“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” PHŞ tibbi avadanlıqların alınması üzrə tenderin qalibini elan edib.
"DİA-AZ" xəbər verir ki, “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “Maqnit Rezonans Tomoqrafiyası, Mamoqrafiya və Biplane Angioqrafiya cihazlarının satınalınması” üzrə keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “JBA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətə 8 milyon 944 min 400 manat ödəniləcək. Ehtimal oluna qiymət isə 9 milyon 676 min manat təşkil edib.
“JBA GROUP” daha öncə "Yeni Klinika"nın 350 min 321 manat dəyərindəki Belimed (MST-V 6-6-12 VS2) markalı buxarlı sterilizasiya (avtoklav) tibbi avadanlığı üçün lazım olan ehtiyat hissələrinin alınması və illik servis xidməti tenderinin qalibi seçilib


















