“Vladimir Solovyov psixi xəstə insandır. Onun danışıqları, əslində, Rusiyaya zərbə vurur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi “Putinin təbliğat çarı” adlandırılan jurnalist Vladimir Solovyovun “Vladimir Solovyovla axşam” verilişində səsləndirdiyi “Rusiya Azərbaycanda xüsusi hərbi əməliyyat keçirməlidir” fikrinə toxunub.
A. Qasımovun fikrincə, onu Rusiyanın informasiya ruporu kimi irəli verənlər Solovyovun xəstə təfəkkürünü ətraf ölkələri qorxu içində saxlamaq üçün istifadə edirlər:
“Amma bir şeyi anlamırlar ki, artıq bütün ətraf ölkələr Rusiya təhlükəsini çoxdan anlayıblar və buna qarşı öz tədbirlərini alıblar. SVO – Xüsusi hərbi əməliyyatlar deyilən işğal təhdidini Azərbaycana qarşı istifadə edilməsi Solovyovun çox böyük qələtidir. Hesab edirəm ki, Rusiyanın adekvat rəhbər insanları Azərbaycan reallığının nədən ibarət olduğunu yaxşı bilirlər. Solovyov kimi xəstələr isə təlxəkliklə məşğuldur. Təlxəyin dedikləri üçün vaxtı gələndə heç kim məsuliyyət daşımadığını deyəcək. Çünki Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq əvvəllər olduğu kimi”.