcəyə çatırsa, heç bir təhlükə yoxdur. İnsanlar, zəhmət çəkib termometr alsınlar, temperaturu ölçsünlər. O zaman təhlükə olar, əgər ət yaxşı bişirilməsə. Ət məhsulları o zaman təhlükə daşıyır, nə vaxt ki, düzgün şərtlər altında saxlanmır, müxtəlif növ çirklənmələrə məruz qalır. Amma biz nə deyirik, ət yaxşı bişirilməlidir. Zatən, həmişə ət yaxşı bişməlidir. Ət çiy qalarsa, təhlükəli olar.
 
A.Salamov qeyd etdi ki, ət məhsullarına, heyvan kəsiminə baytar nəzarəti olmalı, ətin mənşəyi məlum olmalıdır:
- AQTA xəstə heyvan satışına qadağa qoyub. Xəstə heyvanları olan təsərrüfatlar karantinə alınır, bir müddət onlarla təmas dayandırılır. Heyvanlardan sağalanı da ola bilər, sağalmayanı da olacaq. Vaksinasiya vacibdir. Təsərrüfat sahibləri heyvanlarına vaksin vurdurmalıdır. Vətəndaş ət alarkən baytar nəzarətindən keçirilmə sənədini, uyğunluq sertifikatını tələb etməlidir. Əgər bu sənədlər varsa, alıb istehlak etsinlər. İşin mahiyyətini bilməyənlər elə bir vəziyyət yaradıblar ki, insanlar ətdən iyrənir artıq. Bəs sabah-birisigün bu insanların immuniteti aşağı düşəcəksə, B12 vitamini çatışmazlığı yaranacaqsa, əzələsi zəif adamlarda məhz qırmızı ətin tərkibində olan mioqlobin zülalı orqanizmdə çatışmayacaqsa, (mioqlobin bu əzələ toxumasında - ürək və sümük əzələlərində oksigeni saxlayan və daşıyan bir zülaldır) kim məsuliyyət daşıyacaq? Buna görə cinayət məsuliyyəti yoxdur ki, cəlb olunsunlar. Amma əsassız panika salanların vicdanları buna necə imkan verir? Ət məhsulu alan baytar sertifikatını tələb etsin, təqdim etməsələr, həmin əti almasınlar. Bu qədər sadə. Yoxsa ki, düşüblər ortalığa, ət yeməyin, təhlükəlidir, deyə bilmədiklərini danışırlar. Nə xəbərdi? Nə olub? Ətlə məşğul olanlar, bu məsələləri bilənlər danışsın qoy. Sizə nə olub düşmüsüz ortaya?!.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir - Sabiq deputatdan çağırış
Bu gün, 01:00
Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 00:45
"İndi biz nə edək? Adam öldürməmişik ki..." - Bu söz QƏZƏBƏ SƏBƏB OLDU
Bu gün, 00:43
"Hər bir qız nişanlana da bilər, ayrıla da..."
Bu gün, 00:38
Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı - VİDEO
Dünən, 18:48
Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... - BU NƏDİ BELƏ?
Dünən, 18:44
Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... - GƏLİŞMƏ
Dünən, 17:42
"Sən canın, geyimimə heç nə deməyin..." - FOTO
Dünən, 17:40
Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək - ÇÜNKİ...
Dünən, 17:37
Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı - Gümrüdə siyasi böhran dərinləşir
Dünən, 17:33
Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Dünən, 12:52
Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub - FOTO
Dünən, 12:50
“Panika salanlar insanların immunitetini riskə atır” - AKTUAL
Dünən, 12:00
“Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” - Paşinyan
Dünən, 11:57
Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi - Rusiya nefti yerini ərəb və Amerika neftinə verir
Dünən, 11:02
PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb - KİV
Dünən, 10:54
“Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” - İTTİHAM
Dünən, 10:08
Fəzail Ağamalının partiyasından yeni xəbər - QALMAQAL davam edir...
Dünən, 10:06
Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir
Dünən, 10:03
Cəlilabad sakinləri Prezidentə müraciət etdi - BUNA GÖRƏ...
Dünən, 10:01
Ankarada əyləncə məkanına silahlı hücum olub - FOTO
Dünən, 09:51
Kassada bir qiymət, piştaxtada başqa qiymət... - ETİRAZ VAR!
Dünən, 09:49
Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:28
Paşinyan sülhə əsaslanan yeni respublika qurur - ŞƏRH
Dünən, 09:26
Qardaş, bu milyonu HARDAN ALMISAN... - İcazə verin şübhələnək...
Dünən, 09:22
Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? - GƏLİŞMƏ
Dünən, 09:17
Kirayə mənzil bazarında TƏLATÜM... - BELƏ HARA GEDİRİK?
Dünən, 09:13
Burda işçiləri təhdid edirlər, qanun isə deyir ki... - ÇAĞIRIŞ
Dünən, 08:58
İki jurnalistin Fəzail Ağamalı ilə bağlı BİR XATİRƏSİ... - İFŞA
Dünən, 08:43
Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... - NARAZILIQ VAR...
Dünən, 08:30
“Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər - ARAŞDIRMA
Dünən, 08:25
Mətbuatımız BUNDAN SONRA GÜL AÇACAQ? - AKTUAL
Dünən, 08:12
Luvrdakı soyğunu yüzdən çox müstəntiq araşdırır - "Le Journal du Dimanche"
Dünən, 08:05
Bəli, biz sülh istəyirik, AMMA... - GƏLİŞMƏ
Dünən, 08:01
"Bu məsələ rəsmi olaraq həllini tapmadı..." - QALMAQAL
Dünən, 07:57
"Kreml bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi" - partiya sədri
Dünən, 07:55
"Eybi yox, mən əyləndim" - FOTO
Dünən, 07:52
Moldova hökuməti “Rusiya Evi”nin fəaliyyətini dayandıracaq
Dünən, 07:50
Zəngəzur dəhlizi ilə bağlı Rusiyanı qarışdıran məqam - İrəvandan cavab gözlənilir
Dünən, 07:48
İrəvan görüşü ona görə əhəmiyyətlidir ki... - AKTUAL
Dünən, 07:46
Kamala Harris yenidən seçkilərdə iştirak edəcək? - BBC
Dünən, 07:43
Vətən Müharibəsi Qəhrəmanının qızı qızıl medal qazandı
25-10-2025, 23:24
Vəkil Zabil Qəhrəmanov həbs edilib - QƏRAR
25-10-2025, 23:22
Bakıda sosial ev almaq istəyənlərin başına OYUN GƏLDİ - 90 minlik DƏLƏDUZLUQ
25-10-2025, 13:24
Avropa Məhkəməsinin “yenidən bax” dediyi işə Azərbaycan məhkəməsi barmaqarası baxır - "Gilan"ın toxunulmazlıq DOSYESİ
25-10-2025, 13:21
Afiyəddin İsgəndərov niyə işdən çıxıb? - öz ərizəsi ilə...
25-10-2025, 13:19
General İlqar Abbasov niyə işdən çıxarılıb? - Səttar Möhbalıyevin oğlu və s...
25-10-2025, 13:17
Ramiz Mehdiyev “91”lərə qısqanclıqla yanaşıb - Məşhur YAP-çıdan AÇIQLAMA
25-10-2025, 13:14
Kremldən Paşinyana son xəbərdarlıq - Bu “qırmızı xətt”dir
25-10-2025, 13:12
Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub
25-10-2025, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru