Razi Nurullayevin sürücüsü olmuş qardaşı oğlu ADY-nin mühafizəçisini necə aldadıb? .....                     "Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur .....                     Ramiz Mehdiyevin hakim qohumu yola salınır .....                     Həkim bir aydır Xəzərdə itkin düşüb: 5 gəmi və helikopterlə axtarış .....                     Xaricdən 3 manata alınan sarıkök marketlərdə 30 manata satılır .....                     "Bəlkə, istintaq Ramizi təmizə çıxardı, onda nə deyəcəksən?" .....                     Rusiya əhalini sakitləşdirmək üçün bunu edir .....                     Nəzarət edən yoxdur deyənə... .....                     ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışır .....                     Naxçıvanda FHN sahibkarlara BELƏ ƏNGƏL OLUR... .....                     Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd .....                     Bir sifarişə görə iki dəfə ödəniş alsalar da... .....                     Daha bir ŞÜBHƏLİ TENDER... .....                     Bu ərazi Azərbaycanın nəzarətinə keçdi .....                     Elm və Təhsil Nazirliyində müsahibə qalmaqalı .....                     Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi .....                     "Bəli, Ramiz Mehdiyev haqda yüksək fikirdə olmuşam..." .....                     İşçilər bunları BİLSƏLƏR, YAXŞIDIR... .....                     Əgər Sahil Babayev mübarizədə səmimidirsə... .....                     ABŞ şirkəti Ukraynaya milyardlıq sursat kontraktını yerinə yetirə bilmədi .....                     Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir .....                     Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq .....                     "İndi biz nə edək? Adam öldürməmişik ki..." .....                     "Hər bir qız nişanlana da bilər, ayrıla da..." .....                     Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı .....                     Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... .....                     Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... .....                     "Sən canın, geyimimə heç nə deməyin..." .....                     Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək .....                     Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı .....                     Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib .....                     Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub .....                     “Panika salanlar insanların immunitetini riskə atır” .....                     “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” .....                     Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi .....                     PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb .....                     “Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” .....                     Fəzail Ağamalının partiyasından yeni xəbər .....                     Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir .....                     Cəlilabad sakinləri Prezidentə müraciət etdi .....                 

PUTİN + MEDVEDEV = ÜÇ PUTİN
Tarix: 24-01-2012, 17:01 | Çap et
PUTİN + MEDVEDEV = ÜÇ PUTİN

RUSİYANI GÖZLƏYƏN, RUSİYANIN VƏD ETDİYİ GƏLƏCƏKLƏ BAĞLI TƏHLİL

Rusiya imperiyası 1917-ci ildə dağılıb. İmperiyanın ömrünü daha 70 il uzatmağa müvəffəq olan bolşeviklər adlı politkatorjanlar qrupu hakimiyyəti ələ keçirməsəydi, dünyanın 1/6 hissəsinə bərabər olan böyük ərazidə tamamilə başqa vəziyyət yaranardı. Birincisi, imperiyanın üstünlük təşkil edən və ən çoxsaylı xalqı – ruslar öz milli dövlətlərini yaradardılar. İmperiyanın digər xalqları da suveren dövlətlərini yaradardılar. Əsarət altında olduqları üçün, habelə digər tarixi faktlarla əlaqədar onlar rus dövlətindən xeyli az inkişaf etmiş olar və onunla sıx əməkdaşlığı inkişaf etdirməyə can atardılar.

Müstəqil dövlətlərin təbii ittifaqı yarana bilərdi, onların lideri də rus dövləti olardı. O, ikinci dünya müharibəsindən sonra ABŞ-ın Avropa dövlətləri üçün oynadığı rolu oynayardı.

1991-ci ildə artıq sovet imperiyası – SSRİ dağıldı. Lakin dağılma tam olmadı, bunun nəticəsində Rusiya Federasiyası (imperiyanın qalan hissəsi) yaranan yeni müstəqil dövlətləri öz ətrafında birləşdirməyə çalışdı və onları Müstəqil Dövlətlər Birliyi adlandırdı.

Rus strateqləri və siyasətçiləri əsrlərcə imperiyanın tərkibində olan yeni müstəqil dövlətlərin onunla sıx ittifaqa can atacaqlarına ümid etdilər. Lakin bu, baş vermədi. Əksinə, mərkəzdənqaçma prosesləri sürətlə onları RF-dən uzaqlaşdırır və Qərbə - ABŞ, NATO və Aİ-yə yaxınlaşdırırdı. Rusiyanın buna mane olmaq üçün nə gücü, nədə imkanları var idi.

Hazırki vəziyyəti 1917-ci ildəki vəziyyətlə müqayisə etsək, qeyd etmək olar ki, dünya xeyli dəyişib. Ötən əsrin əvvəllərində Rusiyanın rəqibləri uzaqda idi. Nə səs sürətini üstələyən aviasiya, nə televiziya, nə də İnternet yox idi. Rusiya da Avrasiya müstəqil dövlətlər birliyinin lideri ola, onları xüsusi qüvvə sərf etmədən özündən asılı vəziyyətdə saxlaya bilərdi.

Yeni müstəqil dövlətlərin (MDB) Rusiya tərəfindən udulması və beləliklə kommunistlərin və milliyyətçi-şovinistlərin arzusunda olduğu kimi SSRİ-nin bərpa edilməsi ideyası uğursuzluğa düçar olduqdan sonra 2011-ci ilin sonlarında hakimiyyətə qarşı yönəlmiş güclü etiraz dalğası başladı.

Rusiyanın orta sinfi əmələ gətirmiş proqressiv qüvvələri başa düşürlər ki, artıq belə yaşamaq mümkün deyil. Korrupsiyanın, kriminalın hökmranlığı, heç bir qanunun işləməməsi, kapitalların və əhalinin ən fəal əmək qabiliyyətli hissəsinin xaricə axması nəticəsində Keniqsberqdən Vladivostoka qədər böyük ərazini əhatə edən Rusiya Federasiyası, demək olar ki, idarəolunmaz oldu.

Son illər Rusiya KİV-lərində imperiyanın dağılması mümkünlüyü haqqında debatlar çoxalıb. Rusiya politoloqları getdikcə daha çox gah Şimali Qafqazın, gah Başqırdıstanın, gah da neftlə zəngin olan Tümenin ayrılması mümkünlüyü haqqında danışırlar. Tümen RF-dən ayrılmaqla “Rusiya Küveyti” ola bilərdi.

SSRİ-nin dağılmağa başladığı andan RF-nin çıxılmaz vəziyyətdə olması faktı danılmazdır, onun bir ayağı keçmişdə, digər ayağı virtual gələcəkdə, daha doğrusu heç cürə reallaşmayan hüquqi dövlətdə qalıb.

Buna Rusiya hökmdarı Vladimir Putinin bolşevizmlə qarışıq imperiya keçmişinin qaytarılmasına yönəlmiş konvulsiv addımları misal ola bilər. Dağılmış SSRİ-nin himninin saxlanması dərin istehza doğurur. Himnin səsləri milyonlarla vətəndaşını məhv etmiş sovet totalitarizminə nifrət edən hər kəsi qorxudur. Yeri gəlmişkən, dünya ictimai rəyi kommunist ideologiyasını və təcrübəsini Adolf Hitlerin milli-sosialist ideologiyasına və təcrübəsi ilə müqayisə edir.

Rus mütləqiyyətinin simvolu olan, hər iki başının baxışı ilə rus çarlarının işğal etdiyi torpaqları əhatə edən ikibaşlı qartalın bərpa edilməsi də simptomatikdir.

Xoşbəxtlikdən, Putin daha bir arzusunun – Moskvada Lubyan meydanında milyonlarla təqsirsiz insanın məhvində müqəssir olan Fövqəladə Komissiyanın zalım sədri Feliks Dzerjinskinin heykəlini bərpa etmək istəyinin həyata keçirilməsinə nail olmadı. Rusiya cəmiyyətinin liberal hissəsinin müqaviməti sayəsində bundan qaçmaq mümkün oldu.

Müasirləşmək, demokratikləşmək cəhdləri haqqında bu qədər çox danışılan ölkədə Antixrist – Vladimir Ulyanov-Leninin cəsədinə sitayiş hörmətsizlikdir. İmperiya xalqlarının ən yaxşı hissəsinin qırılması, xristianlığın və slavyanlığın kökünün kəsilməsi, ateizmin və internasionalizmin zorla yayılması rus xalqının milli təfəkkürünə böyük ziyan vurdu. İmperiyanın müsəlman və digər xalqları ilə bağlı da eynisini demək olar.

Rusiya imperiyasında məskunlaşan iki yüz xalqdan yüzə yaxınının qaldığını xatırlatmaq istərdik. Digərləri, məsələn çərkəzlər (4 mln. məhv edilib, yüz minlərlə çərkəz isə Türkiyəyə və dünyanın digər ölkələrinə deportasiya olunub), çeçenlər və digər Qafqaz və Mərkəzi Asiya xalqları amansız soyqırıma məruz qaldılar.

Leninin, Stalinin və digər sovet rəhbərlərinin inqilabi fəaliyyəti Nürnberq məhkəməsini gözləyir. Marksizm-leninizim də milli-sosializm kimi xalqların məhkəməsinə məruz qalmalıdır. Hazırda bu mümkünsüzdür, belə ki, bütün keçmiş SSRİ ərazisində hakimiyyət çekistlərin və kommunistlərin əllərindədir. Dəhşətli keçmiş ətrafında məhkəməni yalnız sovet hakimiyyətindən sonra doğulmuş və əli öz xalqının və digər xalqların qanına bulaşmamış nəsil təşkil edə bilər.

Belə bir təhsilli insanlar nəsli təmiz vicdan və əllərlə Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində hazırki hakimiyyəti və Vladimir Putini Rusiya Dumasına seçkiləri saxtalaşdırmaqda ittiham etmək üçün küçələrə çıxdılar. Eyni zamanda bu çıxışlar cinayətkarlığın, qanunların işləməməsinin, məmur özbaşınalığının hökmranlığına və son 12 ildə bütün planlaşdırılan islahatların uğursuzluğuna qarşı yönəlmişdi.

Bolotnaya meydanında, Saxarov prospektində on minlərlə insanın çıxışları Rusiyada demokratikləşməyə, insan hüquqlarına riayət olunmasına və hörmətə, hüquqi dövlət yaradılmasına yönəlmiş proses başladığına dair ümidlər verir. Küçələrə çıxan insanların Rusiya imperiyasının can verdiyi dalandan çıxış tapa bilməsini istərdik.

Rusiyada seçkilər həmişə saxtalaşdırılıb və insanlar buna barmaqarası, mübarizə aparmağın mənasız olduğu ənənələri kimi baxırdılar. Lakin Putin və Medvedevin hakimiyyətdə etdikləri səbr kasasını daşırdı və ləyaqət hissi qalan hər kəsi təhqir etdi. Prezident vəzifəsinin sonradan yenidən 12 il müddətinə ələ almaq məqsədilə müvəqqəti Medvedevə verilməsi Putinin dəhşətli səhvi oldu. O, ümid edirdi ki, ruslar əvvəllər hər şeyi udduqları kimi, bunu da udacaqlar. Və o, legitim prezident olaraq dünya siyasət arenasında at oynadacaq. Lakin bu abırsız hoqqa tamamilə tərsinə işlədi. Hakimiyyətin onları sürü kimi gördüyünə dəlalət edən bu həyasız saxtakarlıqdan özlərini təhqir olunmuş hiss edən insanlar ədalətsiz seçkilərin ləğvi, Putinin istefası tələbi ilə küçələrə çıxdılar və bunun üçün birgə mübarizə aparmağa hazır olduqlarını bildirdilər. Bu, hakimiyyəti şoka saldı və bir anlıq Putini “çılpaq krala” döndərdi.

Rusiya xanqının oyanışından məmnun olaraq, xalqın yaranmış vəziyyəti açıq başla qiymətləndirə və təkcə ruslar deyil, hər kəs üçün demokratik dəyişikliklərə nail ola bilməsini istərdim. İndiyədək Rusiya imperiyasında heç kimin milli məsələ ilə məşğul olmadığına, keçmiş sovet respublikalarından mühacirlərin Moskvaya və Sankt-Peterburqa axınına gətirib çıxaran səbəbləri qiymətləndirməməsinə heyrətlənirəm. Hər yerdə onların qovulması çağırışları eşidilir. Onlar zorakılığa, amansız istismara məruz qalırlar, heyvani şəraitdə yaşayır və işləyirlər, çox vaxt onları səbəbsiz öldürürlər, qatillər isə təqibə məruz qalmır.

Kiçik xalqların zəngin torpaqlarını işğal etmiş Rusiya imperiyası onları amansızca talan edirdi və onların hesabına zənginləşirdi. SSRİ dağılanda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və digər respublikalardan bir çox insanlar pul qazanmaq üçün onların hesabına zənginləşmiş əsarətçilərinin yanına getmək məcburiyyətində qaldılar. Ucuz işçi qüvvəsi –hesabına bir çox moskvalılar və peterburqlular milyoner və milyarder oldular.

Neft pulları və çirkli bizneslə piylənmiş Moskva və Sankt-Peterburq fonunda Rusiya əyalətləri yoxsulluq, alkoqolizm, narkomaniya, pozğunluq içində batırdı. Baş tutmamış islahatların səbəbləri tamamilə aydındır. İmperiyalarda islahatlar ya mümkünsüz, ya müvəqqəti idi. Məşhur Stolıpin islahatları Çar Rusiyasını, SSRİ Nazirlər Kabinetinin sədri A.M.Kosıginin hazırladığı, amma həyata keçirmədiyi islahatlar isə sovet Rusiyasını xilas edə bilmədi.

2011-ci ilin sonlarında küçələrə çıxan xalq imperiyalarının çıxılmaz dalanda olduğunu anlayaraq, artıq belə yaşamaq istəmir. Lakin bu dalandan çıxış hələlik görünmür. Rusiya milyarderi Proxorovun İngiltərənin “Guardian” qəzetinə müsahibəsində müdafiə etdiyi təkamül imperiyada mümkün deyil, inqilablar isə mümkün olsa da, arzuolunmazdır. Amma Rusiyanın dəfələrlə şahidi olduğu kimi “rus buntunun mənasız və amansız” olduğunu dərk edərək, heç kim inqilab istəmir.

Bilmirəm, yaranmış vəziyyətdən çıxış yolu varmı. Qanunun aliliyi, korrupsiyanın, kriminalın nəzarətdə saxlanması, demokratik hakimiyyət modelinə keçid üçün Rusiyanın imperiya olmasına son qoyulması zərurəti göz önündədir. Böyük Britaniya ərazi işğallarından kifayət qədər asan imtina edərək, müstəqil dövlətlərin Britaniya Birliyini yaratdı və onlarla yaxşı münasibətlər qurdu.

Rusiyanın belə bir birlik – MDB yaratma təcrübəsi belə uğurlu olmadı. Bəs çıxış haradadır? Məqsədyönlü şəkildə federasiyadan konfederasiyaya keçiddə və rus dövləti və ya bir necə rus dövlətləri yaratmaqda? Bütün demokratiya rifahlarının Rusiya Federasiyasına zorla daxil edilmiş xalqlara şamil edilməsində və imperiyanın ərazi bütövlüyünün saxlanmasında?

Mənə elə gəlir ki, Bolotnaya meydanında və Saxarov prospektində başlamış proses uzun və əziyyətli olacaq. Rusiyanın bütün intellektual potensialı birləşə, həqiqətin gözlərinə dik baxa və qollarını çırmayaraq əsrlərlə toplanmış kəskin problemlərin həllinə başlaya bilsə, bəlkə də tunelin sonunda işıq görünə bilər.

Vəfa Quluzadə, Politoloq










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Razi Nurullayevin sürücüsü olmuş qardaşı oğlu ADY-nin mühafizəçisini necə aldadıb? - MƏHKƏMƏ
Bu gün, 09:14
"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur
Bu gün, 09:07
Ramiz Mehdiyevin hakim qohumu yola salınır - digər qardaşı isə...
Bu gün, 09:03
Həkim bir aydır Xəzərdə itkin düşüb: 5 gəmi və helikopterlə axtarış - FOTO
Bu gün, 08:55
Xaricdən 3 manata alınan sarıkök marketlərdə 30 manata satılır – Rəsmi statistika
Bu gün, 08:48
"Bəlkə, istintaq Ramizi təmizə çıxardı, onda nə deyəcəksən?" - REAKSİYA
Bu gün, 07:24
Rusiya əhalini sakitləşdirmək üçün bunu edir - Timoçko
Bu gün, 07:14
Nəzarət edən yoxdur deyənə... - başı qəssablara qarışan AQTA-nın NƏZƏRİNƏ
Bu gün, 07:12
ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışır - “Fox News”
Bu gün, 06:50
Naxçıvanda FHN sahibkarlara BELƏ ƏNGƏL OLUR... - NARAZILIQ VAR...
Bu gün, 06:48
Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd – müəllimə “Xoşqədəm dedi: et!” (VİDEO)
Bu gün, 06:43
Bir sifarişə görə iki dəfə ödəniş alsalar da... - GİLEY
Bu gün, 06:39
Daha bir ŞÜBHƏLİ TENDER... - TƏFƏRRÜAT
Bu gün, 06:21
Bu ərazi Azərbaycanın nəzarətinə keçdi – Sərkisyan maraqlı FOTO yaydı
Bu gün, 06:15
Elm və Təhsil Nazirliyində müsahibə qalmaqalı - Rəsmi məsləhətçi “qanun pozuntusu” iddiası ilə çıxış etdi
Bu gün, 06:12
Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi Partiya sədri qar- "Siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir..."
Bu gün, 06:08
"Bəli, Ramiz Mehdiyev haqda yüksək fikirdə olmuşam..." - AMMA...
Bu gün, 06:05
İşçilər bunları BİLSƏLƏR, YAXŞIDIR... - DİQQƏT
Bu gün, 05:56
Əgər Sahil Babayev mübarizədə səmimidirsə... - bu pulları GERİ QAYTARSIN!
Bu gün, 05:49
ABŞ şirkəti Ukraynaya milyardlıq sursat kontraktını yerinə yetirə bilmədi - "Financial Times"
Bu gün, 05:43
Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir - Sabiq deputatdan çağırış
Bu gün, 01:00
Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 00:45
"İndi biz nə edək? Adam öldürməmişik ki..." - Bu söz QƏZƏBƏ SƏBƏB OLDU
Bu gün, 00:43
"Hər bir qız nişanlana da bilər, ayrıla da..."
Bu gün, 00:38
Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı - VİDEO
Dünən, 18:48
Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... - BU NƏDİ BELƏ?
Dünən, 18:44
Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... - GƏLİŞMƏ
Dünən, 17:42
"Sən canın, geyimimə heç nə deməyin..." - FOTO
Dünən, 17:40
Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək - ÇÜNKİ...
Dünən, 17:37
Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı - Gümrüdə siyasi böhran dərinləşir
Dünən, 17:33
Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Dünən, 12:52
Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub - FOTO
Dünən, 12:50
“Panika salanlar insanların immunitetini riskə atır” - AKTUAL
Dünən, 12:00
“Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” - Paşinyan
Dünən, 11:57
Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi - Rusiya nefti yerini ərəb və Amerika neftinə verir
Dünən, 11:02
PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb - KİV
Dünən, 10:54
“Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” - İTTİHAM
Dünən, 10:08
Fəzail Ağamalının partiyasından yeni xəbər - QALMAQAL davam edir...
Dünən, 10:06
Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir
Dünən, 10:03
Cəlilabad sakinləri Prezidentə müraciət etdi - BUNA GÖRƏ...
Dünən, 10:01
Ankarada əyləncə məkanına silahlı hücum olub - FOTO
Dünən, 09:51
Kassada bir qiymət, piştaxtada başqa qiymət... - ETİRAZ VAR!
Dünən, 09:49
Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:28
Paşinyan sülhə əsaslanan yeni respublika qurur - ŞƏRH
Dünən, 09:26
Qardaş, bu milyonu HARDAN ALMISAN... - İcazə verin şübhələnək...
Dünən, 09:22
Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? - GƏLİŞMƏ
Dünən, 09:17
Kirayə mənzil bazarında TƏLATÜM... - BELƏ HARA GEDİRİK?
Dünən, 09:13
Burda işçiləri təhdid edirlər, qanun isə deyir ki... - ÇAĞIRIŞ
Dünən, 08:58
İki jurnalistin Fəzail Ağamalı ilə bağlı BİR XATİRƏSİ... - İFŞA
Dünən, 08:43
Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... - NARAZILIQ VAR...
Dünən, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru