Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: .....                     Bakı və Ankara koordinasiyanı gücləndirir .....                     “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb .....                     Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? .....                     Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir .....                     Yoldan bank kartı tapdı: .....                     “Milyonların həyatına son qoyan adam...” .....                     Deputatın oğlu yeni şirkət yaratdı .....                     Məhur aparıcıdan şok ETİRAF .....                     Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib .....                     Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib .....                     Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin .....                     “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” .....                     Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək .....                     “Xalq Həyat”da təyinat olub .....                     İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir .....                     İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar .....                     “Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, .....                     “Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... .....                     Məktəblərdə fransız dili ləğv olunur? .....                     Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb .....                     Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR .....                     Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender .....                     Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb .....                     Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin .....                     Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında .....                     20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb .....                     11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi .....                     Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur .....                     Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var .....                     "Heç bir işlə təmin edilmədim" .....                     Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı .....                     Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... .....                     "Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" .....                     Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa .....                     Azərbaycanla Ermənistan arasında memorandum .....                     Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: .....                     Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… .....                     Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? .....                 

“Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Tarix: Bu gün, 15:21 | Çap et

Politoloq Zərdüşt Əlizadənin “Yeni Sabah”a müsahibəsi:

– Cümə günü Vaşinqtonda ABŞ-Azərbaycan-Ermənistan sammitinə dair məlumatlara dair rəsmi Bakının konkret açıqlaması yoxdur, Ermənistan hökumətinin mətbuat xidməti isə informasiyanı nə təkzib, nə də təsdiq edir. Sizcə, bu məlumat etibar doğururmu?

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni onsuz da razılaşdırılıb. 2 mühüm və sərt müzakirə mövzusu isə qalmaqdadır: birincisi, ATƏT-in Minsk qrupunun buraxılması, digəri isə Ermənistan qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin icrası. Dördpendirli pizza

Minsk qrupunun buraxılması ilə bağlı məsələ, çox güman ki, avqustun sonuna qədər təxirə salınıb. Təbii ki, əgər bu olarsa, ATƏT ilin axırına qədər Minsk qrupunun ləğvi barədə qərar çıxara bilər. Bu həm Azərbaycana, həm də Ermənistana xeyirlidir.

İkinci şərt, yəni Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiasının müqəddimədən çıxarılması tələbidir. Bu iki tələb yerinə yetirilərsə, sülh müqaviləsi imzalana bilər. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında münasibətlərin tam bərpası isə Zəngəzur yolunun açılmasından asılıdır. Bu isə Ermənistanın əlindədir. Azərbaycan heç cür şərtlə Ermənistan ərazisinə iddia irəli sürmür. Sadəcə istəyir ki, Azərbaycanla-Azərbaycan (Naxçıvan) arasındakı rabitəyə Ermənistan qurumları nəzarət etməməlidir.

– ABŞ tərəfinin açıqlamalarında qeyd olunur ki, Azərbaycan təkcə Ermənistanla sülh müqaviləsi imzalamayacaq, eyni zamanda, “İbrahim Razılaşmaları”na da qoşulacaq. Bu sazişə qoşulmaq Azərbaycana nə verə bilər?

– “İbrahim Razılaşmaları”nın mahiyyətini açıq söyləmək lazımdır. Onu pərdələməyə, gizlətməyə ehtiyac yoxdur. Bu sazişin çox sadə bir mənası var. İsrail sionist dövləti Fələstin xalqının beynəlxalq hüquqda tarixən təsbit olunmuş hüquqlarını tapdalayaraq onun torpağını əlindən alıb. Bu mahiyyətdir. ABŞ hesab edir ki, İsrailin işğalçı və ilhaqçı siyasətini tanımaq vaxtıdır. Trampın tələbi və təkidi ilə bir çox ərəb ölkələri “İbrahim Razılaşmaları”na qoşulub. İndi isə Azərbaycanı bu sazişə qoşmaq istəyirlər. Azərbaycanın bura nə dəxli var? Ölkə başçısı dəfələrlə deyib ki, biz İsraili də, Fələstini də rəsmi dövlət kimi tanıyırıq. Azərbaycanın indiki mövqeyi ən yaxşı mövqedir.

– ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, ölkəsi Ermənistana Zəngəzur dəhlizini 100-lik möhlətlə icarəyə götürməyi təklif edib. Rəsmi İrəvan buna “yox” cavabı verib. İkinci tərəfdən, Azərbaycanın dəhliz tələbi 9 noyabr 2020-ci il Üçtərəfli atəşkəs bəyanatına əsaslanır. Həmin sənəddə qeyd olunur ki, dəhlizə Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir. İndiki halda isə Azərbaycan hakimiyyətinə yaxın şəxslər Rusiyanın nəzarətedici funksiyasının üzərindən xətt çəkirlər. Bu ciddi təzadla gedişat necə olacaq?

– 2020-ci ildə Ermənistan üçün vəziyyət çox gərgin və ağır idi. Putin Üçtərəfli bəyanatın 9-cu bəndində yazdıranda ki, Zəngəzur dəhlizində təhlükəsizliyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edəcək, Paşinyan bunu imzalamağa məcbur olmuşdu. Üstündən təxminən 5 il keçib, vəziyyət dəyişib. Rusiya Ukraynada müharibəyə başlayıb. Moskvanın siyasi, iqtisadi və hərbi qüdrəti xeyli zəifləyib. Ermənistan təbii ki, strateji maraqlarını Rusiyaya güzəştə getmək istəmir. Azərbaycan isə deyir ki, mənim üçün fərqi yoxdur. Bakının mövqeyi budur ki, Azərbaycanla-Azərbaycan arasındakı rabitədə kənar müdaxilə olmasın.

Azərbaycan Çindən başlayıb Avropaya çatan böyük bir dəmiryolu layihəsi həyata keçirir. Həm Avropa İttifaqı, həm də Azərbaycan bu layihəyə xeyli vəsait xərcləyir. Məqsəd odur ki, Çindən Avropaya, Avropadan da Çinə quru yolla yüklər daşınsın. Bu zaman okeanın o tayından ABŞ deyir ki, bu yolun 42 kilometrini mənim şirkətimin nəzarətinə verin. Nə baş verib? ABŞ açıq-aydın deyir ki, Çin strateji düşmənimdir və onunla toqquşma qaçılmazdır.

Zəngəzur yolu açılmasa, Ermənistan elə həmişə təcrid vəziyyətində qalacaq. Zəngəzur yolu açılsa, Ermənistan blokadadan çıxacaq, Azərbaycan isə tranzit yollarından müəyyən gəlir əldə edəcək. Bütün bu müsbət nəticələri müti qul kimi ABŞ-yə verək?!

– Bir çoxları iddia edir ki, ABŞ-nin səyləri Trampa Nobel Sülh mükafatı verilməsi məqsədi daşıyır. Sizcə, Tramp “Nobel”ə layiqdir?

– 30 illik münaqişə dövründə ABŞ-nin rolu daha çox dağıdıcı, təhrikedici idi. Rusiya və Fransa kimi ABŞ da çalışırdı ki, Azərbaycan və Ermənistan arasında davam edən Qarabağ münaqişəsindən bəhrələnsin. Bu alınmadı və 2020-ci il müharibəsi sözügedən münaqişəyə son qoydu. İndi ABŞ-də hakimiyyətə Tramp gəlib. O, bir tərəfdən, dünya miqyasında münaqişələri, ziddiyyətləri kəskinləşdirir, müharibə aparır və öldürür, digər tərəfdən, uşaq kimi istəyir ki, ona “Nobel” sülh mükafatı versinlər. Hərçənd bu mükafatı qazanmaq üçün elə də böyük xidmətləri yoxdur, amma dünyada müharibə ilə nəticələnməmiş bütün siyasi gərginliklərin aradan qaldırılmasını öz adına çıxır.

Məsələn, deyir ki, Pakistanla Hindistan nüvə müharibəsi aparacaqdı, mənim 1 zəngimlə münaqişə dayandı. Azərbaycanla Ermənistan arasında münaqişə 30 il davam edib və artıq ortada razılaşdırılmış hazır sülh müqaviləsi var. Tramp bu sülhün ABŞ-də əldə olunması ilə göstərməyə çalışır ki, özü necə də sülhpərvər bir insandır. Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülh müqaviləsi 2 liderin çox mürəkkəb, çətin və ağrılı səylərinin nəticəsidir. Bu işdə Trampın heç bir rolu yoxdur. Amma madam ki, Tramp bu məsələdən hər hansı fayda götürmək istəyir, qoy götürsün.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Bu gün, 17:30
Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Bu gün, 17:26
“Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Bu gün, 17:05
Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - GƏLİŞMƏ
Bu gün, 17:01
Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Bu gün, 16:57
Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Bu gün, 16:14
“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Bu gün, 16:12
Deputatın oğlu yeni şirkət yaratdı
Bu gün, 16:10
Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Bu gün, 16:09
Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Bu gün, 16:06
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 16:05
Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Bu gün, 15:57
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 15:53
“Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Bu gün, 15:43
Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Bu gün, 15:40
“Xalq Həyat”da təyinat olub
Bu gün, 15:37
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Bu gün, 15:30
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Bu gün, 15:28
“Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Bu gün, 15:21
“Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... - Cəmi-cümlətanı...
Bu gün, 15:14
Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
Bu gün, 15:06
Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb - Zelenskinin Ofisi
Bu gün, 14:59
Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR - "datalex.am"
Bu gün, 14:57
Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:50
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Bu gün, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Bu gün, 13:02
Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Bu gün, 13:01
20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 12:59
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:56
Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Bu gün, 12:51
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:47
"Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Bu gün, 12:46
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Bu gün, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Bu gün, 12:03
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
Bu gün, 11:59
“Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu - SİYAHI
Bu gün, 11:54
Babək rayonunda fermerlər DAD DEYİR... - "Məmurların əlindən..."
Bu gün, 11:41
“Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:37
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 11:33
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru