Ermənistanda kilsə ətrafında gərginlik davam edir.
Tribunainfo.az xəbər verir ki, artıq parçalanan kilsə ətrafında müzakirələr və münaqişələrə də qızışmağa başlayıb.
Maraqlıdır ki, bir qədər əvvəl Vartaşatda keşiş Anrenesyanın dua mərasimində iştirak edən baş nazir Nikol Paşinyan, sabah Eçmiəzdinə səfər edəcəyini və orada kilsədə ibadət edəcəyini bildirib. II Qaregin və addamları isə bundan ciddi narahat olublar. Çünki Paşinyan II Qaregeni kilsəyə ləkə hesab edir və onun rəhbərliyi ilə dua mərsimini də qəbul etmədiyini bildirib.
Hadisələrin indiki gedişatı fonunda siyasətçi Menua Soqomonyan deyib ki, proseslər Ermənistanı yaxşı yerə aparmır. Onun sözlərinə görə, belə davam edərəsə, ölkəsində toqquşma qaçılmaz olacaq. “Kilsəyə qarşı repressiyalara cavab verilməsə, vətəndaş qarşıdurmaları olacaq”.


















