Bakı Kommersiya Məhkəməsində borclu "RS Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1504530931) barəsində e-2-2(113)-6528/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.
"DİA-AZ" xəbər verir ki, məhkəmə iclası 18 noyabr 2025-ci il saat 12:40-da Bakı şəhəri Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, 5-ci zalda keçiriləcək.
İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunurlar.
Qeyd edək ki, 24 aprel 2019-cu ildə dövlət qeydiyyatına alınmış "RS Construction" MMC 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Elməddin Aliyev Camal oğludur.














