Ən mühüm tarixi hadisə sabah Vaşinqtonda baş verəcək, Ermənistan və Azərbaycan Donald Trampın vasitəçiliyi ilə sülh müqaviləsi imzalayacaq.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkələrdə yazıb.
"Əliyevlə Paşinyan uzun müddətdir ki, danışırlar, lakin ABŞ prezidentinin müdaxiləsi sürətlənib. Bu gün dünya tarixində Qafqazın Rusiyanın pəncəsindən azad olunduğu tarix olaraq qalacaq. Bu gün dünya tarixində qalacaq.
Rusiya artıq rəsmən Cənubi Qafqazın üç ölkəsindən ikisində hegemonluğunu itirib və Gürcüstan üzərində nəzarəti özündə saxlayır”, - deyə o yazıb.