ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri göndərməyi nəzərdən keçirir. "DİA-AZ" xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
1600 km mənzilli bu raketlər Ukraynadan atıldığı zaman rahatlıqla Moksvanı vurmaq imkanına malikdir.
Rusiya "Tomaqavk"larla hələ Trampın ilk hakimiyyəti dövründə Suriyada tanış olub. 2018-cü ilin aprel ayında ABŞ Rusiya radarlarından “yan keçərək” Suriya hərbi obyektlərini vurmuşdu. Həmin vaxt Aralıq dənizindən atılan 80 raketdən birini belə zərərsizləşdirə bilməyən Moskva bu bacarıqsızlığını Suriyadakı HHM sistemlərinin radar aparatlarını söndürdüyü ilə izah etmişdi.
Ukrayna müharibəsi isə Rusiyanın silahlarının "kağızdan aslan" olduğunu sübut etdi.
İndi həmin raketlərin Ukraynaya verilməsi Rusiyanı çarəsiz vəziyyətə sala bilər.
Qeyd edim ki, "Tomaqavk" raketlərinin birinin qiyməti 1,6 milyon dollardır. ABŞ-ın Ukraynaya silah verişinə "Tomaqavk"larla başlaması Avropa İttifaqını xeyli "tərlədəcək". Çünki Trampın sözlərindən belə çıxır ki, Ukraynaya veriləcək bütün silahların xərcini Avropa dövlətləri ödəyəcək.