Ermənistan Fransaya hərbi attaşe təyin edib .....                     Əmək məcəlləsinin pozulması halları... .....                     FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb .....                     Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı .....                     Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər .....                     ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi .....                     Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi .....                     Paşinyan yeni katolikos axtarır .....                     “Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                     Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir .....                     Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: .....                     “Rossotrudniçestvo” rəhbərinin qorxusu: .....                     Paşinyan gizli danışıqlara .....                     Parisin "sülh göyərçini" təqdimatı: .....                     Deputatlara verilən bu pullar narazılıq yaratdı .....                     Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə .....                     Britaniya Ermənistana yeni səfir təyin edib .....                     AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib .....                     “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” .....                     Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb .....                     Zəngəzurla bağlı ŞOK ABŞ planı .....                     Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... .....                     DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi .....                     İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib .....                     Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                 

Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Tarix: Bu gün, 16:12 | Çap et

“Pomidorun kiloqramını bizdən 25, hətta 20 qəpiyə almaq istəyirlər. Mən məhsulumu bu qiymətə satanda, qazanacım nə olacaq? Biçilən dəyər qoyduğum xərci belə ödəmir. Sizcə bu nə qədər doğrudur? Bakıda 1 manat 60 qəpikdən artıq bir qiymətə satılan məhsul niyə məndən 20-25 qəpiyə alınmalıdır? Dedikləri qiymətlə razılaşmayanda da, məhsul qapıda qalır".

Bəli, pomidor əkini ilə məşğul olan Anar Abbasov deyir bunları...

Onun bu etirazı əslində haqlı sual yaradlr - sahədən 20 qəpiyə alınan pomidor niyə dükan və marketlərdə, şəhər bazarında 8 dəfə baha satılır? Daşınma xərci bahadır? Nəzərə alsaq ki, yanacağın dəyəri bu il cəmi 7,1% bahalaşıb, qiymətin şişməsinə hansı amilin təsir göstərdiyi sual olaraq qalır.

Məsələ ilə bağlı Teleqraf-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, bazarda rəqabət mühiti genişləndirilməlidir:

“Biz uzun müddətdir ki, bu məsələni qaldırırıq. Birincisi, bazardakı monopoliya vəziyyəti götürülməlidir. Ölkədə cəmi bir topdansatış bazarı var. Belə olmaz. Azərbaycan elə də kiçik ölkə deyil. On milyon nəfərlik əhalimiz var. Bircə topdansatış bazarı olması o deməkdir ki, rəqabət mühiti yoxdur. Elə etmək lazımdır ki, geniş rəqabət mühiti olsun".

Mütəxəssis qeyd etdi ki, rəqabət mühiti olanda tədarükçülər fermerlərdən məhsulu normal qiymətə alırlar:

"Bu halda fermer üçün də seçim olacaq. Tutaq ki, tədarükçü fermerdən məhsulu 25 qəpiyə almağı təklif edir, fermer isə bundan imtina edərək məhsulunu özünə sərf edən qiymətə, məsələn, 50 qəpiyə satır. Yəni, belə bir mühit olmalıdır. Lakin bazar təkdir və öz şərtlərini diktə edir. Fermerlər isə Bakı şəhərinə öz məhsulunu çıxara bilmirlər.

Bir çox halda mən özüm şahidi olmuşam ki, kəndlilər məhsullarını Bakıda yaşayışın çox olduğu ərazilərdə satmaq üçün gətiriblər, lakin onlara satış qadağan olunub. Onlardan pul alıb, problemlər yaradıblar. Bu işlərə son qoyulmalıdır. Elə bir vaxt gələcək ki, kəndlilər istehsaldan imtina edəcəklər və biz görəcəyik ki, artıq bazarda məhsul çatışmazlığı var. Fermerlər onsuz da, pomidorları minbir əzabla yetişdirir”.

Vahid Məhərrəmov qeyd etdi ki, əkinçilikdə vəziyyət pisləşib:

“Bitkilərdə zərərvericiləri çoxalıb. Xəstəliklər daha çox yayılıb. İstehsalçılar indi artıq zərərvericilərə, xəstəliklərə qarşı mübarizə aparmalıdır. Su problemi də mövcuddur. Fermerlər daim gübrə axtarışında olurlar. Keyfiyyətli gübrə tapmaq mümkünsüzləşib. Keyfiyyətli pestisid tapmaq da çox çətinləşib. Mən hələ digər problemləri demirəm.

Əgər fermerlər istehsaldan imtina etsə ölkədə çox ciddi problemlər yaranacaq. Qış aylarında pomidoru 6, 7 manata, bəzən hətta daha yüksək qiymətə alırdıq. Fermerlərə imkan yaratmaq lazımdır. Rusiya bizim promidorun idxalına məhdudiyyət qoyub. Yerli məhsul bazara çıxmalıdır, lakin bu o demək deyil ki, onlar dəyər-dəyməzə satılmalıdır.

Bakı böyük şəhərdir, 5 milyona yaxın əhali var. Azərbaycanın mərkəzində, Bakının özündə yerli məhsulların satışı təşkil edilməlidir. Bunun üçün imkan yaratmaq lazımdır. Bu məsələlərə biganə yanaşıldığı üçün ümumilikdə bütün ölkə əhalisi – həm istehsalçı, həm də istehlakçı əziyyət çəkir”.

Qeyd edək ki, Azərbaycan regionda əsas pomidor istehsalçısıdır. 2024-cü ildə ölkədə 14 852,3 hektar ərazidə pomidor yetişdirilib. Ümumilikdə istehsal həcmi 328131 ton təşkil edib. Pomidor sahələri əsasən Quba-Xaçmaz (3747,6 ha), Lənkəran-Astara (2197,8 ha), Mil-Muğan (1530,5 ha), Mərkəzi Aran (1478 ha) və Şirvan-Salyan (1414,5 ha) iqtisadi rayonlarında yerləşir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3000 vahid istixana fəaliyyət göstərir. Yanvar-iyun aylarında ölkədə yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 126,0 min ton olub.

Başqa tərəfdən, Azərbaycan həm də bu məhsulun ixracatçısıdır. Əsas bazar isə Rusiyadır. 2025-ci ilin yanvar-may aylarında xaricə 113,8 milyon dollar dəyərində pomidor satılıb. İldən-ilə ixracın həcmi və dəyəri artır. Lakin bundan qazananlar sahədə məhsulu yetişdirib, gübrəsini, suyunu verən təsərrüfatçılar olmurlar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Bu gün, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Bu gün, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Bu gün, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Bu gün, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Bu gün, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Bu gün, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Bu gün, 17:13
Paşinyan yeni katolikos axtarır
Bu gün, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Bu gün, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Bu gün, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Bu gün, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Bu gün, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Bu gün, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Bu gün, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Bu gün, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Bu gün, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Bu gün, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Bu gün, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Bu gün, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Bu gün, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Bu gün, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Bu gün, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Bu gün, 15:55
Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Bu gün, 15:53
Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Bu gün, 15:49
Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 15:35
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Bu gün, 15:31
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru