Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi tərəfindən elan edilmiş tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, tender Lerik şəhərinin parklarında, küçə və səkilərində abadlıq işlərinin satın alınması məqsədilə elan edilmişdi. Tenderin ləğvinə nəzarət orqanının qərarı səbəb olub. Ləğv qərarı baxılmış materiallara əsasən satınalma komissiyası tərəfindən tərtib edilmiş satınalmanın şərtlər toplusunda bəzi malların istehsalçısı qeyd edilərək təchizatçıların satınalmada iştirakının məhdudlaşdırıldığı nəzərə alınaraq verilib.
Layihə üzrə ehtimal olunan qiymət 407 854 manat təşkil edirdi. Müsabiqə 11 iyun 2025-ci il saat 18:41-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 7 iyul 2025-ci il saat 17:00-da planlaşdırılmışdı. Lakin satınalma prosesi yekunlaşmadan dayandırılıb.