Babək rayonunda fermerlər DAD DEYİR... .....                     “Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” .....                     Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb .....                     Nərgiz İsmayılova vəzifəsindən GETDİ .....                     “Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                     Paşinyana qarşı Zəngəzur iddiası .....                     Rubio və Fransa XİN başçısı .....                     Günahı İranda görə Pezeşkian... .....                     Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki .....                     Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA .....                     “Kinostudiya bərpa olunmalıdır” .....                     “Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır .....                     Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                     Günün fotosu: Etirazın beləsi... .....                     Bakı və Ankaranın dostuna pis xəbər .....                     "Az-çox qazandığınız etimadı alt-üst etdiniz" .....                     ABŞ konqresmeni: .....                     Bu il sülh ÇƏTİN GÖRÜNÜR... .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək .....                     Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır .....                     Azərbaycanda 21 illik xarici şirkət .....                     Kremlin şantajları nə qədər davam edəcək? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Deputatdan Prezidentə şikayət olundu .....                 

Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Tarix: Bu gün, 10:09 | Çap et

“Qarabağın itirilməsi əsasən Ermənistanın 9-cu bəndi yerinə yetirməkdən imtina etməsi və "biz bu bəndi başqa cür başa düşürük" şəklində şərh etməyə başlaması ilə bağlıdır".

Bu iddianı Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan ötən həftəsonu yerli mediaya müsahibəsində irəli sürüb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il kapitulyasiya sənədinin 9-cu bəndinə əsasən Ermənistan Azərbaycanın materik hissəsindən Naxçıvana maneəsiz yol açmaq öhdəliyi götürüb.

Köçəryan bu xüsusda ardınca bildirib: “Tamamilə təbiidir ki, o halda Azərbaycan da deyir "bizi axmaq hesab edirsiniz? Müharibəni uduzan sizsiz, bu sənəddə Azərbaycanın maraqlarına cavab verən bircə məqam var və siz də bunu rədd edirsiniz?"

Köçəryana görə, daha sonra “Laçın dəhlizinin bağlanması və Qarabağın itirilməsi” baş verib.

Paşinyanın Bakıya sənədə düşməyən vədi olubmu, hansını ki, sonra danıb? Yoxsa bu, Köçəryanın onu gözdən salmaq üçün növbəti blefidir?

Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı hesab edir ki, Köçəryanın son açıqlamaları təxribat xarakterli ritorikanın nümunəsi və Ermənistan daxilindəki gərgin siyasi mühitin göstəricisidir. O, “Yeni Müsavat”a deyib ki, Köçəryan siyasi rəqibini hədəf almaqla Azərbaycanla normallaşma prosesinə əngəl törətməyə çalışır: “Lakin Köçəryanın erməni cəmiyyətində reputasiyası çox aşağı səviyyədədir və əksər ermənilər onu korrupsioner, fəaliyyətini isə qənaətbəxş hesab etmirlər. Məhz bu səbəbdən Köçəryan əllərində qalan yeganə vasitədən - Azərbaycan düşmənçiliyindən yararlanmağa çalışaraq erməni xalqını manipulyasiya etmək cəhdləri edir. Təbii ki, o, bu prosesdə tək deyil və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olmayan qüvvələrdən fəal dəstək alır. Bütün bunlara baxmayaraq, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi açıq şəkildə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi öhdəliyini təsbit edir. Bu müddəa sənədin ayrılmaz hissəsidir və hüquqi baxımdan Ermənistan üçün məcburi xarakter daşıyır. Paşinyan rəhbərlik etdiyi ölkənin bu öhdəliyinə əməl etməli olduğu halda, sənədi qeyri-ciddi və ziddiyyətli şəkildə şərh edərək, faktiki olaraq Ermənistanın sözünün etibarsızlığını bir daha sübuta yetirib”.

Deputatın fikrincə, Köçəryanın “Paşinyanın Bakıya verdiyi, lakin sənəddə əks olunmayan vədi pozduğu üçün Zəngəzur iddiası ortaya çıxıb” deməsi nonsensdir: “Azərbaycanın heç bir gizli və ya sənəddə yer almayan vədə ehtiyacı olmayıb və yoxdur. Azərbaycan yalnız rəsmi sənədlərdə əks olunmuş öhdəliklərin icrasını tələb edir və bu, onun suveren hüququdur. Köçəryanın bu açıqlaması Ermənistan daxilində siyasi manipulyasiyaların bir hissəsidir və reallıqla heç bir əlaqəsi yoxdur. Əslində bu açıqlama Ermənistan cəmiyyətinə növbəti təxribat dolu siqnaldır. Bu gün Qarabağın itirilməsi, sabah isə Ermənistanın digər ərazilərinin təhlükə altına düşməsi barədə qorxu yaratmaq və revanşist ideyaları yenidən gündəmə daşımaq cəhdidir. Halbuki bugünkü regional sabitliyi pozan əsas səbəb Ermənistanın 9-cu bənd üzrə öhdəliklərini yerinə yetirməməsidir. Azərbaycan dövləti rəsmi sənədlər əsasında öz hüquqlarını tələb edir. Azərbaycanın heç bir dövlətin torpaqlarına iddiası olmayıb və olmayacaq da. Ermənistan rəhbərliyi bu reallığı dərk etməli, imza atdığı sənədə hörmət etməyi öyrənməli və Azərbaycan qarşısında öhdəliyini yerinə yetirməlidir”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Köçəryanın açıqlamasını bir neçə istiqamətdən analiz edir: “Paşinyana qarşı son dövrlər səsləndirilən ittihamlar Ermənistanın daxili siyasi konfiqurasiyası və regional güclər arasında davam edən geosiyasi gərginliklər kontekstində dəyərləndirilməlidir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son açıqlamaları da məhz bu kontekstdə analiz olunmalıdır. Köçəryanın 2020-ci il 10 noyabr kapitulyasiya bəyanatının 9-cu bəndinə istinad edərək Paşinyanı verdiyi sözü tutmamaqda ittiham etməsi əslində ölkə daxilində siyasi rəqabətin bir parçasıdır və bir neçə məqsədə xidmət edir: həm Paşinyanın legitimliyini zədələmək, həm də öz siyasi revanş planlarına zəmin hazırlamaq.

Reallıqda isə Zəngəzur dəhlizinin açılması təkcə Paşinyanın şəxsi iradəsi ilə tənzimlənə biləcək bir məsələ deyil. Ermənistanın daxilində bu dəhlizə qarşı ciddi müqavimət var və bu müqavimət əsasən Köçəryan-Sərkisyan dövrünün siyasi və inzibati elitasından qaynaqlanır. Bu çevrə, həm Rusiya ilə sıx əlaqələri, həm də köhnə nizamın dayaqları üzərində qurulmuş idarəçilik maraqları səbəbilə, Ermənistanın regionda yeni geosiyasi nizamın bir parçasına çevrilməsinə qarşıdır. Onlar Zəngəzur dəhlizinin açılmasının təkcə Azərbaycan və Türkiyə ilə deyil, eyni zamanda Qərblə yaxınlaşma siyasətinə də yol aça biləcəyindən ehtiyat edirlər".

Ekspertə görə, digər tərəfdən, Ermənistanın daxili siyasi tarazlığı hələ də Paşinyanın tam nəzarətində deyil: “2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə qələbə qazansa da, Paşinyan administrasiyası dövlət aparatının mühüm qollarında, ordu, məhkəmə və xüsusi xidmət orqanlarında hələ də Köçəryan-Sərkisyan dövrünün təsirindən tam xilas ola bilməyib. Bu reallıq Paşinyanın hər hansı bir strateji addım atmasını çətinləşdirir və onu daxili sabitliyi qorumaq məqsədilə bəzi öhdəlikləri ertələməyə məcbur edir. Belə bir mühitdə, 10 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulan dəhlizin açılması ilə bağlı konkret addımların atılması siyasi cəhətdən risklidir və Paşinyan üçün daxildə əlavə təzyiqlərin yaranmasına səbəb ola bilər. Bütün bunların fonunda Zəngəzur dəhlizinin reallaşması yalnız Paşinyanın siyasi iradəsindən deyil, həm də regionda qlobal güclər arasında münasibətlərin hansı səviyyəyə çatacağından asılıdır. Hazırda Cənubi Qafqazda Rusiya, ABŞ, Fransa və Böyük Britaniya kimi əsas oyunçular arasında ciddi rəqabət mövcuddur. Bu güclərin regiondakı maraqları toqquşduğu bir vaxtda, hər hansı transsərhəd infrastruktur layihəsinin reallaşması təbii ki, sadələşmir. Rusiya Zəngəzur dəhlizinə nəzarət imkanını öz Cənubi Qafqaz strategiyasının bir hissəsi kimi görür, Qərb isə Ermənistanın bu yolla Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını da tam istəmir.

Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi pozub-pozmaması məsələsi təkcə şəxsi iradə və ya siyasi etibarsızlıq çərçivəsində deyil, həm də ölkədaxili güc mübarizəsi və regionda davam edən geosiyasi rəqabət kontekstində analiz olunmalıdır. Ermənistan daxilindəki köhnə siyasi elitanın hələ də təsir gücünü saxlaması və bu qüvvələrin Paşinyanın qərarlarını bloklama potensialı dəhliz məsələsində konkret irəliləyişin qarşısını alır. Beləliklə, Köçəryanın iddialarından fərqli olaraq, əsas məsələ Paşinyanın “sözünü tutmaması” deyil, Ermənistanın hələ də daxili siyasi sabitliyə və vahid strateji vizyona sahib olmamasıdır".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Babək rayonunda fermerlər DAD DEYİR... - "Məmurların əlindən..."
Bu gün, 11:41
“Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:37
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 11:33
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 08:43
Deputatdan Prezidentə şikayət olundu - NARAZILIQ VAR...
Bu gün, 07:37
Turizmin anasını özümüz AĞLADIRIQ - MÖHTƏKİR TƏFƏKKÜRÜ
Bu gün, 07:32
Ruslar Qarabağda: Bunu görmüşük axı... - Onlara sülhməramlı deyənin...
Bu gün, 07:27
"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - ETİRAZ VAR!
Bu gün, 07:23
SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? - GƏLİŞMƏ
Bu gün, 07:20
Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Bu gün, 07:15
Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Bu gün, 07:13
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Bu gün, 07:09
"Bu, Amerikanın qlobal gücünü göstərir" - ŞƏRH
Bu gün, 07:07
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:04
Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... - BU DA FAKT...
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru