Bakı, İrəvan, Tiflis: .....                     10 manat kapitalı olan şirkət 213 milyon manatlıq tenderin qalibi olub .....                     Bakıda kütləvi söküntüdən sonra “qara günlər” başlayır? .....                     Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi .....                     Azərbaycanlı döyüşçü Rusiyada həbs edildi .....                     Azərbaycan Minsk Qrupunu birdəfəlik dəfn etdi: .....                     Eldar Namazova da pul veriləcək .....                     Cərrah Zahid Zahidovun əməliyyat görüntülərini paylaşması ilə bağlı .....                     Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI .....                     Tanınmış jurnalist “Xəzər TV”dən getdi .....                     ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb .....                     Tehran yenə dinc DAYANMIR .....                     “Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır .....                     Bu il partiyalara nə qədər pul ayrılıb? .....                     Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: .....                     Krediti geri ödəyə bilmirik: NİYƏ? .....                     “Formula”ya görə dərslərin başlama tarixi dəyişir? .....                     Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək .....                     SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! .....                     “Akkord”un daha bir törəmə şirkəti borca düşdü .....                     Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir .....                     Ukrayna üçün “Marşal planı” .....                     Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı .....                     Tanınmış aktrisa qəzaya düşdü .....                     İran Ermənistanı hədəf aldı .....                     Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib .....                     Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir .....                     Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... .....                     “Kriti Vüsal” həbs edildi .....                     Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar .....                     Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... .....                     ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir .....                     Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... .....                     Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək .....                     Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? .....                     Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası .....                     Moskvadakı azərbaycanlılar üçün məcburi qayda .....                     Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub .....                     Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... .....                 

Ukrayna üçün “Marşal planı” - 500 milyard dollar lazımdır
Tarix: Bu gün, 15:07 | Çap et

London Biznes Məktəbinin dekanı Sergey Quryev hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin nə qədər az pula sahib olsa, Ukrayna ilə danışıqlara daha çox hazır olacaq.

Qeyd edək ki, iqtisadçı Sergey Quryev vətənindən qaçıb, çünki Moskva artıq onun üçün təhlükəsiz deyildi. O Qərb hökumətlərinin Putinə təzyiqi necə artıra biləcəyini və Ukraynanı uğurla bərpa etmək üçün nə lazım olduğunu “Neue Zürcher Zeitung”a müsahibəsini izah edib. AYNA.AZ müsahibəni istinadla təqdim edir:

- Professor Quryev, Ukraynada sülh nə dərəcədə yaxındır?

- Sülh o zaman olur ki, tərəflərdən heç biri müharibəni davam etdirməklə üstünlük əldə edə bilməyəcəyinə inanır. Lakin Putin hərbi uğurun onun danışıqlardakı mövqeyini yaxşılaşdıracağına əmindir. Buna görə də o daim “əsas reallıqlar” haqqında danışır. Nə qədər ki, müharibə xərcləri ona məqbul görünəcək, o yeni ərazilər fəth etməyə çalışacaq.

- Buna baxmayaraq, bəzi siyasətçilər sülhün həmişəkindən daha yaxın olduğunu iddia edirlər. Razısınız?

- Müsbət haldır ki, ABŞ və Avropada bir çox siyasətçilər bu məsələni bir daha prioritet hesab edirlər. Ağ Evdəki görüş bunu göstərdi. Eyni zamanda, Rusiya iqtisadiyyatı ağır vəziyyətdədir və əsgərlərin müharibəyə cəlb edilməsində problemlər var. Bu, optimizm üçün əsas verir.

- Yəni, indi sülh razılaşmasının başlanğıcıdır?

- Mən davamlı sülhü görmürəm. Rusiya işğal etdiyi əraziləri öz ərazisi, Ukraynanı isə öz ərazisinin bir hissəsi hesab edir. Kompromis demək olar ki, ağlasığmazdır. Şimali və Cənubi Koreya arasında olduğu kimi, müharibənin dondurulacağı ehtimalı daha çoxdur.

- Müharibənin dondurulması nə verəcək?

- Ukrayna qanuni olaraq torpaqlarından imtina etməyəcək. Amma mövcud vəziyyət de-fakto tanınacaq. Məsələn, Ukrayna rəsmi şəkildə bəyan edəcək ki, yaxın illərdə əraziləri hərbi yolla qaytarmağa cəhd etməyəcək. Amma ərazilərindən də imtina etməyəcək.

- Rusiyaya təzyiqi necə artırmaq olar?

- Sülh səyləri yalnız danışıqlarla məhdudlaşmamalıdır. Eyni zamanda, Ukrayna ordusunun gücləndirilməsi, sanksiyalar vacibdir. Rusiya üçün xərclərin artırılması lazımdır. Putinin pulu nə qədər azalarsa, o danışıqlara daha çox hazır olacaq. Ona görə də sanksiyalar çox vacibdir.

- Qərb müharibə başlayandan bəri sanksiyalardan istifadə edir. Onlar həqiqətən effektivdirmi?

- Sanksiyalar ilk növbədə çəkindirmə vasitəsidir. Bu mənada, sanksiyalar uğursuzluğa düçar oldular. Çünki hədələrə baxmayaraq, Putin müharibəyə başladı. Müharibə başlayandan bəri Qərbin məqsədi Rusiyanın xərclərini artırmaq olub və buna da nail olunub. Əgər 300 milyard dollarlıq valyuta ehtiyatlarının dondurulması, neft gəlirlərinə və Qərb texnologiyalarına çıxışın məhdudlaşdırılması olmasaydı, Putin bu gün daha güclü mövqedə olardı. Sanksiyalar daha sürətli və daha sərt ola bilərdi. Lakin mövcud sanksiyalar da Rusiyanın resurslarını məhdudlaşdırdı, iqtisadiyyatı zəiflətdi və müharibəni daha bahalı etdi.

- Çoxları Rusiya iqtisadiyyatının çökəcəyini gözləyirdi, amma bu baş vermədi. Təəccübləndiniz?

- Bəli, məni təəccübləndirdi. Kəskin çöküş olmadı, çünki Rusiya Mərkəzi Bankı cəld reaksiya verdi: valyuta nəzarəti tətbiq etdi, valyutanın çıxarılmasını məhdudlaşdırdı. Amma iqtisadi sabitliyi insanların məmnunluğu ilə qarışdırmaq olmaz. Əhali yüksək inflyasiyadan və həyat səviyyəsinin aşağı düşməsindən əziyyət çəkir. Bəli, etiraz etmirlər, amma bu, repressiyanın sərt şəkildə güclənməsinin nəticəsidir. Həbsxanaya düşmək riski almadan heç kim hakimiyyəti tənqid edə bilməz.

- Rəsmi məlumatlar göstərir ki, 2023-2024-cü illərdə Rusiya iqtisadiyyatı 4%-dən çox artıb. Bu məlumat nə dərəcədə etibarlıdırlar?

- Bu 4%-i sülh dövrü ilə müqayisə etmək olmaz. Artım ilk növbədə hərbi xərclərin kəskin artması ilə izah olunur. Daha sonra Ukraynada məhv edilən tankların istehsalı statistik artım yaradır, lakin cəmiyyətə heç bir fayda vermir. Eyni şey insan itkilərinə də aiddir - yüz minlərlə ölən və yaralanan ÜDM-ə daxil deyil. Ölənlərin ailələrinə ödənişlər isə əksinə, ÜDM-ə müsbət təsir edir. Bundan əlavə, inflyasiya sistematik olaraq aşağı göstərilir.

Bir çox mallarla bağlı vəziyyət pisləşib. Əvvəllər ruslar alman və yapon avtomobillərini alırdılar, indi demək olar ki, yalnız Çin avtomobilləri alırlar. Onlar da daha ucuz, lakin daha pisdir. Statistikada avtomobil markasından asılı olmayaraq sadəcə avtomobildir. Müqayisə olunan modellər 50-100% bahalaşıb.

- Bu münaqişədə ABŞ-ın iqtisadi rolunu qiymətləndirmək çətindir: bu gün Tramp sanksiyaların ləğvinə, sabah isə sərtləşdirilməsinə işarə edir...

- Avropa Rusiyanın ən mühüm ticarət tərəfdaşıdır, lakin əsas rolu ABŞ oynayır. Neftin qiyməti ilə bağlı tavan yaratdılar və tətbiq etdilər. Bu, 2023-cü ildə Rusiyaya ÜDM-in 2-3% itirilməsinə səbəb oldu. Əvvəllər Moskva “kölgə donanması”nın köməyi ilə sanksiyalardan yan keçməyə başladı. ABŞ ikinci dərəcəli sanksiyalarda Avropadan da irəli getdi və Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri sayəsində qlobal neft qiymətlərini aşağı dərəcədə saxlaya bilər. Bu da ki, Putinin qazancını ciddi şəkildə azaldır.

- Və təbii ki, silah yardımı...

- Tam olaraq, bəli. İndiki vəziyyət belədir: avropalılar ödəyir, amerikalılar tədarük edir. Başqa cür ola bilməz, çünki Avropada belə texnologiyalar yoxdur.

- Şəxsən hansı tədbirləri tövsiyə edərdiniz?

- Texnologiyaların ixracını dayandırmaq və üçüncü ölkələr vasitəsilə ticarəti dayandırmaq lazımdır. Ən effektiv yol Rusiyanın neft satışından əldə etdiyi gəliri aşağı səviyyədə saxlamaqdır. Avropa İttifaqı neftin qiymətini aşağı salmaq istəyir ki, bu, faydalıdır. Amma tam effekt əldə etmək üçün “kölgə donanmasına” qarşı sanksiyalar və ikinci dərəcəli sanksiyalar lazımdır ki, üçüncü ölkələrdə də tavana riayət olunsun.

- Trampın Hindistanla bağlı təklif etdiyi budurmu?

- Xeyr. Trampın ikinci dərəcəli tarifləri demək olar ki, embarqoya bərabərdir – bu, Rusiyadan neft idxalı üçün ümumi cəzadır. Və tavan Rusiya neftini bazarda buraxmaq üçün icad edilib, Kremlin ondan pul qazanmasına imkan verməməsi üçün. Ticarətə tam qadağa yalnız qiymətləri qaldıracaq və Rusiyaya məhdudiyyətlərdən yan keçərək daha çox qazanc əldə etməyə imkan verəcək. İkinci dərəcəli sanksiyalar Hindistan kimi ölkələrin tavana əməl etmələrini təmin etməyə yönəldilməlidir.

Hindistan üçün sərfəlidir: ucuz neft almaq, onu emal etmək və baha qiymətə satmaq. Çoxları bunu tənqid edir, amma əslində nəzərdə tutulan təsir budur. Hindistan pul qazana bilər, Rusiya isə qazana bilməz.

- Rusiya iqtisadiyyatını müharibə üçün yenidən qurdu. Onu necə normal vəziyyətə qaytarmaq olar?

- Bu, 1990-cı illəri xatırladır: SSRİ dağılandan sonra hərbi sektora yönəlmiş iqtisadiyyat tənəzzülə uğradı. Bu gün vəziyyət daha az faciəvidir. Rusiya bazar iqtisadiyyatına malikdir. Dövlət müflis deyil və demək olar ki, xarici borcu yoxdur. Müdafiə sənayesi artıma baxmayaraq, hələ sovet dövründəkindən kiçikdir. Amma bədbin ssenari göz qabağındadır: atəş dayandırılsa, Rusiya hərbiləşdirməni davam etdirə və ehtiyatlarını artıra bilər. Nə qədər ki, Putin hakimiyyətdədir, o xərclərə baxmayaraq silahlanacaq.

- Ukraynanı bərpa etmək nə qədər maliyyəyə başa gələ bilər və bunun pulunu kim ödəyəcək?

- Dünya Bankının hesablamalarına görə, bu rəqəm təxminən 500 milyard dollardır. Ukraynanın özündə bu qədəır pul yoxdur. Yalnız iki real mənbə var: Qərb vergi ödəyiciləri və dondurulmuş Rusiya aktivləri.

- Bu mənbələrdən hansı daha realdır?

- Daha doğrusu, dondurulmuş aktivlər. ABŞ bu məbləği ödəmək istəmir və Avropa hətta müdafiə xərclərini artırmaqda çətinlik çəkir. Rus pulu ilə bərpa daha real görünür.

- Hüquqi dövlətlərdə başqalarının pulundan istifadə etmək problemli görünür...

- Nə vaxtsa dəymiş ziyana görə məsuliyyəti Rusiyanın üzərinə qoyacaq məhkəmə qərarı olacaq. Bu, aktivlərdən istifadəyə yol açacaq. Moskva könüllü olaraq ödəməyəcək. Belə bir presedent var: İraq Küveytə neft gəlirlərinin bir hissəsini 30 il ərzində təzminat kimi ödəyib. Analoji qərar Rusiyaya da şamil edilə bilər.

- Amma bu, hüquqi prinsipləri pozur...

- Bəli, bu, aktivlərin toxunulmazlığını dayandıra biləcəyini göstərir. Bu, Avropa institutlarına inamı sarsıdacaq və buna görə də ECB buna qarşıdır. Ancaq ideal həllər yoxdur. Ancaq bu, siqnal sayıla bilər: qonşunuza hücum etsəniz, dollar və avrodakı aktivləriniz adi qaydalarla qorunmayacaq. Biz müstəsna dövrlərdə yaşayırıq - köhnə nizam dağılır.

- “Goldman Sachs” və “J.P. Morgan” kimi banklar artıq müharibədən sonra Ukraynaya investisiya qoymağa hazır olduqlarını bildiriblər. Niyə özəl sektora güvənilməməlidir?

- Təbii ki, edəcəklər, lakin onlara dövlət zəmanəti lazımdır. Müharibənin yenidən başlaması və investisiyalarını itirməsi ehtimalı varsa, özəl firmalar risk etməyəcək.

- Müharibədən əvvəl Ukraynada geniş yayılmış korrupsiya investorları qorxutmuşdu...

- Aİ-yə üzvlük prosesi Ukraynanı korrupsiya ilə mübarizəyə stimullaşdırır. Və cəmiyyət bu yola getməyə hazır olduğunu göstərdi. Aİ-nin Ukraynaya namizəd statusunu tez verməsi məni heyran etdi. Bu, insanlara mübarizə aparmaq üçün bir məqsəd verdi. Əhali və iqtisadiyyat baxımından Ukrayna həm də mübarizə aparan, Aİ-yə uğurla inteqrasiya edən Rumıniya ilə müqayisə edilə bilər. Təhlükəsizlik nöqteyi-nəzərindən Ukraynanı tez qəbul etmək vacibdir – heç bir Avropa ölkəsində belə döyüşən ordu yoxdur.

- Zelenski bu yaxınlarda korrupsiyaya qarşı mübarizə orqanının müstəqilliyini məhdudlaşdırmaq istədi, lakin təzyiq altında geri çəkildi...

- Ukraynaya güclü və müstəqil antikorrupsiya strukturu lazımdır. Zelenskinin bu addımı səhv idi, yaxşı ki, fikrini dəyişdi.

- Müxtəlif yenidənqurma layihələrində iştirak etmisiniz. Ukraynanın vəziyyəti çox çətindir?

- Xərclər çox böyükdür. Müqayisə üçün qeyd edək ki, bugünkü pulla yenidən hesablanan “Marşal planı” 200 milyard dollardan da az başa gəlib. Ukrayna üçün bu, kifayət qədər çətindir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı, İrəvan, Tiflis: - Kirayə haqqı harada daha yüksəkdir?
Bu gün, 18:00
10 manat kapitalı olan şirkət 213 milyon manatlıq tenderin qalibi olub - TƏFƏRRÜAT
Bu gün, 17:58
Bakıda kütləvi söküntüdən sonra “qara günlər” başlayır? – Ekspert aydınlıq gətirdi
Bu gün, 17:53
Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTO
Bu gün, 17:49
Azərbaycanlı döyüşçü Rusiyada həbs edildi - FOTO
Bu gün, 17:45
Azərbaycan Minsk Qrupunu birdəfəlik dəfn etdi: - Ancaq Rusiya yeni “Qafqaz yürüşü” planı qurur
Bu gün, 17:43
Eldar Namazova da pul veriləcək - SİYAHI
Bu gün, 17:40
Cərrah Zahid Zahidovun əməliyyat görüntülərini paylaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 17:38
Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 16:01
Tanınmış jurnalist “Xəzər TV”dən getdi - FOTO
Bu gün, 15:57
ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb - "Bu onu göstərir ki..."
Bu gün, 15:48
Tehran yenə dinc DAYANMIR – Əzizinin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Bu gün, 15:46
“Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır - NARAZILIQ VAR...
Bu gün, 15:40
Bu il partiyalara nə qədər pul ayrılıb? - Sədrlər AÇIQLADI
Bu gün, 15:38
Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: - Region bu görüntüdən danışır
Bu gün, 15:33
Krediti geri ödəyə bilmirik: NİYƏ? - AKTUAL
Bu gün, 15:31
“Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi
Bu gün, 15:30
Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək - Səfir AÇIQLADI
Bu gün, 15:25
SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! - Neftçilər adından ÇAĞIRIŞ!
Bu gün, 15:20
“Akkord”un daha bir törəmə şirkəti borca düşdü
Bu gün, 15:13
Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir - 150 MİLYONLUQ ŞİRKƏTLƏ BİRLƏŞİR
Bu gün, 15:10
Ukrayna üçün “Marşal planı” - 500 milyard dollar lazımdır
Bu gün, 15:07
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı - “AnewZ”
Bu gün, 15:04
Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
Bu gün, 15:01
İran Ermənistanı hədəf aldı -bu dəfə Zəngəzur dəhlizi üzərindən…
Bu gün, 14:57
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 14:55
Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir - Overçuk
Bu gün, 14:54
Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!
Bu gün, 14:33
“Kriti Vüsal” həbs edildi - VİDEO
Bu gün, 14:18
Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
Bu gün, 13:42
Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... - əvvəllər olduğu kimi...
Bu gün, 13:30
ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir - İNCƏLƏMƏ
Bu gün, 13:23
Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... - TƏFƏRRÜAT
Bu gün, 13:16
Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
Bu gün, 13:13
Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? - "Middle East Institute"
Bu gün, 13:11
Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA
Bu gün, 13:04
Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir
Bu gün, 12:57
Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 12:56
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub - FOTO
Bu gün, 12:51
Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... - ÇÜNKİ...
Bu gün, 12:42
Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır - GÖZLƏNİLƏN İDİ...
Bu gün, 12:37
Ermənistanda qalmaqal: - Bakı ilə Sülh Müqaviləsində xəritələrə istinad çıxarılıb?
Bu gün, 12:35
Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... - ONA QALSA...
Bu gün, 12:33
Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? - GƏLİŞMƏ
Bu gün, 12:29
Rusiyadan Azərbaycan açıqlaması: - Bu, bizim üçün çox vacibdir
Bu gün, 12:26
“İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” -DOSENT
Bu gün, 12:25
Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev
Bu gün, 12:22
Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək - SİYAHI
Bu gün, 12:19
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
“Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” - Solovyov yenə sərsəmlədi...
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru