"Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" .....                     AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi .....                     “DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” .....                     Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq .....                     GDU nəzdində Regional Kollecdə nə baş verir? .....                     “Ermənistanda vətəndaş qarşıdurması olacaq” .....                     Xalq artisti "Şən gənc"dən niyə getdi? .....                     GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... .....                     “Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” .....                     Nazir hamilə arvadının şəklini paylaşdı .....                     Ermənilər sərhəddə bunkerlər tikirlər .....                     ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib .....                     “Əgər referendum keçirilsəydi, çox riskli olardı” .....                     Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş .....                     Bakı razılaşmaları praktiki müstəviyə köçürür .....                     “Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” .....                     Sabah bəzi yerlərə yağış yağacaq .....                     Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib .....                     Müştəri taksidən düşmək istəmədi .....                     Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü .....                     G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək .....                     Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? .....                     Paşinyana ağır ittiham .....                     Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi .....                     Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı .....                     Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı .....                     Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib .....                     Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı .....                     Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? .....                     Gürcüstan Avronest PA-da iştirakını dayandırıb .....                     Donald Trampın oğlu Ermənistana səfər edəcək .....                     “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” .....                     "TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb .....                     “Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” .....                     “Varfarin”lə bağlı YENİ XƏBƏR .....                     Elmira Rəhimova səhhətindən danışdı .....                     “Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” .....                     Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? .....                     “İcra başçıları özlərini toxunulmaz sayırlar” .....                     Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə .....                 

“Əgər referendum keçirilsəydi, çox riskli olardı” - MÜSAHİBƏ
Tarix: Bu gün, 13:03 | Çap et

“Nikol Paşinyan tarixdə qalmaq istəyir”.

Bu sözləri politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”-ə müsahibəsində deyib.

"DİA-AZ" müsahibəni təqdim edir:

- Zəlimxan bəy, son günlər Ermənistan mətbuatında parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi iddia olunur. Sizcə, Baş nazir Nikol Paşinyan nə üçün belə bir addım atır?

- Çox ciddi bir proses başlayıb. Bu prosesin bir qütbündə də Paşinyan dayanır. O, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsi istiqamətində cəsarətli addımlar atır. Artıq kommunikasiya imkanları məhdudiyyəti aradan qalxır, gediş-gəliş üçün alternativ yollar təklif olunur. Ümumiyyətlə, Cənubi Qafqazın gələcəyinin müəyyən olunması məhz Bakı-İrəvan münasibətlərinin yenidən qurulması ilə bağlıdır.

Düzdür, Ermənistanda revanşistlər və Rusiyanın cəsus şəbəkəsi var. Lakin bütün hallarda proses elə gedir ki, Paşinyanın reytinqi bir qədər düşsə belə, onu üstələyə bilmirlər. Belə vəziyyətdə Paşinyan vaxt qazanmaq üçün parlament seçkilərinin keçirilmə vaxtını tezləşdirə bilər. Nəzərə almaq lazımdır ki, Paşinyanın alternativləri kifayət qədər zəifdir və revanşistlərin imkanları məhduddur. Məkrli qüvvələrin həmlələri ilə Ermənistandakı siyasi situasiya dəyişərsə, revanşistlərə imkan tanına bilər. Ona görə də Baş nazir indi rahatlıqla bu addımı atır.

- Paşinyanın növbədənkənar seçki keçirməkdə məqsədlərindən biri də 2026-cı ildə referendum keçirmək və Azərbaycanla sülh müqaviləsiimzalamaqdır?

- Bəli, belə bir ehtimal var. Paşinyan əlində uzunmüddətli səlahiyyət istəyir ki, Azərbaycanla münasibətləri inkişaf etdirsin və alternativ bəhanələr qalmasın. İndiyə kimi Ermənistanda neçə baş nazir və prezident dəyişib. Lakin Paşinyan qədər sülhə belə yaxın olan başqa lider olmayıb. Üstəlik, dünyanın mütərəqqi gücləri tərəfindən dəstəklənir. İrəvanda hər zaman Rusiyayönümlü şəxslərin hakimiyyətdə olduğunu görmüşük. Kremlin Ermənistana bütün göstərişləri də Azərbaycanla konflikti dərinləşdirməyə hesablanıb.

Kim Azərbaycanla Ermənistan arasında münasibətləri üst səviyyəyə çıxaracaqsa, o, tarixdə qalacaq. Paşinyan da tarixi şəxsiyyət olmaq istəyir. Rusiyanın təsir dairəsində olan zümrələri neytrallaşdırmaq, Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiya yollarını açmaq və diplomatik əlaqələri yüksək səviyyə çatdırmağı hədəfləyir. Gələcəkdə Orta dəhlizin üzərində Ermənistan da ciddi maliyyə dəstəkləri əldə etmək istəyir. Bu, geopolitik anlamda Cənubi Qafqazın birliyi üçün həm də yolun açılmasıdır.

- Bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərtini ölkəsi üçün “qəbuledilməz” adlandırıb. Onun bu açıqlamasını necə dəyərləndirirsiniz?

- Mirzoyanın bu ifadələri işlətməsi də təsadüfi deyil. O, seçki qabağı belə bəyanat səsləndirməklə müxalifətə əks arqument verməməyi hədəfləyir. Yəni seçkiyə hesablanmış sözlərdir. Lakin bu məsələlər ikitərəfli görüşlərdə razılaşdırılıb.

Düşünürəm ki, konstitusiya dəyişikləri olacaq. Əks təqdirdə gələcəkdə Fransa və ya ABŞ-də ermənilərin iddialarına uyğun namizəd hakimiyyətə gəlsə, revanşistlərə dəstək verə bilərlər. Üstəlik, konstitusiya onlar üçün “tutacaq” ola bilər. “Böyük Ermənistan” xülyasının konstitusiyada qalması gələcəkdə siyasi konfliktlər üçün zəmin yaratma ehtimalı var.

- Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmadan Bakı-İrəvan arasında sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədlərin açılması gözlənilmir. Yəni bu vəziyyətdə dəyişikliklər labüddür...

- Bəli, üç ölkə arasındakı əlaqələrin normallaşması üçün buna ehtiyac var. Sözügedən addımdan sonra tərəflər arasındakı əlaqələr sürətlə inkişaf edə bilər. Məsələn, bir müddət öncə azərbaycanlı QHT nümayəndələri İrəvana getdi. Gələcəkdə də erməni QHT üzvləri də Bakıya gələ bilər. Həmçinin, Azərbaycan Prezidentinin və ya hakimiyyət nümayəndələrinin İrəvana getməsi, eləcə də Ermənistanın Baş nazirinin və ya digər rəsmi şəxslərin Bakıya gəlməsi təəccüblü olmaz.

Artıq proses başlayıb və yol xəritəsi bəllidir. Rusiyanın təsir dairələrini Azərbaycan-Ermənistan münasibətlərindən sıxışdırıb çıxarmaq üçün addımlar atılır. Konstitusiyadakı ərazi iddiaları üçüncü qüvvələrin əlində “alət”ə çevrilə bilər. Ermənistanda ağıllı cəmiyyət formalaşır. Onlar başqa dövlətlərə ərazi iddia edən maddələrin konstitusiyada qalmasına imkan verməyəcəklər.

- Necə düşünürsünüz, Paşinyan parlament seçkilərindən sonra Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina olunması üçün konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedə bilər?

- Bunun alternativi yoxdur. Azərbaycan və Türkiyənin bölgədə nüfuz dairəsi artır. Nəticədə, Cənubi Qafqazda konflikt yaradacaq mərkəzlərin təsir dairəsindən çıxır. Bakı və Ankara bilir ki, sözügedən maddələr Konstitusiyada qaldığı müddətdə üçüncü qüvvələrin Ermənistan üzərindən bölgəyə təsir imkanları artacaq.

Konkret olaraq, Rusiya amili var. Gələcəkdə hansısa siyasi uğursuzluq olacağı təqdirdə, Moskva bundan istifadə edərək revanşistlər üçün əlavə stimul yarada bilər. Konstitusiya o qədər şəffaf olmalıdır ki, üç region dövlətinin mənafeyinə uyğun olsun. Hansısa sual işarəsi qalmamalıdır. Faktiki olaraq, indi Ermənistanda hüquqi zəmində Azərbaycan və Türkiyəyə ərazi iddiaları var.

Sülh müqaviləsi imzalanmaldır. Paşinyan parlament seçkilərində qalib gələcəyi təqdirdə bu məsələ də öz həllini tapacaq. İndiki zamanda elektral bazanı küsdürmək və ya başqa qütbə yönəltmək doğru deyil. Hətta bu, siyasi cəhətdən naşılıq olardı.

- Paşinyanın parlament seçkilərində çətinlik yaşama ehtimalı var?

- Demokratiya elə bir mürəkkəb sistemdir ki, seçki günü bəlli olacaq. İndiki zamanda baş verən proseslərin sonunda Paşinyanın reytinqi nə qədər aşağı düşsə belə, yenə də digərlərindən yüksəkdir. Koalisiya da yarana bilər.

Burada Qərbin də dəstəyi qaçılmaz olacaq. Fransa və ABŞ-nin mövqeyi Ermənistan siyasi sisteminə təsir gücündədir. Rusiyanın mövqeyi bəllidir. Kreml konfliktə meyillidir və sülhpərvər deyil. Digərləri isə koalisiyanın Paşinyan ətrafında birləşməsi üçün açıq və ya gizli dəstək nümayiş etdirə bilərlər. Hər halda, bu gün bölgənin gələcəyi Paşinyanın şəxsindən getmir. Paşinyan xəttinin davamlılığından gedir.

- İndiki vəziyyətdə erməni cəmiyyəti konstitusiyanın dəyişməsi üçün referendumda “hə” deməsi inandırıcıdır?

- Əgər referendum keçirilsəydi, çox riskli olardı. Çünki Paşinyana “satqın” və ya “böyük ideallardan imtina edib” deyənlər var. Bəlkə fərqli nəticələr ola bilər. Yenə də bölgədə siyasi proseslərə yön verən mərkəzlərin konstruktiv cərəyan olaraq daha çox olduğunu düşünürəm. Birbaşa olmasa da, dolayı yolla təsir edə bilərlər. Nəzərə almaq lazımdır ki, islahatçı xəttin imkanları daha genişdir. Yəni proses belə getdikdən sonra referendumda da müsbət nəticə əldə etmək olar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" - ONA GÖRƏ DƏ...
Bu gün, 16:48
AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:40
“DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” - ÇÜNKİ...
Bu gün, 14:05
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də...
Bu gün, 14:03
GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur..
Bu gün, 13:58
“Ermənistanda vətəndaş qarşıdurması olacaq”
Bu gün, 13:33
Xalq artisti "Şən gənc"dən niyə getdi?
Bu gün, 13:32
GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... - SAB HEYRƏTLƏNDİRİR...
Bu gün, 13:29
“Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” - KİV
Bu gün, 13:21
Nazir hamilə arvadının şəklini paylaşdı - Tənqid olundu
Bu gün, 13:20
Ermənilər sərhəddə bunkerlər tikirlər - Orduya yeni silahlar verildi
Bu gün, 13:15
ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib
Bu gün, 13:05
“Əgər referendum keçirilsəydi, çox riskli olardı” - MÜSAHİBƏ
Bu gün, 13:03
Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş - QALİB
Bu gün, 13:01
Bakı razılaşmaları praktiki müstəviyə köçürür - ŞƏRH
Bu gün, 12:55
“Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” – Qurbanov
Bu gün, 12:50
Sabah bəzi yerlərə yağış yağacaq - belə deyirlər...
Bu gün, 12:47
Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO
Bu gün, 12:46
Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü
Bu gün, 12:43
Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü - TƏFƏRRÜAT
Bu gün, 12:41
G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək
Bu gün, 12:36
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? - "...təzə nazirin danlağının dozası çox olub"
Bu gün, 12:34
Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır
Bu gün, 11:48
Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi - Bu qədər cəza gözləyir
Bu gün, 11:38
Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:27
Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 11:14
Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib
Bu gün, 11:05
Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı - ƏMR
Bu gün, 11:03
Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Bu gün, 10:58
Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Bu gün, 10:54
Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Bu gün, 10:51
“İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Bu gün, 10:46
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 10:41
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Bu gün, 10:38
“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Bu gün, 10:36
Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Bu gün, 10:16
“Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Bu gün, 10:14
Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA
Bu gün, 10:01
“İcra başçıları özlərini toxunulmaz sayırlar” - Novella Cəfəroğlu
Bu gün, 09:54
Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Bu gün, 09:51
Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - ARAŞDIRMA BAŞLADI
Bu gün, 09:38
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bu gün, 09:34
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi - İNCƏLƏMƏ
Bu gün, 09:32
10 oldular: daha hansı başçıya həbs yolu görünür? - GƏLİŞMƏ
Bu gün, 09:28
“PAŞA Həyat”ın sədrinə müavin təyin edildi - FOTO
Bu gün, 09:27
Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə DÖYDÜ
Bu gün, 09:21
Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib - TƏFƏRRÜAT
Bu gün, 09:20
Avropa Parlamentinin QARIN AĞRISI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:18
Bakı Dövlət Peşə Tədris Mərkəzində KORRUPSİYA BUMU... - İLGİNC İDDİALAR
Bu gün, 09:06
Bakı və İrəvana şok xəbərdarlıq - “Kreml Paşinyanı devirib sonra...”
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru