Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir .....                     Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq .....                     "İndi biz nə edək? Adam öldürməmişik ki..." .....                     "Hər bir qız nişanlana da bilər, ayrıla da..." .....                     Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı .....                     Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... .....                     Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... .....                     "Sən canın, geyimimə heç nə deməyin..." .....                     Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək .....                     Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı .....                     Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib .....                     Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub .....                     “Panika salanlar insanların immunitetini riskə atır” .....                     “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” .....                     Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi .....                     PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb .....                     “Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” .....                     Fəzail Ağamalının partiyasından yeni xəbər .....                     Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir .....                     Cəlilabad sakinləri Prezidentə müraciət etdi .....                     Ankarada əyləncə məkanına silahlı hücum olub .....                     Kassada bir qiymət, piştaxtada başqa qiymət... .....                     Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? .....                     Paşinyan sülhə əsaslanan yeni respublika qurur .....                     Qardaş, bu milyonu HARDAN ALMISAN... .....                     Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? .....                     Kirayə mənzil bazarında TƏLATÜM... .....                     Burda işçiləri təhdid edirlər, qanun isə deyir ki... .....                     İki jurnalistin Fəzail Ağamalı ilə bağlı BİR XATİRƏSİ... .....                     Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... .....                     “Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər .....                     Mətbuatımız BUNDAN SONRA GÜL AÇACAQ? .....                     Luvrdakı soyğunu yüzdən çox müstəntiq araşdırır .....                     Bəli, biz sülh istəyirik, AMMA... .....                     "Bu məsələ rəsmi olaraq həllini tapmadı..." .....                     "Kreml bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi" .....                     "Eybi yox, mən əyləndim" .....                     Moldova hökuməti “Rusiya Evi”nin fəaliyyətini dayandıracaq .....                     Zəngəzur dəhlizi ilə bağlı Rusiyanı qarışdıran məqam .....                     İrəvan görüşü ona görə əhəmiyyətlidir ki... .....                 

Mətbuatımız BUNDAN SONRA GÜL AÇACAQ? - AKTUAL
Tarix: Dünən, 08:12 | Çap et

Öncəliklə bildirim ki, Ramiz Mehdiyevin əməlləri barədə hələ 2002-ci ildə yazmışam. Yəni, indi yazacağım yazını tam oxumadan linc etməyə başlamayın. Sona kimi oxuyun, daha sonra fikir bildirin. Bizdə var axı, yazını oxumadan söymək, təhqir etmək, bildi-bilmədi ağzına gələni yazmaq.

Beləliklə...

Təxminən 2003-cü ildən Azərbaycanda yeni bir siyasi mərhələ başlamışdı. Bu dönəmdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov idi.

İnsaf naminə deyəcəyəm ki, ölkə mətbuatı indiki kimi biabırçı durumda deyildi, qəzetlər çıxırdı, çox güclü qəzet satışı var idi və ən əsası nə reyestr yox idi, nə də indiki tezis siyasəti. Hökümət mətbuatı müstəqil mətbuata güc gələ bilmirdi. Amma müəyyən balans gözlənirdi, daha doğrusu, hökümət mətbuatı rəqabətə duruş gətirməyə çalışırdı, çox vaxt söyürdü, təhqir edirdi. Bacarmırdı, amma çalışırdı.

Jurnalistlərə hörmət var idi, düzdür döyülən, qətlə yetirilənlər də olurdu. Amma söz azadlığı deyilən, indi tamarzı qaldığımız o zad qorunurdu.
Həmin dönəmlərdə məmur idarəetməsinin əsas fiquru "Boz kardinal" dediyimiz Ramiz Mehdiyev idi. Bütün daşın altından o çıxırdı.
Əli Həsənov isə ölkə mediasına tam nəzarət edə bilmirdi, qismən nəzarət, bir az hansısa yollarla redaksiyalara xahiş, falan etdirib vəziyyəti nəzarətdə saxlamağa çalışırdı. Müstəqil mətbuat Redaktorlar Birliyinin, "Press Klub"un, Jurnalist Təşkilatlarının gücü nəticəsində müstəqilliyini qoruyub saxlayırdı.
Ta Mətbuat Şurası yaradılana kimi. Mətbuat Şurasını Əli Həsənovun "Şah əsəri" adlandırmaq olar. Çünki Əli Həsənov Mətbuat Şurasını müstəqil mediaçıların əli ilə yaradıb elə onların əli də də müstəqil mətbuatın fatihəsini oxudu.
Bundan sonra Əli Həsənov sürətlə mətbuatı tamamilə ələ keçirməyə, qəzetləri bağlamağa və müstəqil mətbuatın anasını ağlatmağa start verdi və istədiyini etdi. İlk proses məmurlardan, onların korrupsiya əməllərindən yazan qəzetləri, jurnalistləri "reket" elan etməklə başladı. Ağzını açan "reket" elan edildi. O zaman ən böyük "reket" elə Əli Həsənovun özü və ətrafında diyirlənənlər idi.

Ardınca müstəqil jurnalistlərin tamamilə darmadağın edilməsi, "Azadlıq" və "Hürriyyət" kimi oxunaqlı və çox tirajlı qəzetlərin bağlanması və məhv edilməsi vəziyyəti tamamilə Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün nəzarətinə saldı.

Böyük maliyyə hesabına APA yaradıldı, o zaman guya konstruktiv müxalifət dediyimiz partiya qəzetlərinə böyük maliyyə ayrıldı və bu qəzetlərdə çalışan jurnalistlərin çoxu parça-parça edilərək yaşamaq üçün bu redaksiyalara üz tutdu. Bu Əli Həsənovun ən böyük planı idi, müstəqil mətbuatı öncə parçalamaq və iti qələmi olan jurnalistləri ələmək, daha kəsərliləri ölkədən qovmaq.

İnsafən deməliyik ki, bu plan alındı, Həsənov və Mehdiyev cütlüyünün "qızıl dövrü" başlandı. Məncə Əli Həsənov böyük pulları bundan sonra qazanmağa başladı. Mehdiyev isə istədiyi siyasi gücə əlinə keçirdiyi tək­nəzarətli medianın üstündən daha da gücləndirməyə başladı.

Ramiz Mehdiyevin təyin etdirdiyi şəxslər barədə yazan dışlanır, "reket" elan olunur, onların korrupsiya əməlləri barədə yazılanlar Həsənovun əlində cəmlənən və bu gün Ramizi söyən İnformasiya agentlikləri, saytlar və şəxslər tərəfindən sürətlə təkzib olunur, məhkəmələr jurnalistlərin göz yaşına baxmadan onları Həsənovdan aldıqları tapşırıqla böyük miqdarda cərimələyir və ya həbs edirdi.

Əslində bu gün səslənən - "bütün məmurlar Ramiz Mehdiyevin təqdimatı ilə yüksək vəzifələrə təyin edilirdi, onun razılığı olmadan kimsə bir addım ata bilməzdi" kimi fikirlərə hansısa arqumentli cavablar olmalıdır. Bu niyə belə idi?

Ramiz Mehdiyevin dönəmində jurnalistlər, siyasətçilər arasında olduqca maraqlı fikirlər dolaşırdı. Təbii ki, bu fikirləri o zaman yazmaq mümkün deyildi. Yazanlar var idi, ya döyülürdü, ya da ölkədən qaçırdı. Çünki, Mehdiyev-Həsənov klanı o qədər qol-budaqlı idi ki, ağzını açan rüsvay edilirdi. Bir dönəm var idi ki, Ramiz Mehdiyevin qorxusundan insanlar Prezident Administrasiyasının yanından keçməyə qorxurdu, jurnalistlər o zamankı Eldar Mahmudovun dövründə MTN binası tərəfə qorxusundan baxmırdı.

Bəli, ola bilsin ki, bu gün kimsə bu faktı qəbul etməz, amma bu reallıqdır. Müstəqil jurnalistlərdə, siyasətçilərdə belə bir xof var idi.

Təsəvvür edin, Eldar Mahmudovun qorxusundan insanlar MTN binasının qarşısından keçə bilmirdi. Hətta belə bir şaiyə də yaymışdılar ki, MTN binasının, Prezident Administrasiyanın qarşısından keçəndə heç nə danışmayın, səs yazılır. Bu Ramiz Mehdiyev dəhşəti, həbslərin qorxusu, Həsənovun komandasının üzərinə it kimi qısqırdılması idi.

O zaman söz-söhbətlərdən biri də bu idi - "Ramiz Mehdiyev layiq olmayan adamlara general rütbələrinin verilməsinə, onların yüksək vəzifəyə təyinatına imkan vermir. Ölkədən az-az ona görə çıxır ki, onun yoxluğundan istifadə edib kimsə general alır, kimsə tələsik vəzifəyə təyin olunmaq istəyir".
Bu fikirlər barədə indi düşünəndə fərqli arqumentlər ortaya çıxır.

Əslində o zamanlar vəzifəyə təyin olunan insanların böyük idarəçilik təcrübəsi var idi. Onların fəaliyyət tarixçəsinə baxdıqda uzun illərin təcrübəsi görünürdü. Yəni, bu adamlarla işləmək olardı, onlardan yaxşı mənada çalxalayıb nehrə yagı çıxartmaq olardı. Bir pis tərəfləri var idi, onlar rüşvətxor idilər. 5 manat xərcləyib, 15 manat oğurlayırdılar. Təbii ki, hamısı yox. Arasında salamatları da var idi, amma çox işləyə bilmirdilər.

Deyirlər ki, Milli Məclis Ramiz Mehdiyevin siyahısı ilə formalaşırdı. "Boz kardinal"ın siyahısında olmayan adam deputat ola bilməzdi. Gəlin etiraf edək. O zamankı deputatların əksəriyyəti tanınmış simalar idi, yazıçılardan tutmuş, xalq artistinə, həkimindən tutmuş jurnalistinə kimi. Ciddi müzakirələr aparılırdı, jurnalistlərin sualları cavablandırılırdı, müsahibələr alınırdı, mübahisəli məqamlar ortaya çıxırdı. Qanunların müzakirəsi zamanı əməlli arqumentlər olurdu.

Hə onların da çoxu rüşvətxor idi. Amma Milli Məclis diri idi.

Gəlin etiraf edək!

Azərbaycanın bölgələrinin təmir tikintisi, yolların, körpülərin salınması Ramiz Mehdiyevin Administrasiya rəhbəri olduğu dövrlərdə baş verib. Bu işi görən adamlar, icra başçıları da indi deyildiyi kimi, Ramizin adamları idi. Təbii ki, rüşvətxor idilər, amma nəsə edirdilər. Bu gün bəzən deyirlər ki, filan yol düz tikilməyib, su basır, amma o əvvəlkindən daha yaxşıdır. İnsaflı olmaq lazımdır. Rüşvətxor idilər, amma nəsə edirdilər...

Bir daha təkrar edirəm, Ramiz Mehdiyevin "Boz kardinal" olduğunu, Əli Həsənovun mətbuatın evini yıxması barədə ilk dəfə 2003-cü ildə yazmışam. Elə ona görə də bu günə kimi mənə zülm verirlər. Mən hesab etmirəm, Mehdiyev-Həsənov klanı ölüb, məncə onlar hələ də yaşayır, köhnə mübarizələrini davam etdirirlər və hələ də acıq çıxırlar.

Onların zamanında üstü qaralanan jurnalistlərdən biri mənəm və bu gün də həmin vəziyyət davam edir. Deməli hələ də Ramiz-Əli klanının qara siyahısı qüvvəsindədir. Məncə bu qara siyahıdan çıxan yoxdur, eyni siyahı bu gün də qüvvədədir. İndi də Ramiz və Əli cütlüyünün zamanında yaradılan media və baş redaktorlar efirdədir. Fərq yalnız odur ki, Əli və Ramizi söyürlər.
Mətləbdən uzaqlaşmadan qayıdaq mövzuya...
Mən yalan adamı deyiləm, yazdıqlarım da palan içi tökmək üçün deyil. Bir jurnalist olaraq vəziyyəti çıx-daş etmək niyyətindəyəm. Bir daha təkrar edirəm, mən bunları hansısa məqsədimə çatmağım üçün etmirəm. Zatən 15 il göz bəbəyim kimi qoruduğum, min bir əziyyətlə saxladığım, övladlarımın boğazından kəsib serverinə, ofisinə pul xərclədiyim saytımı MEDİA-nın rəhbəri Əhməd İsmayılov 5 dəqiqəyə məhv etdi. Bir canım var, o da vətənə, dövlətə fəda.

Söhbət ondan gedir ki, bu gün kimsə haqqı, düzü, səhvi yazmalıdır, Bu gün kimsə baş verənləri deməlidir, göstərməlidir. Bu ifşa deyil, müxalifətçilik deyil, reallıqları göstərməkdir, dəyişməsi üçün yananmış şansı qiymətləndirməkdir.

Ramiz Mehdiyev 2019-cu ildən vəzifədən uzaqlaşdırılıb. Əli Həsənov da həmçinin. Aradan 6 il keçib. Səhv etmirəmsə, Fövqəladə Hallar naziri Kəmalləddin Heydərovu, AQTA rəhbəri Qoşqar Təhməzovu və Energetika naziri Pərviz Şahbazovu çıxmaq şərtilə bütün nazirlər, Agentlik rəhbərləri, Publik Hüquqi Şəxslər yenilənib, gənc kadrlar irəli çəkilib. Ramiz Mehdiyevdən sonra hətta Prezident, Parlament Seçkiləri keçirilib. Administrasiyada, Parlamentdə demək olar ki, ciddi kadr dəyişikliyi edilib.
Dəyişən nədir?

Ürək ağrısı ilə yazıram, bir daha deyirəm, bu yazı istəkdən irəli gəlir, uğurlarımızı baltalamaqdan, ona kölgə salmaq üçün deyil.

Biz bir jurnalist olaraq 2005-ci ildə qorxa-qorxa da olsa Ramiz Mehdiyevin "Boz kardinal" olduğu dönəmdə Prezident Administrasiyasına zəng edib hansısa məsələyə münasibət öyrənə bilirdik. Bəs indi? Kimdən nə öyrənək, kimə nə deyək? Kim hansı səlahiyyətdədir?

Əvvəllər heç olmasa insanlar deputatlarının, icra başçılarının adını bilir, rüşvətxor kimi də olsa onları tanıyırdılar. Hardasa görəndə yaxınlaşıb qorxa-qorxa nəsə istəyə bilirdilər. Bu gün Azərbaycan əhalisinin neçə faizi nazirlərin, icra başçılarının adını bilir? Sizi inandırım ki, çıxın sorğu edin, görün vətəndaş öz rayonunun deputatının, icra başçısının adını bilir yoxsa yox? 90 faiz insan bilmir.

Bu gün Parlamentdə təmsil olunan deputatların neçəsinin səsini tamamilə eşitməmişik. Onların müzakirələrini, qanunun hansısa hissəsinə olan etirazını görməmişik. Deputatlar var ümumiyyətlə, seçildiyi rayonun əhalisinin sayını bilmir. Hətta jurnalistlər belə deputatları, nazirlərin çoxunu tanımır. Sizcə niyə?
Bir daha deyirəm, bu ifşa falan deyil, reallıqdır. Tənqid uğurlar gətirir.

Gəlin Azərbaycan mətbuatının durumuna baxaq. Bir oxunaqlı qəzet yoxdur ki, gedib köşkdən alıb oxuyasan. Qəzet köşklərində "shtuchnu" siqaret satırlar, özü də 2 dəfə baha. MEDİA-nın rəhbəri Əhməd İsmayılov 20 il fəaliyyət göstərən, Əli Həsənovun divan tutduğu jurnalistlərə, saytlara qarşı hansı addımı atır? Bir dəfə çağırıb soruşmadı ki, sən kimsən, niyə mətbuatdasan? Bir daha deyirəm, mən heç kimdən heç nə istəmirəm, artıq heç bir marağım da qalmayıb. Amma kimsə reallıqları gələcəyimiz üçün deməlidir, yazmalıdır. Reallıqları göstərmədən onun həlli mümkün deyil.

Biz dəyişməliyik, inkişaf üçün, gələcək inkişaf üçün reallıqları görüb yazmalıyıq, deməliyik.

Ramiz Mehdiyev bilirsiniz niyə "Boz kardinal" oldu və 30 il istədiyini bacardı? Çünki onun əlində haqqı deyəni, düzü yazanı ifşa edən, təkzib edən mətbuat formalaşmışdı. 15 il kimsə səsini çıxara bilmədi, yazanı rüsvay etdilər, qorxutdular.

İndi də elə olmasını, bir 30 il də geriyə düşməyimizi istəyən qüvvə varsa, o başqa məsələ. Amma bu ölkə inkişaf etməlidir, mətbuata müstəqillik verilməlidir, vəzifəli şəxslər mətbuata açıq olmalıdır, haqqlı tənqid qəbul edilməlidir, deputatlara "insanların problemlərini dinləyin, həll etməyə yardımçı olun" deyilməlidir.
Bu gün mətbuat Amerikada, Afrikada, Mozambikdə hansısa siyasi məsələni müzakirəyə çıxarır, hamı siyasətdən danışır, hamı politoloq olub.
Amma bölgələrdəki sosial problemləri qabardan bir Allahın qulu yoxdur. Bir deputat çıxıb demir ki, mənim deputat olduğum rayonda filan-filan problemlər var. İcra başçılarının çoxu gəncdir, işləmək üçün yetərli gücə malikdirlər. Amma nə görürük? Hamı nəyisə gözləyir...

Ölkə təhsili niyə düzəlmir? Neçə il məktəblərdə valideyn komitəsi deyilən o biabırçı sistem qalacaq və valideynlərdən pul dilənəcək? Hansı nazir bir gün çıxıb deyəcək ki, təhsildə pul yığma yoxdur, kim tapsa ona mükafat verəcəyəm. Misir Mərdanov da deyirdi məktəblərdə pul yığma halı mövcuddur, 15 ildən sonra Emin Əmrullayev də deyir bu hal var.

Hər il 10 minlərlə gənc oxumaq üçün qabağına keçən universiteti seçib, 10 min manatlarla pul xərcləyib "oxumağa" gedir. Olmazmı ki, öz ölkəmizdə, rayonlarımızda universitetlər açılsın, həm pulumuz özümüzdə qalsın, həm də gənclərimiz. Rayonlarımız da inkişaf etsin. Bunu etmək çətindir?

Ölkənin demək olar ki, bütün xəstəxanaları yenilənib, təmir olunub, avadanlıqla təmin edilib. Amma gedirsən xəstəxanaya deyir təmir olunan zaman rentgen aparatı götürülüb, qan analizi götürmürük, fian kağızı 20 qəpik ver çap edim. TƏBİB rəhbəri həftəyə 15 baş həkim dəyişir. Nəticə nədir? Dəyişiklik nəticə verməlidir, verirmi?
Yollardakı vəziyyət... Azərbaycan müstəqil olanda Bakıda tıxac var. Hər il milyonlarla manat vəsait ayrılır, yenə bu problem bitmir ki bitmir. Və digər sahələr də eyni çətin vəziyyət...

Bir sözlə, nəhayət bu biabırçılıqlar bitməlidir. Yaxşı, gəlin indiyə qədər olan problemlərin hamısını yükləyək "Boz kardinal" Ramiz Mehdiyevin belinə. Adını da qoyaq ki, Ramiz bəla bizim ölkəmizi 40 il geri salıb. Ramizə də 100 il həbs verək, getsin cəzasını çəksin.

Əsas odur, bundan sonra düzələcəyik, yaxşı nəsə gözləyək?

Müəllif: Ədil Hüseynov bizimxeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir - Sabiq deputatdan çağırış
Bu gün, 01:00
Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 00:45
"İndi biz nə edək? Adam öldürməmişik ki..." - Bu söz QƏZƏBƏ SƏBƏB OLDU
Bu gün, 00:43
"Hər bir qız nişanlana da bilər, ayrıla da..."
Bu gün, 00:38
Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı - VİDEO
Dünən, 18:48
Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... - BU NƏDİ BELƏ?
Dünən, 18:44
Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... - GƏLİŞMƏ
Dünən, 17:42
"Sən canın, geyimimə heç nə deməyin..." - FOTO
Dünən, 17:40
Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək - ÇÜNKİ...
Dünən, 17:37
Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı - Gümrüdə siyasi böhran dərinləşir
Dünən, 17:33
Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Dünən, 12:52
Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub - FOTO
Dünən, 12:50
“Panika salanlar insanların immunitetini riskə atır” - AKTUAL
Dünən, 12:00
“Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” - Paşinyan
Dünən, 11:57
Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi - Rusiya nefti yerini ərəb və Amerika neftinə verir
Dünən, 11:02
PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb - KİV
Dünən, 10:54
“Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” - İTTİHAM
Dünən, 10:08
Fəzail Ağamalının partiyasından yeni xəbər - QALMAQAL davam edir...
Dünən, 10:06
Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir
Dünən, 10:03
Cəlilabad sakinləri Prezidentə müraciət etdi - BUNA GÖRƏ...
Dünən, 10:01
Ankarada əyləncə məkanına silahlı hücum olub - FOTO
Dünən, 09:51
Kassada bir qiymət, piştaxtada başqa qiymət... - ETİRAZ VAR!
Dünən, 09:49
Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:28
Paşinyan sülhə əsaslanan yeni respublika qurur - ŞƏRH
Dünən, 09:26
Qardaş, bu milyonu HARDAN ALMISAN... - İcazə verin şübhələnək...
Dünən, 09:22
Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? - GƏLİŞMƏ
Dünən, 09:17
Kirayə mənzil bazarında TƏLATÜM... - BELƏ HARA GEDİRİK?
Dünən, 09:13
Burda işçiləri təhdid edirlər, qanun isə deyir ki... - ÇAĞIRIŞ
Dünən, 08:58
İki jurnalistin Fəzail Ağamalı ilə bağlı BİR XATİRƏSİ... - İFŞA
Dünən, 08:43
Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... - NARAZILIQ VAR...
Dünən, 08:30
“Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər - ARAŞDIRMA
Dünən, 08:25
Mətbuatımız BUNDAN SONRA GÜL AÇACAQ? - AKTUAL
Dünən, 08:12
Luvrdakı soyğunu yüzdən çox müstəntiq araşdırır - "Le Journal du Dimanche"
Dünən, 08:05
Bəli, biz sülh istəyirik, AMMA... - GƏLİŞMƏ
Dünən, 08:01
"Bu məsələ rəsmi olaraq həllini tapmadı..." - QALMAQAL
Dünən, 07:57
"Kreml bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi" - partiya sədri
Dünən, 07:55
"Eybi yox, mən əyləndim" - FOTO
Dünən, 07:52
Moldova hökuməti “Rusiya Evi”nin fəaliyyətini dayandıracaq
Dünən, 07:50
Zəngəzur dəhlizi ilə bağlı Rusiyanı qarışdıran məqam - İrəvandan cavab gözlənilir
Dünən, 07:48
İrəvan görüşü ona görə əhəmiyyətlidir ki... - AKTUAL
Dünən, 07:46
Kamala Harris yenidən seçkilərdə iştirak edəcək? - BBC
Dünən, 07:43
Vətən Müharibəsi Qəhrəmanının qızı qızıl medal qazandı
25-10-2025, 23:24
Vəkil Zabil Qəhrəmanov həbs edilib - QƏRAR
25-10-2025, 23:22
Bakıda sosial ev almaq istəyənlərin başına OYUN GƏLDİ - 90 minlik DƏLƏDUZLUQ
25-10-2025, 13:24
Avropa Məhkəməsinin “yenidən bax” dediyi işə Azərbaycan məhkəməsi barmaqarası baxır - "Gilan"ın toxunulmazlıq DOSYESİ
25-10-2025, 13:21
Afiyəddin İsgəndərov niyə işdən çıxıb? - öz ərizəsi ilə...
25-10-2025, 13:19
General İlqar Abbasov niyə işdən çıxarılıb? - Səttar Möhbalıyevin oğlu və s...
25-10-2025, 13:17
Ramiz Mehdiyev “91”lərə qısqanclıqla yanaşıb - Məşhur YAP-çıdan AÇIQLAMA
25-10-2025, 13:14
Kremldən Paşinyana son xəbərdarlıq - Bu “qırmızı xətt”dir
25-10-2025, 13:12
Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub
25-10-2025, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru