Tanınmış jurnalist “Xəzər TV”dən getdi .....                     ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb .....                     Tehran yenə dinc DAYANMIR .....                     “Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır .....                     Bu il partiyalara nə qədər pul ayrılıb? .....                     Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: .....                     Krediti geri ödəyə bilmirik: NİYƏ? .....                     “Formula”ya görə dərslərin başlama tarixi dəyişir? .....                     Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək .....                     SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! .....                     “Akkord”un daha bir törəmə şirkəti borca düşdü .....                     Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir .....                     Ukrayna üçün “Marşal planı” .....                     Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı .....                     Tanınmış aktrisa qəzaya düşdü .....                     İran Ermənistanı hədəf aldı .....                     Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib .....                     Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir .....                     Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... .....                     “Kriti Vüsal” həbs edildi .....                     Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar .....                     Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... .....                     ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir .....                     Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... .....                     Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək .....                     Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? .....                     Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası .....                     Moskvadakı azərbaycanlılar üçün məcburi qayda .....                     Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub .....                     Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... .....                     Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır .....                     Ermənistanda qalmaqal: .....                     Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... .....                     Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? .....                     Rusiyadan Azərbaycan açıqlaması: .....                     “İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” .....                     Hindistan Azərbaycandan qisas almağa çalışır .....                     Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək .....                     Mülayim şərq küləyi əsəcək .....                 

"Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" - REPLİKA
Tarix: Bu gün, 09:59 | Çap et

“Ədəbiyyat qəzeti”ndə Anar Rzayevin geniş müsahibəsini oxudum. Əslində, müsahibə sözünün əvəzinə çərənləmək sözündən istifadə etməli idim, lakin Anar müəllimin yaşına hörmət qoyaraq çərənləmək sözündən istifadə etmədim. Bütün hallarda ağsaqqal adamdır, nə qədər çətin olsa da, gərək ədəb qaydalarından kənara çıxmayaq.

Tanımayan, bilməyən, xəbərsiz adam Anar Rzayevin müsahibəsini oxusa, onda belə bir təəssürat, belə bir təsəvvür yarana bilər ki, bu Anar Rzayev kimdirsə, yazıq ömür boyu əzab-əziyyət çəkib, ömrü sürgünlərdə çürüyüb, əsərləri nəşriyyatlardan geri qayıdıb, əsərləri ciddi senzuralara məruz qalıb…

Anar müəllim, soruşmaq ayıb olmasın, siz nədən və kimlərdən şikayət edirsiniz? 

Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam yığışıb bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan “yazıçı” düzəldiblər. Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan düzəltdikləri “yazıçını” xalqa, cəmiyyətə əsl yazıçı, əsl qələm adamı kimi soxuşdurublar. Bəli, məhz soxuşdurublar. Ona görə ki, sağlam rəqabət mühitində istedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev uzaqbaşı, ən uzağı hansısa əyalət qəzetində müxbir işləyə bilərdi. İstedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev inanın ki, hansısa əyalət qəzetində müxbir işinin öhdəsindən də çox çətinliklə gələrdi. Bəs görəsən, bu cızmaqaraçı niyə öz taleyindən narazıdır? Maraqlıdır, görəsən, o, həyatdan nə istəyirmiş ki, onu əldə edə bilməyib?

Anar Rzayev qələmə atasındanqalma bir market kimi baxıb. Çötkəni daima qarşısına qoyub hesab-dəftər aparıb: görəsən, nədən yazsam daha çox qazana bilərəm? Anarın qələmə, yaradıcılığa münasibəti tipik bir bazar alverçisinin öz piştaxtasına münasibətindən zərrə qədər də seçilməyib.

Adamın üstündə Allah var, gərək İmam üçün ağlayanda, Yezid üçün də ağlayasan. Anar müəllim arvad qeybətlərini, xırda məişət intriqalarını çox gözəl yazıb. Mən Azərbaycan ədəbiyyatını çox yaxşı oxumuşam, tam qətiyyətlə öz tərəfimdən bəyan edirəm ki, Azərbaycan ədəbiyyatında arvad qeybətlərini, xırda məişət intriqalarını Anar qədər heç kim elə gözəl, dəqiq, koloritlə yazmayıb. Bu isə sırf onun təbiətindən qaynaqlanır. Bu təbiət, kreslo xəstəliyi, kreslodan dörd əllə, dörd ayaqla yapışmaq, kreslodan ötəri ağlamaq-sızlamaq, yalvarmaq, göz yaşı tökmək Anar müəllimə müdrikləşməyə imkan vermədi və verə bilməzdi də.

87 yaş zarafat deyil. 87 yaş bir yox, iki yox, üç igidin ömrüdür. 87 yaşlı insan yerlə-göylə əlləşməlidir, ağır-ağır suallara cavablar axtarmalıdır. 87 yaşlı insanı günah hissi, vicdan əzabı amansızcasına qamçılamalıdır. 87 yaşlı insan bu və ya digər şəkildə etiraflar etməlidir. Günah hissi, ağır vicdan əzabı onu mərhəmətli, müdrik olmağa vadar etməlidir. 87 yaşlı insan kin-küdurəti, nifrəti ən azı ürəyindən qovub çıxarmağa cəhdlər etməlidir. Çünki 87 yaşlı insan məchulluğun, əbədi və əzəli suallara cavablar tapmağın astanasındadır. Amma 87 yaşlı Anar müəllim təndirdə çörək yapan kənd… Nəsə!

Əsgər çəkməsindən daha istedadsız olan Anar Rzayev hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri və “elitar qaqulik” ədaları, nazları, forsları ilə Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünün odunu aldı. Necə aldısa, Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara quyunun dibindən baxırlar. Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri sovet dövründə kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə başqa planetdən yazılmış reportajlar kimi görünürdü. Çünki onlar “finski mebelin”, “italyanski ayaqqabının”, fransız konyakının adını eşitmişdilər, amma üzün görməmişdilər. Tale onlara belə bir lütf bəxş etməmişdi.

Sovet hökuməti, az qala, yarım əsrdir dağılıb, az qala, yarım əsrdir sərhədlər açılıb, kim hara istəsə, gedə bilir, pulun varsa, hər cürə ətir, mebel, kostyum, ayaqqabı, konyak ala bilərsən, daha heç bir mal “altdan” satılmır, Allahın Sədərək bazarına getsən, ürəyin nə istəsə, tapa bilərsən, amma Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları söhbətləri Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə hələ də başqa planetdən yazılmış reportajlar kimi görünməkdədir. Elə adamlar var ki, lap Londonun göbəyində əlli il yaşasalar da, kətçilik, lümpenlik, pariyalıq onun canından çıxmır. Məhz buna görə də Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır və bu bütdən dəhşətli dərəcədə qorxurlar. Anar Rzayev hakimiyyətə hər cürə yaltaqlanır, müxalifəti hər cürə təhqir edir, Cəmil Həsənli isə onu dostum adlandırır. Bu xalis kətçi sevgisidir.

Mən təxminən buna oxşar vəziyyəti şəhər qızları ilə evlənən kətçi oğlanlarda görmüşəm. Qız oğlanın boynuna xalta keçirib ora-bura sürüyür, dolayır, bəzən mədəni formada, bəzən lap açıq formada təhqir edir, bu münasibət illərlə davam edir və oğlan bu münasibəti sevgi iztirabları, sevgi yolunda maneələr, sınaqlar, imtahanlar kimi qiymətləndirir. Ona elə gəlir ki, əsl ər-arvad münasibəti, əsl sevgi elə belə də olmalıdır.

Bəli, buna kətçi sevgisi deyirlər.

Seymur Baycan - yenisabah.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış jurnalist “Xəzər TV”dən getdi - FOTO
Bu gün, 15:57
ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb - "Bu onu göstərir ki..."
Bu gün, 15:48
Tehran yenə dinc DAYANMIR – Əzizinin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Bu gün, 15:46
“Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır - NARAZILIQ VAR...
Bu gün, 15:40
Bu il partiyalara nə qədər pul ayrılıb? - Sədrlər AÇIQLADI
Bu gün, 15:38
Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: - Region bu görüntüdən danışır
Bu gün, 15:33
Krediti geri ödəyə bilmirik: NİYƏ? - AKTUAL
Bu gün, 15:31
“Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi
Bu gün, 15:30
Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək - Səfir AÇIQLADI
Bu gün, 15:25
SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! - Neftçilər adından ÇAĞIRIŞ!
Bu gün, 15:20
“Akkord”un daha bir törəmə şirkəti borca düşdü
Bu gün, 15:13
Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir - 150 MİLYONLUQ ŞİRKƏTLƏ BİRLƏŞİR
Bu gün, 15:10
Ukrayna üçün “Marşal planı” - 500 milyard dollar lazımdır
Bu gün, 15:07
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı - “AnewZ”
Bu gün, 15:04
Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
Bu gün, 15:01
İran Ermənistanı hədəf aldı -bu dəfə Zəngəzur dəhlizi üzərindən…
Bu gün, 14:57
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 14:55
Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir - Overçuk
Bu gün, 14:54
Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!
Bu gün, 14:33
“Kriti Vüsal” həbs edildi - VİDEO
Bu gün, 14:18
Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
Bu gün, 13:42
Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... - əvvəllər olduğu kimi...
Bu gün, 13:30
ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir - İNCƏLƏMƏ
Bu gün, 13:23
Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... - TƏFƏRRÜAT
Bu gün, 13:16
Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
Bu gün, 13:13
Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? - "Middle East Institute"
Bu gün, 13:11
Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA
Bu gün, 13:04
Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir
Bu gün, 12:57
Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 12:56
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub - FOTO
Bu gün, 12:51
Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... - ÇÜNKİ...
Bu gün, 12:42
Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır - GÖZLƏNİLƏN İDİ...
Bu gün, 12:37
Ermənistanda qalmaqal: - Bakı ilə Sülh Müqaviləsində xəritələrə istinad çıxarılıb?
Bu gün, 12:35
Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... - ONA QALSA...
Bu gün, 12:33
Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? - GƏLİŞMƏ
Bu gün, 12:29
Rusiyadan Azərbaycan açıqlaması: - Bu, bizim üçün çox vacibdir
Bu gün, 12:26
“İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” -DOSENT
Bu gün, 12:25
Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev
Bu gün, 12:22
Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək - SİYAHI
Bu gün, 12:19
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
“Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” - Solovyov yenə sərsəmlədi...
Bu gün, 12:13
Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir
Bu gün, 12:06
"Aralıq yerdə olan kafelər burdan daha hörmətlidir..." - GİLEY
Bu gün, 12:04
Şahin Şıxlinskinin Rusiya dövləti tərəfindən girov götürüldüyü TƏSDİQLƏNİR - “Onunla 2 FSB agentini dəyişmək istəyirlər”
Bu gün, 11:53
Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:49
Paşinyanın geri çağırdığı səfirin əmlakı AÇIQLANDI - SİYAHI
Bu gün, 11:46
"Qarabağ" bu futbolçu üçün 2,5 milyon təklif edir, klubu 5 milyon istəyir - Görünəni odur ki...
Bu gün, 11:40
Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
Əmrullayev hər il HESABAT VERSİN: Nə iş görüb, nə iş görməyib... - ÇAĞIRIŞ
Bu gün, 11:34
Bakıda arvadı ilə mübahisə edən kişi qaynını döydü - HÖKM
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru