Kremlin ən çirkin və simasız təbliğatçılarından olan Vladimir Solovyov Azərbaycanı növbəti dəfə “Xüsusi hərbi əməliyyat”(“SVO”) ilə təhdid etməyə çalışıb.
Solovyov budəfəki “siyasi fahişəlik aktı” olan efirində bir qədər də irəli gedərək, Azərbaycanın guya Dəbənd şəhərilə bağlı hərbi planlarının, iddialarının olduğuna işarə edib. Hansı ki, bununla bağlı Azərbaycan tərəfindən heç zaman, heç bir eyham belə edilməyib və ölkəmiz dəfələrlə qonşuların ərazi bütövlüyünə hörmət etdiyi bildirib.
Ancaq ölkəmizi şərləməyə çalışan bu cinsi naməlum həşərat Rusiyanın guya Dərbəndə qarşı iddialara(?) İranla birgə hərbi əməliyyat keçirməklə cavab verə biləcəyini deyib: “Rusiyanın zəif olduğunu düşünürsünüz? Çox təəccüblənəcəksiniz. Əgər Azərbaycan qərara gəlsə ki, Türkiyə onun arxasında dayanır və Dərbənd uğrunda döyüşə bilər... Hələlik bizim yumşaq qarnımızda baş verənlər NATO ölkələrinin qeyri-dost təsirinə qarşı İranla birgə "xüsusi hərbi əməliyyat" keçirməyə xidmət edə və əsas ola bilər. Orada isə Britaniya və Fransa böyük rol oynayır...”
Beləliklə, Solovyov növbəti dəfə Kremldəki özü kimi idbar rəhbərlərinin və onu hürdürən sifarişçilərinin ürəyindən keçənləri dilə gətirir. Və bir daha Moskvanın regionda Tehranla birgə tarix boyu oynadıqları, irticaçı, təxribatçı, işğalçı rolunun mahiyyət etibarilə dəyişmədiyini göstərir...