Şəmkir Rayon Mərkəzi Xəstəxanasında dövlət tərəfindən pulsuz paylanan dərman preparatlarının verilməsi zamanı insan izdihamı yaranıb.
Ajans.az-ın əldə etdiyi məlumata görə, səhər saatlarından etibarən xəstəxanaya toplaşan sakinlər dərman almaqda çətinliklə üzləşiblər. Sıxlıq səbəbindən növbə sistemi pozulub, bu da narazılıqlara və gərginliyə səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, xəstəxananın həyətində və binanın içərisində çoxsaylı vətəndaş toplanıb. Sakinlər bildiriblər ki, dərmanların paylanması prosesi nizamsız şəkildə aparılır və bu, yaşlı və xəstə insanların işini daha da çətinləşdirib.
Hadisə ilə bağlı aidiyyəti qurumların məsələyə münasibəti öyrənilməyə çalışılır.





















