“Azərbaycan ordusu Ermənistanın geniş ərazilərində radiokəşfiyyat aparmaq üçün böyük qüllə quraşdırıb”.
Publika.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb.
"2024-cü ildə Tavuş rayonunun Noyemberyan icmasının sərhəd zonasında Bağanis-Ayrım kəndinin ərazisi birtərəfli qaydada Azərbaycana verilib. Bu ərazilərdən yuxarıda, təpədə Azərbaycan hərbçiləri Ermənistanın radiokəşfiyyatının aydın şəkildə aparılması üçün iri qüllə quraşdırıblar. Fotoları çəkdiyim yerdən Ermənistan-Gürcüstan dövlətlərarası yolu keçir”, - Sarkisyan qeyd edib.