Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb .....                     Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” .....                     Akopyan razılaşdırılan sənəd barədə: .....                     Bakı və İrəvan TRİPP-in reallaşdırılmasına başlayır .....                     Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı .....                     “İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım” .....                     Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir .....                     Qəbələdə yerləşən “Caspian Fish Seafood” restoranına getməyin…. .....                     AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb .....                     Brilliant Dadaşova paltarla dənizə girdi .....                     Minsk Qrupunun buraxılması ilə bağlı sənəd .....                     Ermənistan BƏƏ ilə saziş imzalayacaq .....                     ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır .....                     İlham Əliyev ABŞ-yə işgüzar səfər edib .....                     Dövlət qurumu SMS paketi satın aldı .....                     MİQ üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib .....                     Naxçıvan səhiyyəsi PİYADA QALDI: Maşınlar müsadirə olundu... .....                     “AFB Bank”ın biznes kreditlərinin 70%-i 25 nəfərə məxsusdur .....                     Trampın vasitəçiliyi ilə sülhə doğru .....                     Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb .....                     41 dərəcə isti olacağı gözlənilir .....                     Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... .....                     “Ermənistan yoxdur, biz hər şeyi itirib, Cenifer Lopezi tapmışıq” .....                     Bakı-Tiblisi qatarının fəaliyyətə başlamasına hazırlıq gedir .....                     Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR... .....                     Rusiyadan Azərbaycanı narahat edən hərbi zərbə .....                     Vaşinqton görüşündə masada olacaq .....                     Sabunçu məhkəməsinin sədrinə ağır itki üz verib .....                     "Bərdə-Aqrotexservis"-ə direktor seçiləcək .....                     Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb .....                     Kremldə görüş, səmada PUA .....                     QİÇS xəstəsinə `SAĞLAMDIR` arayışı verən klinikada ŞƏKƏR MÖCÜZƏSİ... .....                     "Azəriqaz"ın işçisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunub .....                     “ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” .....                     Fuad Hacıyev 34 000 litr premium benzin alır .....                     Azərbaycanda haqsız rəqabət hansı sahələrdə olur? .....                     Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər .....                     DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri... .....                     AZAL İranın iki şəhərinə uçuşlara başlayır .....                     Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq .....                 

Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza - AKTUAL
Tarix: Bu gün, 09:22 | Çap et

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) Ermənistan vətəndaşı Ruben Vardanyanın çoxcildli cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Ruben Vardanyan bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. O, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə ittiham olunur. Hazırda məhkəmədə zərərçəkənlərin dinlənilməsi mərhələsidir. 6 aydır davam edən məhkəmə prosesində müttəhim Ruben Vardanyan susmaq hüququndan istifadə edir.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Vardanyana nə zaman hökm oxunacaq? O biri müttəhimlərdən gec və ya tez ola bilərmi? Onun susması məhkəmənin qərarına necə təsir edəcək?

Hüquqi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında izah edib ki, əvvəla Vardanyanın işinin keçmiş qondarma rejimin rəhbərliyində olmuş digər şəxslərdən ayrıca aparılmasının səbəbləri haqda mətbuatda çox yazılıb: “Vardanyan elə dövrdə Qarabağa gəlmişdi ki, onun bütün fəaliyyəti videolentə alınıb, hər şey sübutlarla var. Əlbəttə, ibtidai istintaq və məhkəmə dövründə susmaq qanunidir, onu kimsə məcbur edə bilməz. Amma susması onu məsuliyyətdən azad etmir, yaxud cinayətini sübut etməkdə çətinlik yaratmır. Əgər susmasaydı, əməkdaşlıq etsəydi, məhkəmə istintaqının uzanmaması üçün məlumatlar versəydi, onun üçün cəzanın təyin edilməsində yüngülləşdirici hal kimi nəzərdə tutula bilərdi. Susmaq ağırlaşdırıcı hal olmasa da, əməkdaşlıq etmək istəməməsindən irəli gəlir. O, hələ də özünü haqlı olduğunu göstərməyə çalışır”.

Hüquqşünas qeyd edib ki, Vardanyan Azərbaycan sərhədini qanunsuz keçib və silahlı qrupların maliyyələşməsində iştirak edib, ərazilərimizdə oyuncaq “dövlət naziri” postu tutub: “Onun bütün addımları, çıxışları mediada var və susması heç nəyi dəyişmir. Yəni ifadə vermirsə, yekunda yüngülləşdirici hal kimi nəzərə alınmayacaq. Bu 6 ay ərzində zərərçəkənlər dinlənilib, sübutlar ortaya qoyulub. İnanıram ki, ibtidai istintaqda olan sübutlar məhkəmə hökmündə öz əksini tapacaq və layiqli cəzasını alacaq. Çünki bu şəxslər bizim ərazilərimizdə Azərbaycan dövlətinə qarşı olduqlarını, cinayətkar fəaliyyətlərini açıq şəkildə nümayiş etdiriblər. Ona görə də dövlətimiz və xalqımız qarşısında layiqli cəza alacaqlar”.

Yada salaq ki, bəzi Qərb nəşrlərində, ermənipərəst kluarlarda, ABŞ, Fransa, Avropa Parlamentində Vardanyanla bağlı kampaniya aparanlar var. Onlar milyarder cinayətkarı siyasi məhbus kimi qələmə verməyə çalışırlar. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Ruben Vardanyanla bağlı məktubun ABŞ Prezidenti Donald Trampa göndərilməsini rədd etməsinə dair mətbuatda yayılan məlumatlara münasibət bildirməmişdi. “Hraparak” nəşri yazmışdı ki, Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməklə bağlı xahişini rədd edib.

Nəşrin xəbərinə görə, ABŞ-da yaşayan erməni diasporunun bəzi nümayəndələri Trampın qızının həyat yoldaşına müraciət edərək, ondan Ağ Ev rəhbərinin bu məsələyə qarışmasına dəstək göstərməyi istəyib. Məlumata görə, Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacağını söyləyib. Ermənistanın ABŞ-dakı səfiri Lilit Manukyants müraciəti Nikol Paşinyana çatdırsa da, rədd cavabı alıb. Bu mövqe belə bir müraciətin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına xələl gətirə biləcəyi ilə əsaslandırılıb.

Vardanyan Rusiya maliyyə sənayesinin ən məşhur adamlarından biridir. O, Rusiyada ilk investisiya bankı olan “Troyka Dialoq”u qurub, yüksək etik standartlara uyğun iş apardığı üçün bir çox mükafatlar alıb. Bununla belə, “Troyka” əsas bizneslə yanaşı, bütöv bir ofşor şirkətlər sistemi yaradıb ki, onun vasitəsilə pul gizli şəkildə Rusiyanın ən güclü adamlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduqinə ötürülüb.

Bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Pullar, xüsusən, Rusiyadan milyardlarla çirkli pulun yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılması ilə bağlı cinayət işlərində iştirak edən şirkətlərdən daxil olub.

2012-ci ildə “Troyka” “Sberbank”a satılıb. Onun yaratdığı ofşor şirkətlərin hesabları üzrə hərəkətlər 2013-cü ilə qədər davam edib. Vardanyan 1992-ci ildə universiteti yeni bitirərək “Troyka”ya rəhbərlik edib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Bu gün, 16:25
Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” – Mühüm xəbərlər gözlənilir
Bu gün, 16:20
Akopyan razılaşdırılan sənəd barədə: - Bakıdan icazəsiz açıqlaya bilmərik
Bu gün, 16:18
Bakı və İrəvan TRİPP-in reallaşdırılmasına başlayır - AÇIQLAMA
Bu gün, 16:17
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
Bu gün, 16:03
“İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım” - NARAZILIQ VAR...
Bu gün, 15:56
Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir - GƏLİŞMƏ
Bu gün, 15:52
Qəbələdə yerləşən “Caspian Fish Seafood” restoranına getməyin…. - Müştəridən çağırış
Bu gün, 15:48
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:28
Brilliant Dadaşova paltarla dənizə girdi
Bu gün, 15:25
Minsk Qrupunun buraxılması ilə bağlı sənəd İMZALANACAQ
Bu gün, 15:19
Ermənistan BƏƏ ilə saziş imzalayacaq
Bu gün, 15:16
ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır - AKTUAL
Bu gün, 15:12
İlham Əliyev ABŞ-yə işgüzar səfər edib
Bu gün, 15:05
Dövlət qurumu SMS paketi satın aldı - 20 MİLYON ƏDƏD!
Bu gün, 15:03
MİQ üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib
Bu gün, 14:58
Naxçıvan səhiyyəsi PİYADA QALDI: Maşınlar müsadirə olundu... - ŞOK SƏBƏB
Bu gün, 14:49
“AFB Bank”ın biznes kreditlərinin 70%-i 25 nəfərə məxsusdur – ŞOK HESABAT
Bu gün, 13:10
Trampın vasitəçiliyi ilə sülhə doğru – Azərbaycan və Ermənistan liderləri AĞ EVDƏ
Bu gün, 13:05
Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb - KİV
Bu gün, 12:58
41 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:56
Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... - İNCƏLƏMƏ
Bu gün, 12:44
“Ermənistan yoxdur, biz hər şeyi itirib, Cenifer Lopezi tapmışıq”
Bu gün, 12:42
Bakı-Tiblisi qatarının fəaliyyətə başlamasına hazırlıq gedir - AÇIQLAMA
Bu gün, 12:36
Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR... - İTTİHAM VAR...
Bu gün, 12:27
Rusiyadan Azərbaycanı narahat edən hərbi zərbə – Nələr baş verir?
Bu gün, 12:21
Vaşinqton görüşündə masada olacaq – “Bakı güzəştə getmədən dəhliz alacaq”
Bu gün, 12:18
Sabunçu məhkəməsinin sədrinə ağır itki üz verib
Bu gün, 12:02
"Bərdə-Aqrotexservis"-ə direktor seçiləcək
Bu gün, 12:01
Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb
Bu gün, 11:52
Kremldə görüş, səmada PUA
Bu gün, 11:51
QİÇS xəstəsinə `SAĞLAMDIR` arayışı verən klinikada ŞƏKƏR MÖCÜZƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 11:42
"Azəriqaz"ın işçisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunub
Bu gün, 11:35
“ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:22
Fuad Hacıyev 34 000 litr premium benzin alır
Bu gün, 11:19
Azərbaycanda haqsız rəqabət hansı sahələrdə olur? – Siyahıda məşhur şirkətlər də var
Bu gün, 11:18
Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər
Bu gün, 11:15
DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri... - AXI NİYƏ?..
Bu gün, 11:13
AZAL İranın iki şəhərinə uçuşlara başlayır - DİQQƏT!
Bu gün, 11:02
Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq - TASS
Bu gün, 11:00
Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...
Bu gün, 10:50
Tibbi qurum 41 milyon manatlıq laboratoriya testlərini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 10:45
8 min Culfa sakininin SU ÇİLƏSİ... - AXI NİYƏ?
Bu gün, 10:43
Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? - AÇIQLAMA
Bu gün, 10:33
Ukrayna üçün Qarabağ ssenarisi - İlham Əliyevin tarixi çağırışı
Bu gün, 10:29
Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" - Köhnə kəndə, təzə adət...
Bu gün, 10:24
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT!
Bu gün, 10:20
ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən infrastruktura hücumunu pisləyib
Bu gün, 10:19
3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... - "İndi telefonlara da cavab vermirlər..."
Bu gün, 10:15
Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" - REAKSİYA
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru