ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb .....                     Tehran yenə dinc DAYANMIR .....                     “Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır .....                     Bu il partiyalara nə qədər pul ayrılıb? .....                     Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: .....                     Krediti geri ödəyə bilmirik: NİYƏ? .....                     “Formula”ya görə dərslərin başlama tarixi dəyişir? .....                     Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək .....                     SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! .....                     “Akkord”un daha bir törəmə şirkəti borca düşdü .....                     Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir .....                     Ukrayna üçün “Marşal planı” .....                     Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı .....                     Tanınmış aktrisa qəzaya düşdü .....                     İran Ermənistanı hədəf aldı .....                     Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib .....                     Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir .....                     Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... .....                     “Kriti Vüsal” həbs edildi .....                     Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar .....                     Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... .....                     ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir .....                     Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... .....                     Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək .....                     Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? .....                     Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası .....                     Moskvadakı azərbaycanlılar üçün məcburi qayda .....                     Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub .....                     Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... .....                     Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır .....                     Ermənistanda qalmaqal: .....                     Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... .....                     Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? .....                     Rusiyadan Azərbaycan açıqlaması: .....                     “İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” .....                     Hindistan Azərbaycandan qisas almağa çalışır .....                     Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” .....                 

Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... - ÇÜNKİ...
Tarix: Bu gün, 12:42 | Çap et

Zəngəzur dəhlizi Vaşinqtonda “Tramp yolu” (TRİPP) olaraq razılaşdırılsa da, layihənin praktiki icrası zaman alacaq və bu müddətdə müdaxilələrin, maraqlı tərəflərin pay almaq cəhdlərinin olacağı bəllidir. Burada üç əsas maraqlı tərəf var: İran, Rusiya və Çin.
Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil.
Birincisi, Tehran regional müstəvidə ən çox itirən tərəfdir;
İkincisi, İran siyasi elitasında TRİPP layihəsi ilə bağlı ciddi fikir ayrılığı var və mühafizəkarların ritorikasındakı sərtlik həm də Pezeşkian qanadını “susdurmağa” yönəlib;
İranın prosesdə itirən tərəf olması qaçılmaz görünür:
- Cənubi Qafqaza girişi böyük ölçüdə bağlanan İranın regional oyunçu kimi hərəkət traektoriyası məhdudlaşır;
- Azərbaycanla əldə olunan “Araz dəhlizi” prioritet olmaqdan çıxır: Bakı qonşuluq münasibətlərinə və “alternativ yol”un saxlanılmasına görə bu dəhlizin işləməsinə qarşı deyil, Əliyev də “Əl-Ərəbiyyə”yə müsahibəsində bununla bağlı müsbət mesajlar verdi, lakin hər şey Tehranın münasibətindən asılı olacaq;
- İranın rentabelli olmasa da, regional siyasətdə alternativ kimi təqdim etdiyi və Avropa bazarına müstəqil çıxış kimi gördüyü Fars körfəzi-Qara dəniz marşrutu aktuallığını itirir: bundan sonra Tehranın bu marşrut xəttində Bakıdan asılılığı daha çox gücləndi, Əliyev yenə həmin müsahibəsində Fars körfəzinə çıxışın Zəngəzurdan keçdiyini xüsusilə vurğulayırdı;
- Və ən əsası Tehranın “qırmızı xətti”nin qarşısında artıq Azərbaycan yox, 12 günlük müharibədə İranı bombalayan Tramp Administrasiyası var;
İranın yeganə çıxış yolu kimi proseslərə müdaxilə cəhdlərindən əl çəkmək və regional əməkdaşlıq müstəvisində hərəkət etmək görünür. Tehranda bunu anlayanlar var, prezident Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı dedikləri bunun təsdiqidir. Onun “məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib” sözləri isə İran daxilində Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya “od püskürən” mühafizəkar qanada ünvanlanıb. Pezeşkian reallığı qəbul etmək və mövcud vəziyyətə adekvat davranmaq siyasətini təklif edir, lakin mühafizəkarların mövqeyi - Xameneinin müşavirləri və SEPAH rəsmiləri - fərqli və sərtdir.
Hərçənd, İranın oyunu dəyişdirmək potensialı görünmür. Tehran iki istiqamətdə hərəkət edə bilər.
1. Ermənistanla münasibətləri sıxlaşdırmağa, bölgədə maraqlarını İrəvan üzərindən təmin etməyə və sərhədlərində mövqelənən ABŞ təhlükəsini minumuma endirməyə çalışacaq;
2. Rusiyanın onunla eyni cəbhədə birləşməsinə, dəhlizə qarşı birlikdə hərəkət etməsinə nail olmağa çalışacaq;
Hazırda birinci xətti Pezeşkian qanadı, ikincini isə mühafizəkarlar izləyir və bu, həm də hər iki tərəfin və onların izlədiyi siyasətin Xameneinin nəzarətində olduğu deməkdir.
Rusiya ritorik müstəvidə İranla analoji mövqe sərgiləsə də, Tehrandan fərqli olaraq, təsir rıçaqlarını hələ tam itirməyib. Moskvanın “ümidləri” qalır:
- Ermənistanda 102-ci baza da daxil olmaqla qalan təsir imkanları ilə regional oyunda mövcudluğunu saxlaya biləcəklərini düşünürlər: İran və Türkiyə sərhədində hələ də rus hərbçiləri qalır;
- ABŞ-ın Ermənistana (Cənubi Qafqaza) gəlişi qarşılığında Ukrayna masasında güzəşt/“barter” əldə etmək imkanını dəyərləndirirlər;
- Moskva regional kommunikasiyaların birləşəcəyi kontinental dəhlizlərlə (Şimal-Cənub nəqliyyat layihəsi) birləşməsi imkanlarını xeyrinə çevirməyi də nəzərdən keçirir;
Bu kontekstdə Rusiyanın Zəngəzur dəhlizinə qarşı iki həmləsi gözləniləndir.
1. Ermənistanda və regional tranzit xətlərindəki təsir imkanlarından istifadə etməklə mövqelərini qorumağa çalışacaq;
2. ABŞ-ın Zəngəzur dəhlizi üzərindən Orta dəhlizdə mövqelənməsi və Çinə qarşı əlini gücləndirməsi amilindən siyasi bazarlıq - həm regional kommunikasiyadan pay almaq, həm də Ukrayna məsələsində güzəşt üçün istifadə edə bilər: bu detalın Alyaska görüşündə müzakirə edildiyi istisna edilməməlidir;
Çin Vaşinqton razılaşmasına səssiz münasibət sərgiləsə də, TRİPP layihəsinin ABŞ-ın Orta dəhlizdə - “Bir kəmər, bir yol” üzərində mövqe qazanmaq gedişi olduğunu Pekində anlayırlar. Eyni planın icrasına Bayden də çalışırdı: Ceyms Obraynın Bakı və İrəvana gətirdiyi layihə Mərkəzi Asiyadan Avropaya uzanan marşruta nəzarət etmək və Çini uzaqlaşdırmağı nəzərdə tutsa da, keçmiş administrasiyanın Ermənistanı dəstəkləməklə “yanlış ata” oynaması nəticə əldə etmələrinə imkan vermədi; Trampın uğur əldə etməsinin əsas səbəbi isə Bakı ilə mövqelərini yaxınlaşdırması oldu;
ABŞ-ın Orta dəhlizdə mövqelənməsi Çin üçün arzuolunmaz olsa da, birbaşa müdaxilədən çəkinəcək, lakin Pekinin ehtiyatlı əks-həmlələrini görə bilərik.
Birincisi, Mərkəzi Asiyada ABŞ-ın güclənməsinə qarşı gedişlər edə, Cənubi Qafqazda itirdikləri Orta dəhlizin “birinci habı”nda qorumağa çalışa bilər;
İkincisi, Azərbaycan və Ermənistanla iqtisadi-siyasi əməkdaşlığı dərinləşdirməklə ABŞ qarşısında əlini gücləndirmək gedişi edə bilər;
Üçüncüsü, Zəngəzur dəhlizinin tranzit imkanlarının zəifləməsi, ən azı bölünməsinə zəmin yaradacağını hesab edən Gürcüstanda mövqelərini gücləndirmək xəttini izləyə bilər;
Maraqlar Zəngəzur dəhlizində geosiyasi toqquşma riskləri yaradır, lakin Vaşinqton anlaşmasından kənarda qalan oyunçuların prosesə müdaxilə imkanlarının güclü olmadığı da ortadadır.
Asif Nərimanlı - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb - "Bu onu göstərir ki..."
Bu gün, 15:48
Tehran yenə dinc DAYANMIR – Əzizinin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Bu gün, 15:46
“Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır - NARAZILIQ VAR...
Bu gün, 15:40
Bu il partiyalara nə qədər pul ayrılıb? - Sədrlər AÇIQLADI
Bu gün, 15:38
Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: - Region bu görüntüdən danışır
Bu gün, 15:33
Krediti geri ödəyə bilmirik: NİYƏ? - AKTUAL
Bu gün, 15:31
“Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi
Bu gün, 15:30
Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək - Səfir AÇIQLADI
Bu gün, 15:25
SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! - Neftçilər adından ÇAĞIRIŞ!
Bu gün, 15:20
“Akkord”un daha bir törəmə şirkəti borca düşdü
Bu gün, 15:13
Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir - 150 MİLYONLUQ ŞİRKƏTLƏ BİRLƏŞİR
Bu gün, 15:10
Ukrayna üçün “Marşal planı” - 500 milyard dollar lazımdır
Bu gün, 15:07
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı - “AnewZ”
Bu gün, 15:04
Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
Bu gün, 15:01
İran Ermənistanı hədəf aldı -bu dəfə Zəngəzur dəhlizi üzərindən…
Bu gün, 14:57
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 14:55
Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir - Overçuk
Bu gün, 14:54
Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!
Bu gün, 14:33
“Kriti Vüsal” həbs edildi - VİDEO
Bu gün, 14:18
Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
Bu gün, 13:42
Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... - əvvəllər olduğu kimi...
Bu gün, 13:30
ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir - İNCƏLƏMƏ
Bu gün, 13:23
Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... - TƏFƏRRÜAT
Bu gün, 13:16
Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
Bu gün, 13:13
Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? - "Middle East Institute"
Bu gün, 13:11
Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA
Bu gün, 13:04
Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir
Bu gün, 12:57
Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 12:56
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub - FOTO
Bu gün, 12:51
Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... - ÇÜNKİ...
Bu gün, 12:42
Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır - GÖZLƏNİLƏN İDİ...
Bu gün, 12:37
Ermənistanda qalmaqal: - Bakı ilə Sülh Müqaviləsində xəritələrə istinad çıxarılıb?
Bu gün, 12:35
Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... - ONA QALSA...
Bu gün, 12:33
Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? - GƏLİŞMƏ
Bu gün, 12:29
Rusiyadan Azərbaycan açıqlaması: - Bu, bizim üçün çox vacibdir
Bu gün, 12:26
“İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” -DOSENT
Bu gün, 12:25
Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev
Bu gün, 12:22
Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək - SİYAHI
Bu gün, 12:19
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
“Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” - Solovyov yenə sərsəmlədi...
Bu gün, 12:13
Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir
Bu gün, 12:06
"Aralıq yerdə olan kafelər burdan daha hörmətlidir..." - GİLEY
Bu gün, 12:04
Şahin Şıxlinskinin Rusiya dövləti tərəfindən girov götürüldüyü TƏSDİQLƏNİR - “Onunla 2 FSB agentini dəyişmək istəyirlər”
Bu gün, 11:53
Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:49
Paşinyanın geri çağırdığı səfirin əmlakı AÇIQLANDI - SİYAHI
Bu gün, 11:46
"Qarabağ" bu futbolçu üçün 2,5 milyon təklif edir, klubu 5 milyon istəyir - Görünəni odur ki...
Bu gün, 11:40
Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
Əmrullayev hər il HESABAT VERSİN: Nə iş görüb, nə iş görməyib... - ÇAĞIRIŞ
Bu gün, 11:34
Bakıda arvadı ilə mübahisə edən kişi qaynını döydü - HÖKM
Bu gün, 11:31
Tüpürcəyə belə dəyməyən Avropa dəyərləri - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru