"Şamaxı Quşçuluq" ATSC-nin direktoru dəyişir.
Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Direktorun dəyişilməsi ilə əlaqədar olaraq iyulun 18-də səhmdarların növbəti yığıncağı keçiriləcək.
Qeyd edək ki, "Şamaxı Quşçuluq" ATSC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mehtiyev Arzu Paşa oğludur. Şirkət 80690 manat nizamnamə kapitalına malikdir.