Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu .....                     Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? .....                     Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib .....                     Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? .....                     "Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." .....                     Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? .....                     Burda müştərilərə köhnə yemək verilir... .....                     Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! .....                     Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq .....                     Almaniya hərəkətə keçdi .....                     Kasıba “kuryer” tələsi, varlıya isə… .....                     Paşinyan ilanın başını əzərsə... .....                     “Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” .....                     Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır .....                     "Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR .....                     Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? .....                     Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ .....                     Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil .....                     İşçiləri işlədib, əməkhaqqı vermədilər .....                     AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir .....                     Ermənistanın naziri ABŞ-yə səfir göndərilir .....                     "Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" .....                     AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır .....                     "Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" .....                     Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir .....                     Peterburqda miqrantlara daha bir qadağa qoyuldu .....                     Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb .....                     Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi .....                     İslamda kredit və faiz QADAĞASI .....                     Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib .....                     “Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” .....                     Bakıda məşhur futbolçunun evindən oğurluq .....                     Sevda Əliqızı şirniyyat bişirib satırmış: .....                     Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? .....                     İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? .....                     Hacıyev “gözləyirik” dedi, Moskva susdu .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi .....                     Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb .....                     Məşhur tikinti şirkətində qanunsuzluqlar .....                     "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb .....                 

Aleksey Navalnı skandalı: Putinin başağrısı, yoxsa “maşası”? - TƏHLİL
Tarix: 19-01-2021, 08:32 | Çap et
Aleksey Navalnı skandalı: Putinin başağrısı, yoxsa “maşası”?
Dünən Almaniyadan Moskvaya gələn Rusiya müxalifətinin əsas liderlərindən sayılan Aleksey Navalnı paytaxtın hava limanında saxlanılıb. O, Şeremetyevo Hava Limanında, Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə nəzarətə götürülüb. Siyasətçinin 2020-ci ilin 29 dekabrından axtarışda olduğu bildirilib.

Navalnının saxlanılmasından sonra Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel, xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borel və Avropa Parlamentinin sədri David Sassoli müvafiq bəyanatlar yayıb və müxalif liderin həbsinin Aİ Şurası tərəfindən xarici işlər nazirləri səviyyəsində 25 yanvarda və Avropa Parlamentinin 18 yanvarda baş tutacaq iclasında müzakirə ediləcəyini bildiriblər.

Şarl Mişel bildirib ki, Navalnının Moskvaya gəldikdən sonra tutulması qəbuledilməzdir və müxalifət lideri dərhal azad edilməlidir. İttifaqın xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel isə, Rusiya hökumətinin Aleksey Navalnının hüquqlarına hörmət etməli və onu dərhal sərbəst buraxmalı olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində Navalnının saxlanılmasına qarşı edilən etirazlara münasibət bildirib. Belə ki, Nazirliyin sözçüsü Mariya Zaxarova sözügedən açıqlamaları əvvəlcədən hazırlanmış şərhlər olaraq dəyərləndirib: “Beynəlxalq hüquqa hörmət edin. Suveren dövlətlərin milli qanunlarını pozmayın, öz ölkənizdəki problemlərlə məşğul olun”.

Maraqlıdır, Navalnının həbsi ətrafında nələr baş verir? Qərb Rusiyaya qarşı təzyiqləri artırmaq üçün bu məsələdən istifadə etməyə çalışacaqmı? Həmçinin, Rusiya müxalifətinin liderinə Qərbin birmənalı dəstəyi Rusiya daxilində hansı proseslərə səbəb olacaq?

Prosesləri AYNA-ya şərh edən “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, hələ bir müddət əvvəl Aleksey Navalnının zəhərlənməsi və Almaniyada müalicə edilməsi Rusiya Prezidenti Vladimir Putinin imicinə mənfi təsir göstərmişdi: “Məhz buna görə də Qərb dairələri Putinin müxalif düşərgəyə qarşı cinayətə yol verdiyini və buna görə də Rusiyaya sanksiyalar tətbiq edəcəklərini bildirirdilər. Bu mənada, son baş verənləri Qərblə Rusiya arasında uçuruma gətirib çıxaran prosesin davamı kimi qiymətləndirmək olar. Aleksey Navalnının Rusiyaya qayıtması və hava limanında həbs edilməsi, Qərb dairələrinin, xüsusən də Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının narahatlığına ona görə səbəb olur ki, onlar Rusiyada demokratik mühitin yaradılmasını məhz Navalnının timsalında görürlər”.

“Çünki, son 20 ildə demək olar ki, Rusiyada yeni müxalifət lideri yetişməyib və Rusiya cəmiyyəti konkret olaraq demokratik proseslərdən uzaq düşüb. Yalnız Mixail Xodorkovski və bu kimi bəzi şəxslər müəyyən siyasi olimplərdə Putinə qarşı müxalif mövqedə dayansalar da, onların da zərərsizləşdirilməsi çətin olmayıb. Ki, bu da xalq arasında geniş etirazların yaranmasına gətirib çıxarıb. Lakin Boris Nemtsovdan sonra Navalnının son 3-4 illik fəaliyyətinə fikir versək, bir çox şəhərlərdə böyük arealda onu dəstəkləyən əhali və xüsusən də gənclərin olduğunu görərik. Həmçinin, onu uzaq Sibirdə belə, Putin hakimiyyətinə qarşı etiraz kütləsi formalaşdırmağı bacaran lider kimi xarakterizə etmək olar”, - politoloq bildirib.

“Xüsusən də korrupsiyaya qarşı mübarizə üsulları və bu istiqamətdə yeni sənədlərin ortaya çıxması, həmçinin siyasi etirazları idarə etmək bacarağı Navalnının müasir Rusiyanın lideri olacağı labdüdlüyünü ortaya çıxarıb. Təbii ki, bu da anti-demokratik Rusiya hakimiyyətini ciddi narahat edir. Düşünürəm ki, Navalnı ətrafında baş verənlər və onun aradan götürülməsi cəhdi də buna görə idi. Çünki Rusiya hərbi-siyasi elitası onun bu siyasəti ilə barışa bilmir. Lakin Rusiya Putindən ibarət deyil və 200 ildir ki, Rusiyanı hərbi-siyasi, xüsusən də hərbi elita idarə edir. Navalnı isə bu sistemdən kənar və demokratik düşərgəni təmsil edən şəxs kimi Qərbin ciddi dəstəyini əldə edib. Rusiya əhalisi, xüsusən də gənclərin böyük bir hissəsi Navalnı ətarfında birləşməyə hazırdır. Təbii ki, Qərb də bunu görür və dəyərləndirməyə çalışır”, - Əsədullazadə vurğulayıb.

Analtik hesab edir ki, Qərb Navalnını Rusiyanın potensial demokratik və liberal lideri kimi dəstəkləyir və etimad edir deyə, bu da Putini ciddi narahat edir: “Buna baxmayaraq, Putin onu həbs etdirməklə, Qərbdən gələn sanksiyalara da hazırdır. Çünki Navalnının ətrafına kütlə toplaması Putini daha çox qorxudur, nəinki Qərbdən gələn sanksiyalar. Çünki Rusiya hakimiyyəti sanksiyalara çoxdan öyrəşib. Amma buna baxmayaraq, ölkədə sosial-iqtsadi vəziyyət də ağırlaşmaqda davam edir. Bununla yanaşı, Co Bayden hakimiyyətində insan hüquqları daha qabarıq şəkildə özünü biruzə verəcək, Rusiya siyasi eltitasına bu kimi qanunlar tətbiq olunacaq və Avropa İttifaqı də bu proseslərə töhfə verəcək. Xüsusi ilə də, ABŞ-ı narahat edən “Şimal axını-2” layihəsinin dondurulması həyata keçirilə bilər”.

“Bir sözlə, Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və Navalnı ətrafında baş verənlər bu sanksiyaları daha da genişləndirəcək. Bu da Rusiya siyasi elitasının hakimiyyət olimpində ciddi böhrana gətirib çıxara bilər. Bununla da Rusiyada siyasi proseslər daha aktiv mərhələyə daxil olacaq və problemlərin artmasına gətirib çıxaracaq. Həmçinin, bu sanksiyaların fonunda oliqarxların da Putinə qarşı birləşməsi istisna deyil. Ona görə də bu il Rusiya siyasi atmosferində mübarizənin daha da kəskinləşəcəyini ehtimal etmək olar”, - müsahibimiz qeyd edib.

Bununla yanaşı, Əsədullazadə hesab edir ki, Navalnının aradan götürülməsi baş verməyəcək: “Amma bunun ətrafında təqiblər və həbslərin baş verməsi Rusiyada siyasi canlanmaya və demokratik proseslərin başlanmasına səbə olacaq. Ki, bu da Putini narahat edir. Çünki Putin də yaxşı başa düşür ki, Navalnı post-Putin dövrünə hazırlaşır və hakimiyyətə gəlməklə, Rusiyada demokratikləşmə prosesinin başında dayanmaq istəyir. Lakin Rusiya siyasi və hərbi elitası Navalnının hakimiyyətə gəlməsinə imkan verməyəcək”.

Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində deyib ki, Qərb bu məsələdən istifadə edərək, onsuz da sanksiyalar altında boğulan Rusiyaya təzyiqləri bir az da artırmağa çalışacaq: “Məlumdur ki, bir çox dövlətlərdə bu cür daxili proseslərə rast gəlinir. Məsələn, bir neçə gün bundan əvvəl ABŞ-da da belə bir hadisə baş verdi və nədənsə Avorpa və digər ölkələr bu hadisəyə yüngül formada reaksiya verdi. Halbuki, ABŞ demokratiyanın carçısı sayılır. Hətta, Konqersin sədri bu hadisədə bilavasitə Rusiyanı ittiham etdi və bir neçə dəfə Putinin adını çəkərək, bu məsələdə onun əli olduğunu bildirdi. Təbii ki, bu ittihamların nə qədər əsaslı və əsassız olduğu məlum deyil, amma məsələ bundan ibarətdir ki, axı, Amerika Birləşmiş Ştatları özü başqa ölkələrin daxili işlərinə müdaxilə edir. Çünki dünya siyasətində riyakarlıq normaları o qədər irəli gedib ki, lazım gələndə də bu kimi ölkələr bundan istfadə edir ki, qarşı tərəfə də istədiklərini təlqin etsinlər”.

“Bu məsələdə isə Qərb institutlarının Rusiyaya qarşı açıq-aşkar qərəzli yanaşmasını görürük. Ümumiyyətlə, Navalnı məsələsinin özündə də sual və şübhə doğuran qaranlıq məqamlar var. Məsələn, əgər Rusiya hakimiyyəti Navalnını aradan götürmək istəsəydi, edə bilməzdimi? Yaxud, istəsəydi, ölkədən çıxışına qadağa qoymazdımı? Amma icazə verdi ki, gedib xaricdə müalicə alsın və ekspert rəyindən keçsin. Lakin Navalnı elə bir fiqura çevrilib ki, sanki özü də bir çox qütblərə oynayır və bu, açıq-aşkar hiss edilir. Bir sözlə, Navalnı məsələsini zor gücü ilə beynəxalq vəziyyətə sırıyıblar”, - siyasi şərhçi bildirib.

Abbasovun fikrincə, Navalnının heç bir qeyri-adi göstəricisi və xüsusiyyəti yoxdur ki, belə bir mühüm persona olsun və ona artmaqda olan qlobal diqqət göstərilsin: “Çünki Navalnı özünü daha çox şübhəli məqamlarla tanıtdırıb. Hətta, Rusiyadakı real müxalifətçilər deyirdilər ki, Navalnı elə Kremlin özünə bağlıdır və Putinin adamıdır. Belə adamlar isə həmişə şəxsi piarlarını gücləndirməyə və birdən-birə məhşurlaşmağa çalışırlar. Rusiyadakı real müxaliflətin ona etinasız yanaşması da buna görədir”.

Politoloq düşünür ki, Qərbin Navalınya dəstək göstərməsi və məsələni şişirtməsi Rusiya daxilində müəyyən proseslərlə yadda qala bilər: “Çünki Qərb Rusiyanı sıxışdırmaq üçün hər vəziyyətdən istifadə edir. Təbii ki, Rusiya da demokratik dəyərlərə sadiq mükəmməl bir dövlət deyil, amma Qərbin də qərəzi açıq-aydın sezilir. Elə “Şimal axını-2” layihəsində Rusiyanın başına açılmayan oyun qalmadı. Çünki, məhz Amerika öz qazını Avropaya göndərmək istəyir. Bu da o deməkdir ki, sanksiyalar təkcə siyasi amillərə görə yox, həm də iqtisadi amillərə görədir. Hətta, buna görə Avorpada belə, ABŞ-a qarşı etirazlar var. Çünki məhz ABŞ-ın sanksiyaları İranla, Venesuella ilə, Kuba və digər ölkələrlə alış-veriş etməyə imkan vermir. Yəni, Amerika öz problemlərini həll edir, amma avropalı müttəfiqləri üçün problemlər yaradır. Onlar da itkilərə məruz qalırlar. Ona görə də sanksiya siyasətinin görünməyən tərəfi həm də iqtisadi maraqlardır ki, bazarda bəzi ölkələr daha əlverişli şərait əldə etsinlər və əsas rəqiblərini oyundan kənar vəziyyətə salsınlar. Bunun üçün də bu cür siyasi amillərdən də istifadə etməyə çalışırlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu - NƏ ETMƏLİ?
Bu gün, 08:57
Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...
Bu gün, 08:49
Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
Bu gün, 07:52
Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB
Bu gün, 07:43
"Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." - deputat
Bu gün, 07:39
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27
Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02
Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00
Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58
“Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56
Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
"Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39
AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır - Kapitanın etirafı
Bu gün, 00:37
"Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" - QALMAQAL
Bu gün, 00:35
Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir - AÇIQLAMA
Bu gün, 00:30
Peterburqda miqrantlara daha bir qadağa qoyuldu
Bu gün, 00:28
Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb - Ermənistan KİV
Bu gün, 00:26
Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi - TƏFƏRRÜAT
Dünən, 18:03
İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?
Dünən, 18:01
Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Dünən, 17:59
“Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” - AKTUAL
Dünən, 17:57
Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı
Dünən, 17:54
Sevda Əliqızı şirniyyat bişirib satırmış: - “Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur”
Dünən, 17:53
Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? - İLGİNC
Dünən, 17:49
İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? - Ermənistan üçün NÜMUNƏ
Dünən, 17:45
Hacıyev “gözləyirik” dedi, Moskva susdu – Nə baş verir?
Dünən, 17:38
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 17:30
Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb
Dünən, 17:26
Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?
Dünən, 17:20
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
Dünən, 17:16
Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi - ARAŞDIRMA BAŞLANILIB
Dünən, 17:11
"Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Dünən, 17:01
Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Dünən, 16:54
Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Dünən, 16:49
Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Dünən, 16:46
201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Dünən, 16:45
İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Dünən, 16:09
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Dünən, 16:06
ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Dünən, 16:02
Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru