Mərkəzi Bank elan etdiyi tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender dəftərxana mallarının satın alınması ilə bağlı keçirilib. Tenderin qalibi "Azimut Təchizat" MMC (VÖEN: 1306553451) olub.
Qalib şirkətlə ümumi dəyəri 92 311 manat olan müqavilə imzalanıb.
Qeyd edək ki, "Azimut Təchizat" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Gülnarə Cəfərova Zair qızıdır. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 8V, mənzil 5 ünvanında yerləşir.