Bir müddət əvvəl SAB (“Zəhmət-Ruzi” MMC) tərəfindən istehsal olunmaqda olan camış qatığında CAMIŞ SÜDÜNÜN olmamasından vətəndaş gileyini təqdim etmişdik.
YAZISI BURADA: Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu dəfə də SAB bizi heyrətləndirir. "DİA-AZ" xəbər verir ki, bu barədə fotofaktları təqdim edən tanınmış jurnalist Mahir Məmmədli sözügedən şirkətin istehsalı olan və GƏLƏCƏYƏ AİD olan dovğa məsullarına heyrətini ifadə edib.
M.Məmmədli yazır:
"Gələcəkdən gələn dovğa. 1 noyabr tarixində 3 noyabrda istehsal olunmuş (bəlkə də olunacaq) məhsul..."
M.Məmmədli bu fotoları da təqdim edib...


















