
Ermənistanın müdafiə naziri Suren Papikyan ailə fotolarını Facebook səhifəsində paylaşıb.
"Sevimli qızımız Nrane 3 yaşına çatdı. Ad günün mübarək, möcüzəmiz", - deyə Suren Papikyan yazıb.
Fotolarda Papikyanın həyat yoldaşının hamilə olduğu və ailənin ikinci uşağı gözlədiyi görünür.
Modern.az-ın məlumatına görə, nazir həyat yoldaşının hamilə şəklini paylaşdığına görə, sosial şəbəkələrin erməni seqmentində sərt tənqidlərə tuş gəlib. Erməni sosial şəbəkə istifadəçiləri Papikyanı buna görə qınayıblar.
Qeyd edək ki, Suren Papikyan bundan əvəllər də ailə fotolarını sosial şəbəkələrdə paylaşıb.


















