“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                     Paşinyana qarşı Zəngəzur iddiası .....                     Rubio və Fransa XİN başçısı .....                     Günahı İranda görə Pezeşkian... .....                     Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki .....                     Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA .....                     “Kinostudiya bərpa olunmalıdır” .....                     “Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır .....                     Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                     Günün fotosu: Etirazın beləsi... .....                     Bakı və Ankaranın dostuna pis xəbər .....                     "Az-çox qazandığınız etimadı alt-üst etdiniz" .....                     ABŞ konqresmeni: .....                     Bu il sülh ÇƏTİN GÖRÜNÜR... .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək .....                     Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır .....                     Azərbaycanda 21 illik xarici şirkət .....                     Kremlin şantajları nə qədər davam edəcək? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Deputatdan Prezidentə şikayət olundu .....                     Turizmin anasını özümüz AĞLADIRIQ .....                     Ruslar Qarabağda: Bunu görmüşük axı... .....                     "Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" .....                     SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? .....                 

Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Tarix: Bu gün, 08:46 | Çap et

Rusiyada bir sıra rəsmi şəxslər də daxil, ən müxtəlif səviyyədə Azərbaycana qarşı düşmənçilik ritorikası davam edir. Son vaxtlar ölkəmiz əleyhinə həm də yeni-yeni ittihamlar və hədələr səslənməkdədir. “Azərbaycanda Rusiya şəhərlərinin "adının dəyişdirilməsi" praktikası geniş yayılarsa, Rusiya Azərbaycandan gələn təyyarə və qatarları qəbul etməkdən imtina edə bilər".

Artıq xəbər verdiyimiz kimi, bu təhdidi Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin səsləndirib.

“Azərbaycanın qisas kimi həyata keçirmək qərarına gəldiyi Rusiya şəhərlərinin və coğrafi konsepsiyalarının adlarının dəyişdirilməsi ilə bağlı onlara uğurlar arzulayıram. Yeganə məsələ odur ki, bu vəziyyətdə onların indi qərar verdiyi kimi ora təyinat yeri yazılsa, Azərbaycandan qatar və təyyarələri çətin ki qəbul edə bilək”, - erməni yanlısı sərsəmləyib.

Ardınca o iddia edib ki, guya “Rusiya indiki Azərbaycandan daha böyük tarixi köklərə və daha yetkin cəmiyyətə malik dövlət” olduğu üçün Azərbaycan mətbuatında Rusiya şəhərlərinin adlarının dəyişdirilməsinə Moskvanın “güzgü prinsipi” ilə cavab verməyəcəyinə ümid edir.

Onun sözlərinə görə, “Stepanakert” həmişə “Stepanakert” olub: “Sovet dövründə 20-ci, 30-cu, 40-cı, 50-ci, 70-ci illərdə, Sovetlər İttifaqı dağılana qədər Stepanakert olub”.

Zatulinin üzümüzə hava yolunu bağlamaq hədələrini necə qiymətləndirmək olar? Bu, rəsmi Moskvanın Bakıya mesajıdır, yoxsa zatıqırıq ermənipərəst deputatın boşboğazlığı?

Xatırladaq ki, Bakı Rusiyanın rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılmasını ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirib. Bəyanatda deyilir: “Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılması Azərbaycana qarşı həqarət idi".

Bu arada Rusiyanın əsas təbliğat ruporlarından olan “Moskovskiy Komsomolets” (MK) qəzeti daha irəli gedərək, Azərbaycanı nasist Almaniyası ilə müqayisə edib. Azərbaycanın hüquqi ərazisində sökülmüş qanunsuz Ayvazovski heykəli bəhanəsilə ölkəmizi heyrətamiz həyasızcasına Üçüncü Reyxlə eyni sıraya qoyub.

Onu da qeyd edək ki, son baş verənlərin və hədələrin fonunda Rusiyada azərbaycanlı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb. Az öncə onun oğlu tutulmuşdu.

Bəs bu təhdid və şantajlar daha nə qədər davam edəcək? Konkret olaraq, hava yolunun bağlanması diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxarmazmı? Rusiya bizdən nə istəyir?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Rusiya şizofrenik hərəkətlərə yol verir. Onun fikrincə, son aylarda atılan addımlar Moskvanın əsl simasını yenidən üzə çıxardı: “Rusiya siyasətçiləri, Kremlə bağlı media resursları maskanı yırtıb atdılar və müttəfiqlik haqda nağılları kənara qoyub özləri olmağa başladılar. Rusiya bir daha göstərdi ki, onun dostu və müttəfiqi olmur, ya sözünə baxan olur, yəni vassalına çevrilir, ya da qarşısındakı ilə terror, təhdid dilində danışır. Çünki Rusiyanın yeganə müttəfiqi onun işğalçı ordusudur. Bu mənada Azərbaycanla imzalanmış Moskva sənədinə hörmət qoymadılar”.

Politoloq hesab edir ki, əgər Rusiya imzasına hörmət etsəydi və müttəfiqliyi dəyərli saysaydı, Azərbaycanla düşmən kimi danışmazdılar: “Axı müttəfiqin təyyarəsini vurmazlar, olsa belə üzr istəyərlər, təzminat verərlər. Müttəfiqin şəhərinin adını ermənicə adlandırmazlar, deputatını deportasiya etməzlər, hava yolunu bağlamağa çağırışlar səsləndirməzlər, diaspor rəhbərlərini həbs etməzlər, işgəncə ilə adamları öldürməzlər. Bunların hamısını bizə qarşı ediblər və Rusiya bu gün də dayanmır, gərginliyi getdikcə artırır”.

Q.Hüseynlinin sözlərinə görə, Zatulinin çağırışı məsuliyyətsizlikdir və hava yolunun bağlanacağı inandırıcı deyil: “Onsuz da hər həftə dron hücumlarına görə Rusiya aeroportları bağlanır. Bu ölkə artıq təhlükəsiz yer deyil. Bununla belə, uçuşlar var və düşünmürəm ki, belə bir qərar veriləcək. O halda, açıq bir diplomatik savaş başlana bilər. Sadəcə, belə bəyanatlar qeyri-ciddiliyin əlamətidir. Rusiya Azərbaycana təzyiq yolu ilə nələrisə diktə etməyi hesablayıbsa, yanlış yanaşmadır. Ona görə də münasibətlərin əvvəlki dövrünə qayıdışı üçün addımlar atılmalıdır və Bakının gözləntiləri var. Bunu etmədikdə gərginlik qalacaq”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya imperiyasının mövcud olduğu illərdə yaşamış erməniəsilli rəssam İvan Ayvazovskinin Qarabağa aidiyyəti yoxdur: “Ayvazovski Krımda anadan olub, orada da vəfat edib. Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən bir il sonra, yəni 2021-ci ildə işğal altındakı Xocalının ərazisində tələm-tələsik "Rusiya Şöhrət xiyabanı" yaratdılar və orada Azərbaycana aidiyyəti olmayan şəxslərin heykəllərini qoydular. Rusiya hərbçilərinə kim səlahiyyət vermişdi ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoysunlar? Bu, Kremlin təxribatı idi, bununla Bakıya dolayı mesaj vermişdilər ki, bölgədən çıxmayacaqlar. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra vəziyyət dəyişdi, bölgədə nə rus hərbçiləri, nə də onların büstləri qaldı, yerdə qalanlar da təmizlənmək üzrədir".

Onun fikrincə, Azərbaycana qarşı qara təbliğatın başında yenə rusiyalı deputat Zatulin dayanıb, ümumi xora digərləri də qoşulub: “Azərbaycan əleyhinə yayımladıqları xəbərlərdə Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələrin həvalə olunması barədə imzaladığı fərmana da "ilişiblər". Rusiyadakı şovinistlər bu fərmana da siyasi don geyindirməyə çalışıblar. Hər bir dövlətin öz dilini təkmillləşdirmək hüququ var. Rusiyanın imperiya siyasəti bunu qəbul etmək istəmir. Hazırda rus şovinizmi ilə mübarizədəyik, geriyə yol yoxdur, Azərbaycan dilinin ölkə ərazisinin hər yerində tətbiqinə nail olmalıyıq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 08:43
Deputatdan Prezidentə şikayət olundu - NARAZILIQ VAR...
Bu gün, 07:37
Turizmin anasını özümüz AĞLADIRIQ - MÖHTƏKİR TƏFƏKKÜRÜ
Bu gün, 07:32
Ruslar Qarabağda: Bunu görmüşük axı... - Onlara sülhməramlı deyənin...
Bu gün, 07:27
"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - ETİRAZ VAR!
Bu gün, 07:23
SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? - GƏLİŞMƏ
Bu gün, 07:20
Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Bu gün, 07:15
Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Bu gün, 07:13
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Bu gün, 07:09
"Bu, Amerikanın qlobal gücünü göstərir" - ŞƏRH
Bu gün, 07:07
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:04
Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... - BU DA FAKT...
Bu gün, 06:46
Naxçıvandan gedənlərə RUS ZÜLMÜ - BU NƏDİ BELƏ?
Bu gün, 06:38
"Əgər qadın yalnızlıq çəkərsə..." - FOTO
Bu gün, 06:22
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidir
Bu gün, 06:20
Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi - ƏMR
Bu gün, 00:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru