Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                 

Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Tarix: Bu gün, 08:48 | Çap et

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu Yorkda jurnalistlərə açıqlamasında ölkəsinin Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, hazırda Zəngəzur dəhlizi ilə bağlı baş verənlər məsələnin həllinin yeganə mümkün variantı kimi görünür:

“Uzun illərdir ki, Azərbaycan burada xüsusi ekskluzivlik – maneəsiz hərəkət istəyirdi. Ermənistan isə öz ərazi bütövlüyünü əsas götürərək burada sadəcə Ermənistan üçün yol ola biləcəyini bildirmişdi. Rusiya burada hər hansı yol olarsa onun sərhəd qoşunlarının nəzarəti altında olacağını bildirmişdi. Ona görə üçtərəfli bəyanata istinad edirdi. Azərbaycan da uzun müddət bu bəyanata istinad etdi. Ancaq Ermənistan öz ərazisinə Rusiyanın nəzarət etməsini istəmirsə, Azərbaycan Ermənistanı Rusiyanın maraqlarını hansısa şəkildə qorumağa məcbur edə bilməz.

Burada ən ideal versiya kimi ABŞ şirkətinin və ya hansısa xarici şirkətin yüz il ərzində dəhlizə nəzarət etməsi məsələsi ortaya çıxdı. Bildiyim qədər, bu təklifi Türkiyə irəli sürüb və Tramp administrasiyası bunu məqbul görüb. Əgər yüz il ABŞ şirkəti nəzarət edəcəksə aydın məsələdir ki, bu dəhliz artıq rahat şəkildə istifadə oluna bilər və gələcəkdə Ermənistan və ya hər hansı ölkə bunu poza bilməz”.

Politoloqun sözlərinə görə, hazırda burada əsas problem ondan ibarətdir ki, Rusiya və İran bunu qəbul etməyəcək:

“Rusiya və İran özlərinin dəhlizdən tamamilə kənarlaşdırılmasını istəməyəcəklər. Bu, İranın faktiki olaraq birbaşa olaraq Avropaya və Ermənistana çıxışının itirilməsi, eyni zamanda Rusiyanın da Cənubi Qafqazda müəyyən əsas kommmunikasiya xətlərini ABŞ-a uduzması deməkdir. ABŞ bununla Rusiyanın Qafqazdan qovulması siyasətini həyata keçirəcək. Rusiya buna sərt reaksiya verəcək və böyük ehtimalla bununla razılaşmayacaq”.

Ekspert qeyd edib ki, Ermənistan rəhbəri Paşinyan istəyir ki, buna qarşı Azərbaycan da Naxçıvandan keçən hansısa kommunikasiya xətlərini yenə bu şirkətin nəzarətinə versin:

Azərbaycan isə bunu öz daxili işlərinə qarışmaq kimi qiymətləndirir və bununla heç vaxt razılaşmayacağını, Ermənistanın bu istəyinin ümumi mövzudan kənar olduğunu bildirir. Ona görə mümkündür ki, burada da iki tərəf arasında müəyyən fikir ayrılıqları olsun. Amma mümkündür ki, tezliklə sülh sazişi imzalansın və sonra məhz Zəngəzur dəhlizi ilə bağlı ortaq qərarın açıqlanması prosesi yekunlaşsın”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı isə bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra həm cəbhədə, həm diplomatik uğurları və Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi ilə qətiyyətli mövqe ortaya qoydu:

“Ona görə sülhlə bağlı gözləntilər hər zaman Ermənistanla müharibənin yenidən başlaması ehtimalından daha yüksək səviyyədə oldu. Bəziləri hesab edir ki, müəyyən prinsiplər üzrə razılaşma əldə edib sülh müqaviləsi imzalamaq olar və razılaşılmayan məsələləri növbəti mərhələyə saxlayıb sonra həll etmək olar. Amma Azərbaycan tərəfinin məqsədi ən tez vaxtda hər hansı bir sülh sazişini imzalamaq deyil, çünki bu elə bir sülh sazişi olmalıdır ki, regionda yeni müharibə ehtimalını ortadan qaldırsın”.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi regionun gələcəyinin mütləq reallığıdır:

“Söhbət dayanıqlı sülhdən gedirsə, burada iki amil çox vacibdir: Birincisi, Qərbi azərbaycanlıların zorla çıxarıldıqları tarixi ərazilərə geri qayıtması;

İkincisi, Zəngəzur dəhlizinin qeyd-şərtsiz beynəlxalq hüquqa uyğun keçid haqqını tənzimləyəcək şəkildə açılması. Bu onu göstərəcək ki, tərəflər sülhə inanır və regionun gələcəyini əməkdaşlıqda görür”.

A.Aslanlı qeyd edib ki, Ermənistan özündə iradə tapmalı və Cənubi Qafqazda qonşu dövlətlərdən Türkiyə, Rusiya və İrandan ən azı ikisi bu prosesə tam dəstək verməlidir ki, layihə reallaşsın:

“Azərbaycan və Ermənistan bu layihəni hər hansı kənar gücə ehtiyac olmadan reallaşdırmalıdırlar. Amma təəssüf ki, Ermənistanın reallıqları buna imkan vermir. Ona görə yəqin ki, hansısa kənar gücün bu prosesdə iştirakı olacaq. Zəngəzur dəhlizi bütün region dövlətlərinin hamısının istifadə edə biləcəyi layihədir. Ona görə hansısa dövlətin bu layihədən kənarlaşdırıldığını demək doğru olmaz”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru