"Dünən müğənni Nura Suri 166 Yükdaşıma və Logistikadan narazılığını ifadə edən bir post paylaşmışdı. Altında şirkətin xidmətindən giley-güzar edən "N qədər" rəy yazıldı..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında jurnalist Sevinc Paşayeva ifadə edib.
Jurnalist daha sonra belə davam edir: "Mən də onların yarıtmaz fəaliyyəti ilə bağlı başıma gələnləri qeyd eləmişdim. Heç yarım saat keçmədən müğənni şirkət tərəfindən adekvat addım atıldığını əsas gətirərək postu ləğv elədi. Yerdə qalan şikayətçilərin rəyləri də itib-batdı. Belə çıxır ki, şirkəti yalnız üzdə olan şəxslərin problemi narahat edir?! O səbəbdən ki, böyük izləyici auditoriyası olduğu üçün antireklam baxımından şirkətə daha çox təsir imkanları mövcuddur. Əcəba, digər zərərçəkənlərdən kim üzrxahlıq etməlidir? Belə çıxır ki, bütün sosial şəbəkə platformalarında reklamları ilə gözümüzü mazol edən 166-nı müştəri məmnuniyyətindən çox öz reputasiyası maraqlandırır. Məsələyə daha qlobal yanaşmaq əvəzinə, qüsurlarını ört-basdır eləmək üçün ən primitiv vasitəyə əl atır. Daha başa düşmür ki, bu hərəkəti ilə az-çox qazandığı etimadı da alt-üst edir..."