Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oxuduğu kitablar haqda danışıb.
Publika.az xəbər verir ki, Akopyan bu barədə “Facebook” səhifəsində yazıb:
“Mən Mel Robbinsin dünyanın 50 dilinə tərcümə olunan və 6 ayda təxminən 6 milyon nüsxə satılaraq 2025-ci ilin bestsellerinə çevrilmiş “The Let The Theory” əsərini bitirdim.
Bu gün Çin Prezidenti Si Cinpinin “The Governance I” adlı kitabını oxumağa başladım. Qarşıma məqsəd qoymuşam ki, bunu avqustun sonuna qədər bitirim. Son 2-3 il ərzində siyasətə yaxın olan siyasətçilərin və ya müəlliflərin bir sıra kitablarını oxudum. Məsələn: .Emmanuel Makronun “İnqilab”ı, Castin Trüdonun “Ortaq məxrəc”i, Mişel Obamanın “Olmaq. Mənim Hekayəm”i, Yan-Verner Müllerin “Populizm nədir”ini.
Si Cinpinin kitabını bitirdikdən sonra oxuyacağım növbəti kitab Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür”ü olacaq”, - Akopyan yazıb.