Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) avtomobil parkını yeniləyir.
Bu barədə İqtisadiyyat.az DSMF-dən məlumat əldə edib.
Belə ki, fond üçün full kompektasiyaya malik cari il istehsallı sedan tipli, minivan tipli, eləcə də yolsuzluq avtomobillərin satın alınması nəzərdə tutulur.
DSMF 1 ədəd sedan tipli xidməti minik avtomobilinin satın alınmasına 56.550 manat, 4 ədəd yolsuzluq tipli xidməti minik avtomobilinin satın alınmasına 237.000 manat, 14 ədəd sərnişin minivan tipli xidməti minik avtomobilin satın alınmasına isə 611.800 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Bundan əlavə, Fondun Aparatının və struktur bölmələrinin balansında olan xidməti avtomobillərin cari təmir işlərinə isə 200 min manata yaxın vəsaitin sərf ediləcəyi ehtimal olunur.